Rusiya “qarşısıalınmaz” nüvə raketlərini hazır vəziyyətə gətirdi - Xirosimanı məhv edən ABŞ bombasından 12 dəfə güclü...
Rusiya Müdafiə Nazirliyi nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketinin Kaluqa vilayətindəki buraxılış anbarına yerləşdirildiyini açıqlayıb.
Nazirlikdən bildirilib ki, ölkənin qərbindəki Kaluqa bölgəsində yerləşən Rusiya Strateji Raket Qüvvələrinin Kozelski bölməsinin silahlandırılması istiqamətində işlər davam etdirilir.
Bu çərçivədə nüvə başlığı daşıya bilən qitələrarası ballistik “Yars” raketinin buraxılış anbarına yerləşdirildiyi və bunun Rusiyanın strateji nüvə qüvvələrinin döyüş qabiliyyətini artıracağı bildirilib.
Nüvə hücum qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketinin müdafiə sistemləri tərəfindən aşkarlana bilmədiyi və eyni anda 3-6 hədəfi vura bildiyi bildirilir.
Rusiya Müdafiə Nazirliyi noyabrın 16-da nüvə hücumu qabiliyyətinə malik qitələrarası hipersəsli “Avanqard” raketinin Orenburq vilayətindəki buraxılış anbarına yerləşdirildiyini bildirib.
Rusiyanın “Komsomolskaya Pravda” qəzeti raketin Xirosimanı məhv edən Amerika bombasından 12 dəfə güclü olduğunu yazıb.
TAHİR