DTX transmilli mütəşəkkil cinayətkar dəstələrin Azərbaycan üzərindən narkotik daşıma marşrutlarını ortaya çıxardı - İrandan Avropaya, Rusiyaya, Yaponiyaya...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin qaçaq yolla külli miqdarda narkotik vasitələrini Azərbaycan vasitəsi ilə daşıdıqları marşrutları açıqlayıb. Bu barədə DTX-nin məqaləsində qeyd olunub.
DTX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin külli miqdarda qaçaq yolla narkotik vasitələrin daşınmasını aşağıda qeyd olunan marşrutlar üzrə həyata keçirmələri müəyyənləşdirilib:
İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası;
İran İslam Respublikası - Azərbaycan Respublikası - Türkiyə Respublikası - Rusiya Federasiyası;
İran İslam Respublikası - Azərbaycan Respublikası - Qazaxıstan - Rusiya Federasiyası - Qərbi Avropa;
İran İslam Respublikası - Azərbaycan Respublikası - Gürcüstan-Ukrayna-Qərbi Avropa (Rusiya - Ukrayna müharibəsinə qədər);
İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası - Yaponiya (Rusiya - Ukrayna müharibəsinə qədər).
TAHİR