Bakıda avtomobil 5 yaşlı uşağı vurub
Bakının Nizami rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, avtomobil yolu keçən 2018-ci il təvəllüdlü Seyidova Nazpəri Pərvin qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Mətləb