Mahnıları ən çox tərcümə olunan müğənillər açıqlandı
"WorldFinderX" şirkəti hansı sənətçilərin mahnılarının başqa dillərə daha çox tərcümə edildiyini göstərən araşdırma aparıb. Aparılan tədqiqat zamanı 11 mindən çox musiqiçinin 277 min mahnısının tərcüməsi ilə bağlı məlumatlar təhlil edilib. Yekun reytinqdə birinci yeri milyarder müğənni Teylor Svift tutub. İfaçının pərəstişkarları onun 365 trekini 57 dilə tərcümə ediblər. Pop ulduzu BTS, Lana Del Rey, "The Beatles", "Rammstein" və Anna German izləyir.
Qeyd edək ki, 33 yaşlı Teylor Sviftin sərvəti Eras musiqi turu sayəsində 1 milyard dolları keçib.
Mətləb