KÖHNƏ VERSİYA            

İraq prezidentinə tövsiyə - İrəvandan əvvəl Bakıda Xocalı abidəsinə gedəydiniz...

Image

Qasım Hacıyev: “İraq prezidenti Xocalı soyqırımına münasibət bildirmədən İrəvana gedib yalançı, uydurma “erməni soyqırımı” abidəsinin üzərinə əklil qoyursa...” 

Bakıda rəsmi səfərdə olan İraq prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 21-də Ermənistana səfər edib. Aysor.am.ru-nun yaydığı məlumata görə, Əbdüllətif Camal Rəşid İrəvandakı qondarma “erməni soyqırımı abidəsi”ni ziyarət edib. 

İraq prezidenti qondarma “soyqırımı qurbanları”nın xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, əbədi məşəl önünə gül dəstələri düzüb. "İstənilən xalqı soyqırıma məruz qoymaq cəhdlərini pisləyirik"- deyə Əbdüllətif Camal Rəşid bildirib. İraq prezidenti qondarma soyqırıma belə ürək yanğısı ilə yanaşırsa, onda gərək öz ölkəsində vaxtilə Səddam Hüseynin törətdiyi kürd soyqırımına hüquqi-siyasi qiymət verin. Tarixdə “erməni soyqırımı” deyilən bir hadisə baş verməyib, amma kürdlərin Səddam Hüseyn tərəfindən soyqırım edilməsi gerçəkdir. 

“Səddam rusun adamı idi, bunun da üzərində ermənipərəst Qərbin, ABŞ-ın təsiri yox deyil” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində  bildirdi ki, İraq prezientinin bu addımı təəssüf doğurur. “ilk növbədə onu demək lazımdır ki, İslam Əməkdaşlıq Təşkilatı başqa beynəlxalq qurumlardan fərqli olaraq Ermənistanın Azərbaycana təcavüzünü pislədi, qınadı, Ermənistanın təqsirkar olduğunu ifadə edən qərar çıxardı. Çünki o vaxt o biri beynəlxalq təşkilatlar iddia edirdilər ki, Ermənistan müharibədə iştirak etmir, Azərbaycan Qarabağ erməniləri ilə döyüşür. Amma İƏT yeganə təşkilat idi ki, Ermənistanın təcavüzünü tanıdı, onu təcavüzkar adlandırdı. Amma buna baxmayaraq bəzi müsəlman dövlətləri və onların liderləri ermənipərəst mövqeyini göstərdi. Təəssüf ki, şiə qardaşımız İrandan da bunu gördük. İraq prezidentinin qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi məni təəccübləndirmədi. Niyə? Çünki o, Paşinyanla görüşdə ermənilərə simpatiyasını ifadə edib və bildirib ki, İraq erməni vətəndaşlarından çox faydalanıb, bir sözlə, ermənilərlə “qədim əlaqələr”dən danışıb. Onu da deyim ki, ərəblər tarixən işğalçı xalq olub. Sonra müsəlman dövlətlərinin çoxu ədalətli mövqe tutub, düzgün inkişaf edib, xalqların xeyrinə qərarlar verib, o qərarlardan özləri də faydalanıb. 

Təəssüf ki, biz bunu İran və İraq haqda deyə bilmərik. İki müsəlman dövlət müharibə edib bir-birinin yeniyetmələrini, gənclərini  qətlə yetirdilər. Onlardan bundan başqa nə  gözləmək olardı? İraqın sabiq prezienti Səddam Hüseyn Rusiyanın adamı idi, orada təhsil görmüşdü, onu İraqa gönərdilər, o da sona qədər Rusiyanın siyasətini yeritdi. Səddamın cinayətlərini də bütün dünya bilir, onun kürdlərin və başqa xalqların genosidini həyata keçirdiyi gizlin deyil. İkincisi, 20-dən artıq ərəb dövləti müsəlman olduqları halda başqa müsəlman ölkələrini niyə müdafiə edə bilmirlər? Ona görə ki, başqaları gəlib onların başının üstündə ağalıq edir. 

İraqı vaxtilə Rusiyanın adamı Səddam Hüseyn idarə edirdi, hər dəfə Ermənistan Azərbaycan-Dağlıq Qarabağ probleminin həllinə tərəf addım atılanda o hay-küy salıb dünyanın başını qatırdı, imkan vermirdi ki, bu problem beynəlxalq səviyyədə müzakirə olunsun. Onun münasibətini belə bilirəm. İraqın başına Qərb ölkələri, Amerika nələr gətirdi. Ərəb birliyi yoxdur, onlar birləşib sülh yarada bilmirlər ki, sülh şəraitində yaşasınlar. Suriya da o gündədir, İraqı, Misiri nə günə saldılar və sair”. 

Q.Hacıyev qeyd etdi ki, Azərbaycanda səfəri zamanı kifayət qədər məlumat əldə edən İraq prezidentinin Ermənistanda bu davranış göstərməsinə heç şübhəsiz ABŞ-ın, Qərbin təsiri var. “ABŞ bu kimi dövlətləri öz əlinin altında saxlayır, onlarla bağlı incə siyasət yürüdür. ABŞ İraqa hücum etməsə də, onun siyasətinə dərindən nüfuz edə bilir. Səddam rusun adamı idi, bunun da üzərində ermənipərəst Qərbin, ABŞ-ın təsiri yox deyil. 

İraq prezidenti Azərbaycanda olarkən müsəlman qardaşlarının məruz qaldığı Xocalı soyqırımına münasibət bildirmədi, Xocalı soyqırımı abidəsini ziyarət etmədi. İraq prezidenti Xocalı soyqırımına münasibət bildirmədən İrəvana gedib yalançı, uydurma “erməni soyqırımı” abidəsinin üzərinə əklil qoyursa, demək onda təəssübkeşlik yoxdur. Bəlkə də o nə müsəlmandır, nə də ərəbdir. 

Bu, siyasətin axmaq üzüdür. Çox təəssüf ki, İraq prezidenti yalana uydu, haqsızlığa dəstək oldu. Biz o biri dövlətləri qınayırıq, deyirik ki, xristian təəssübkeşliyi edirlər. Bəs bizim müsəlman qardaşlarımız niyə təəssüb çəkmir?”-deyə Q.Hacıyev qeyd edir. 

Q.Hacıyev əlavə etdi ki, müsəlman dövlətinin başçısı erməni yalanının toruna düşürsə, onda biz hansı qardaşlıqdan danışa bilərik?!

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031