Şənbə günü, 19 iyul 2025
     

Ermənistan Zəngəzur dəhlizi məsələsində növbəti dalana girib...

Image

"Azərbaycan Ermənistanın iştirakı olmadan Orta Dəhlizi inkişaf etdirmək qərarına gəlib. Üç ildir ki, İrəvan Zəngəzur dəhlizi ilə bağlı qərara gəlmir. Nəticədə yol Azərbaycan və İran ərazisindən keçəcək". Bu fikirlər Rusiyanın "Vestnik Kavkaza" nəşrində yer alıb.

Nəşr yazır ki, Zəngəzur dəhlizi Ermənistanın əvəzinə İrandan keçəcək: "İrəvanda layihə üç ildir irəli getmir. Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bunu təsdiq edir. "Ermənistanda üç ildir ki, Zəngəzur dəhlizi daxilində yolun bir hissəsinin tikintisi ilə bağlı heç bir addım atılmayıb, əvəzində İrəvanda "Dünyanın kəsişməsi" utopik layihəsindən danışmağa başlayıblar", - deyə Hikmət Hacıyev xatırladıb. O qeyd edib ki, 3 ildir aparılan müzakirələr nəticə verməyib, Ermənistan rəhbərliyi bunun nə dərəcədə effektiv olduğunu düşünməlidir. Həmçinin Azərbaycan prezidentinin köməkçisi vurğulayıb ki, həm Azərbaycan, həm də Türkiyə ilə sərhədlərin bağlanmasında günah Ermənistanın özündədir: "Azərbaycan və Türkiyə hər zaman sinxron şəkildə münasibətlərin normallaşmasına dəstək verib və Ermənistana daim müsbət mesajlar veriblər. Amma təbii ki, Ermənistan özü regionun potensialını dəyərləndirməli və problemlərini öz daxilində həll etməlidir". Bundan başqa, regionda dairəvi dəmir yolu xətti çəkiləcək, Bakı və Ankara Qars-İğdır dəmir yolunun tikintisi ilə bağlı əlaqələri davam etdirir. İrəvan bu halqa xəttini qurmaq üçün heç bir addım atmayıb. Azərbaycan İranla Zəngəzur dəhlizi üzrə işləri məhsuldar şəkildə davam etdirir.  Zəngilan və Ağbənddə Araz çayı üzərində körpülər tikilir, İran ərazisində Naxçıvana quru və dəmir yolu xətlərinin çəkilişi davam edir. Son 3 ildə Ermənistan bu xəttin qurulması və təşviqi üçün ciddi addımlar atmayıb. Azərbaycan bildirir ki, Ermənistanın qərar verməsini gözləyə bilməz. Göündüyü kimi, Orta Dəhlizdə yeni imkanlar yaranır". Nəşr qeyd edir ki, Ermənistan yenə özünü dalan vəziyyətinə salmaqdadır: "Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini ləngidən Qarabağ məsələsinin həllindən sonra Nikol Paşinyan hökuməti belə bir sualla üzləşdi: Bakının ədalətli tələbləri ilə razılaşıb, paralel olaraq heç bir "güzəşt" edilmədiyini necə nümayiş etmək olar? Azərbaycan Ermənistana qarşılıqlı faydalı layihələr təklif edir, lakin diaspor, Qarabağda separatizm bitsə belə, Paşinyan rejimindən "bir addım da geri çəkilməməyi" tələb edir. İrəvan üçün ən əlverişsiz maneələrdən biri də Zəngəzur dəhlizidir. Paşinyan bir tərəfdən 10 noyabr bəyanatında bu dəhlizi açacağını və Zəngilanla Naxçıvan arasında vətəndaşların, nəqliyyat vasitələrinin, eləcə də yüklərin maneəsiz hərəkətini təşkil edəcəyini vəd edib. Digər tərəfdən, Bakı son aylarda Araz çayının İran tərəfi ilə Zəngəzur dəhlizinin tikintisinə dair Tehranla razılığa gəlib. İndi Naxçıvana gediş-gəliş məsələsində İrəvana ehtiyac olmadığını deyir. Paşinyan üç il ərzində Zəngəzur dəhlizi məsələsini siyasi alver üçün əsas götürdü, hətta heç nə tikməyəcəyi ilə hədələdi - indi Azərbaycan Ermənistansız çıxış yolunu tapdı. Bu müddət ərzində Zəngəzur dəhlizi müharibədən sonrakı Cənubi Qafqazın ən mühüm infrastruktur layihəsinə çevrildi. Bölgənin əsas qonşuları - Rusiya, Türkiyə, İran və daha uzaq ölkələr, ilk növbədə, Mərkəzi Asiya, eləcə də Çin dəhlizə maraq göstərir. Onlar üçün Bakıdan Naxçıvana yol qlobal Şərq-Qərb yükdaşıma marşrutunun yeni arteriyasıdır. Ermənistan özü də layihənin faydalarını tanıyıb: Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra ölkə İrana gedən normal avtomobil yolunu itirdi (çünki yeganə belə yol Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan keçirdi), İrana gedən dəmir yolu isə sonuncu dəfə Qarabağ müharibəsindən əvvəl işlədilib – bu yol elə həmin Naxçıvandan keçir. Beləliklə məlum oldu ki, Paşinyan Zəngəzur dəhlizi üzərində bazarlıq edib, birdən-birə heç nəsiz qaldı. Çünki layihə, əvvəlki Bakı-Tiflis-Qars dəmir yolu və Bakı-Tiflis-Ceyhan neft kəməri kimi, etibarsız regional oyunçudan yan keçmək məqsədi daşıyırdı. İndi Rusiya Türkiyə ilə müttəfiqi Azərbaycan və tərəfdaşı İran ərazisindən dəmir yolu əlaqəsi yaradacaq, Azərbaycan Naxçıvana və Türkiyə ərazilərinə quru çıxış əldə edəcək, İran regional yük daşımalarına inteqrasiya olacaq, Ermənistan isə heç nəsiz qalacaq.

Paşinyan üçün daha bir itki: İrəvanda hər şeyin qaydasında olması üçün sadəcə 50 km rels və asfalt çəkmək kifayət idi. Məhz buna görə də Paşinyan təcili olaraq dəhliz təxribatı ilə bağlı fikrini dəyişdi. Lakin hələ də ona təzyiq göstərildiyindən, özü də "dəhliz" sözünün İrəvan üçün xüsusi olaraq Zəngilan-Naxçıvan yollarına şamil edilməsinin qəbuledilməzliyini bildirdiyindən, Mehridən keçən avtomobil yollarının tikintisinə başlandığını elan edə bilməzdi. Nikol Zəngəzur dəhlizinin, belə desək, "erməni rebrendinqini" təşkil etməli, yəni layihənin adını özünəməxsus şəkildə dəyişməli idi. "Dünyanın kəsişməsi" "layihəsi" də belə yarandı. Dırnaq işarələrindən istifadə etməliyik, çünki "layihə"də yeganə yenilik adı və erməni maraqlarının müdafiəsidir – əks halda bu, eyni Zəngəzur dəhlizidir. O, Mehri vasitəsilə Zəngilan və Naxçıvan arasında eyni dəmir yolu marşrutunu nəzərdə tutur. Onu yalnız Azərbaycan və Ermənistanın şimal sərhədindən keçən başqa bir yol tamamlayır ki, bu da İrəvan ərazisindən çox tranzit keçdiyi üçün Bakıya maraqlı deyil. Əsas diqqət Naxçıvandan keçməklə Ermənistandan İrana sovet dəmir yolunun açılmasına yönəlib. "Dünyanın kəsişməsi" ilə bağlı problem ondadır ki, buna tam nəqliyyat təcridindən xilas olmaq üçün yalnız Ermənistanın ehtiyacı var – hamı üçün Zəngəzur dəhlizi kifayətdir. Azərbaycan layihələrini yeni uydurulmuş erməni layihələri kimi qələmə verməkdənsə, Nikol siyasi şounu dayandırmalı, Azərbaycanla danışıqlar masası arxasına əyləşməli və Ermənistandan keçəcək Zəngəzur dəhlizi ilə razılaşmalıdır. Vacib məqam - bunun üçün vasitəçilərlə deyil, birbaşa Bakı ilə danışmaq lazımdır. Paşinyan seçim etməlidir: xarici qüvvələrə xidmət edir, yoxsa Cənubi Qafqazda dövlətə rəhbərlik edir. Əgər ikinci variant olarsa, prezident Əliyevlə dialoq üçün vasitəçilərə ehtiyac yoxdur. Zəngəzur dəhlizində maraqlı olanlar hər halda belə ikitərəfli dialoqa dəstək verəcəklər. Əgər birinci variant olarsa, o zaman "Dünyanın kəsişməsi"nin əvəzinə Paşinyan "erməni dalanı"na düşəcək. İqtisadçı ekspert Rövşən İbrahimov "Vestnik Kavkaza"nın müxbiri ilə söhbətində vurğulayıb ki, Azərbaycan Ermənistanla infrastruktur əməkdaşlığından imtina etmir, lakin Ermənistan hakimiyyəti siyasi şouları dayandırmalı və mövcud layihələrin reallaşdırılması istiqamətində konkret işlər görməlidir".

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910