KÖHNƏ VERSİYA            

Kreml Ermənistana son xəbərdarlığını etdi...

Image

Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə nazirliyin “Cənubi Qafqazda Rusiyanın maraqlarının təşviqi” mövzusunda kollegiya iclası keçirilib. 

Kollegiya iclasında “Rusiyanı strateji məğlubiyyətə uğratmaq” naminə Ukraynanın ardınca kollektiv Qərbin postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda vəziyyəti destabilləşdirməyə, Rusiyanı region ölkələri ilə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə, mövcud kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv etməyə çalışdığı vurğulanıb.

Qeyd olunub ki, sırf “sıfır məbləğli oyunlar” məntiqi ilə idarə olunan qərblilərdən fərqli olaraq, Rusiya üçün Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi həmişə prioritet olub və belə də qalır. Sergey Lavrov bu xüsusda qeyd edib:  “Rusiya bizi çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insan təmasları ilə birləşdirən regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək”. Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sazişlər kompleksinin tam yerinə yetirilməsi, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və regionda nəqliyyat kommunikasiyalarının açılması üçün səylərin davam etdirilməsi zəruri hesab edilib. Bununla yanaşı, regionun üzləşdiyi problemlərin həlli maraqları naminə onun əlaqələrinin və özünü təmin etməsinin gücləndirilməsi vəzifələri, ilk növbədə, kənar müdaxilə olmadan region liderlərinin öz səyləri ilə nəzərdən keçirilir. Bu kontekstdə “3+3” Məşvərətçi Regional Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) potensialından istifadənin xüsusi əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, Lavrov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı ittihamlarına cavab verib. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qalması ilə bağlı suala cavabı olmadığını deyib. Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib ki, KTMT 2021 və 2022-ci illərdə Azərbaycanın Ermənistana hücumu zamanı (Azərbaycan bunu inkar edir) sərhədlərin delimitasiya olunmadığını əsas gətirərək cavab mexanizmlərini işə salmayıb: “Bu o deməkdir ki, onlar KTMT-nin mövcud olmadığını deyirlər, çünki, məsələn, Rusiya ilə Yaponiya arasında sərhəd delimitasiya olunmayıb”. Onun sözlərinə görə, KTMT üzv ölkələrin, Rusiya, Ermənistan və digərlərinin bel bağlaya biləcəyi mexanizm kimi mövcud deyil: “Cəmiyyətimiz bizə deyir ki, niyə KTMT-nin üzvü olmağa davam edirsiniz? Düzünü desəm, bu suala cavabım yoxdur”. Lavrov  bu xüsusda bildirir: “Ermənistan rəhbərliyi hələ ölkə sərhədlərinin müəyyənləşdirilməsini başa çatdırmayıb və belə bir şəraitdə KTMT-nin Ermənistanda məsuliyyət zonasının göstərilməsinin zəruriliyindən danışmaq tezdir. Ona görə, KTMT öz məsuliyyət zonasını müəyyən etməlidir deməzdən öncə Ermənistanın sərhədləri müəyyən olunmalıdır, delimitasiyanı sona çatdırmaq lazımdır. Hansı ki, indi Ermənistan rəhbərliyi bununla məşğul olur”.

Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunmuş üçtərəfli razılaşmaların, o cümlədən Bakı və İrəvan arasında sülh sazişinin əldə edilməsi, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi üzrə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Ziddiyyətli açıqlamaları şərh edən  Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan qeyd edir ki, hər iki ölkə münasibətlərində dərin böhran yaşayır: “Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərinin modernləşdirilməsinə və onların perspektivlərinə aydınlıq gətirəcək dərin dialoq aparılmalıdır. Əks halda, vaxt nə Ermənistanın, nə də Rusiyanın xeyrinə işləyir”. “Stratfor” analitik şirkətinin eksperti Metyu Orr isə qeyd edir ki, Ermənistan üçün Ukraynadakı hadisələrin nəticəsindən hələ çox şey asılıdır: “Çünki aydındır ki, Rusiyanın iqtisadiyyatı, hərbi gücü və diplomatik imkanları maksimum dərəcədə Ukraynadakı müharibəyə yönəlib. Yaxın 3-5 ildə Rusiyanın Cənubi Qafqazdakı imkanları onların Ukraynada nə qədər öz simasını saxlaya və bu münaqişəni dondura biləcəyindən asılı olacaq. Hadisələr gözlənilməz ssenari üzrə inkişaf edərsə, bunun Cənubi Qafqaza böyük təsiri ola bilər. ABŞ indi Ermənistana, məsələn, Gürcüstana təqdim etdiyi şərtləri Ermənistan ərazisində Rusiya hərbi bazası olarsa, təmin etməyəcək”. Qeyd edək ki, Ermənistan müstəqillik illərində Rusiya ilə Qərb arasında manevr etməyə çalışıb, ikincisi ilə texnologiya, təhsil və dövlət idarəçiliyi sahələrində əməkdaşlıq edib, lakin öz təhlükəsizliyini təmin etmək üçün hər zaman Moskvaya ümid bəsləyib. Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan deyir ki, baş verənlər Ermənistanda Rusiya haqqında mövcud olan mifin sona çatmasıdır: “Rusiya, əslində ya heç vaxt Ermənistan üçün Ermənistan daxilində təsəvvür edildiyi səviyyədə təhlükəsizlik təminatçısı olmayıb, ya da çox uzun müddətdir ki, artıq deyil. İndi ölkədə xarici siyasətin diversifikasiyası, ilk növbədə, Rusiyadan birtərəfli asılılığın azaldılması və regionda iştirak edən digər əsas oyunçularla təmasların intensivləşdirilməsi deməkdir”. 

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031