CHP-də Kamal Kılıçdaroğluna qarşı “sui-qəsdin” üstü açıldı
Məlum olduğu kimi, Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında sədr dəyişikliyi olub. Son qurultayda bütün seçkiləri uduzan Kamal Kılıçdaroğlunun əvəzinə onun əsas silahdaşı olan Özgür Özel seçilib. Qurultay zamanı K.Kılıçdaroğlu kəskin çıxış edərək ona qarşı partiyada çevriliş hazırlandığını, siyasi mənada sui-qəsd planları barədə iddia etmişdi.
CHP-nin gənclər qolunun rəhbəri Ərkan Çakır Türkiyə mediasında sensasiya sayılacaq açıqlama ilə çıxış edib. Ə.Çakır iddia edir ki, qurultaydan öncə partiya rəhbərliyindəki bir sıra tərəfindən ona xüsusi tapşırıq verilib ki, qurultay nümayəndələrinin Ö.Özelə səs vermələri üçün iş aparsın. Onun bu açıqlaması CHP daxilindəki bir sıra məsələlərə aydınlıq gətirmək üçün mühüm fakt xarakteri daşıyır.
Məlumdur ki, partiya rəhbərliyində K.Kılıçdaroğluna qarşı olan qruplaşmalar var idi və onlar hələ qurultaydan bir neçə ay öncə, lap dəqiq desək son prezident seçkilərinin nəticələrindən sonra CHP sədrinə qarşı açıq fəaliyyətə başlamışdılar. Bu isə o deməkdir ki, qurultay zamanı çıxışında “mənə qarşı partiyada çevriliş, siyasi sui-qəsd hazırlanıb” mesajları verən K.Kılıçdaroğlunun iddiaları faktlara söykənirmiş. Keçmiş sədr başına gələcəkləri öncədən proqnozlaşdırıbmış. Türkiyə mediası isə partiya daxilindəki qruplaşmaların İstanbul Bələdiyyəsinin hazırkı sədri Əkrəm İmamoğlu tərəfindən idarə olunduğunu idda edir.
Mətləb