15 yaşlı azərbaycanlı dünya şöhrətlisinə belə çevrildi..
Moskvada " Krokus sity holda" törədilmiş dəhşətli terror aktı zamanı çoxlu sayda insanları qətl təhlükəsindən xilas etmiş 15 yaşlı azərbaycanlı İslam Xəlilov Rusiya dövlətinin mükafatına layiq görülüb.Rusiya Uşaq ombudsmanı Belova İslam Xəlilovu bu qəhrəmanlığına görə xüsusi diplomla təltif edib.İslamın təltifolunma kadrları Evronyus televiziyası ilə bütün dünyaya nümayiş etdirilib. Böyük hadisədir.Terrorun radikal islamçılar tərəfindən törədildiyi barədə iddiaların sürətlə yayıldığı bir vaxtda İslam və türk toplumunun təmsilçisi olaraq İslam Xəlilovun bu şöhrəti çox əhəmiyyətlidir.
Namiq Quliyev