Moskvanı qana boyayan terrorçuların ifadələri ortaya çıxdı - "...bir milyon vəd etdilər..."
Xəbər verildiyi kimi, Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall”da konsert salonunda terror aktı törətməkdə şübhəli bilinən silahlı şəxslər Rusiya-Ukrayna sərhədi yaxınlığında saxlanılıb.
Şübhəlilərdən birinin əlləri arxasına bağlanmış vəziyyətdə dizləri üstə dayanaraq 140-dan çox insanın ölümünə səbəb olan qırğını törətdiyini etiraf etdiyi görünür.
Şübhəlinin ifadəsinin, qətliamda hər hansı rolunu qətiyyətlə inkar edən Ukraynaya qaçmağa çalışdığı və Rusiya-Ukrayna sərhədi yaxınlığında Bryanskda ağacda gizləndiyi aşkar edildikdən sonra lentə alındığı bildirilir. Qırğına gəlincə, terror aktına görə məsuliyyəti DEAŞ öz üzərinə götürüb.
Bundan əvvəl sosial şəbəkəyə istinadən müxtəlif KİV-lər “Crocus City Hall”da törədilən hücuma görə məsuliyyəti “İslam Dövləti”nin üzərinə götürdüyü barədə məlumatlar yayıblar. Ancaq mediasının yazdığı kimi, sözügedən sosial şəbəkə hesabının qrupu təmsil edib-etmədiyini müəyyən etmək mümkün deyil. “BBC” yazır ki, “İslam Dövləti” əslində heç bir əlaqəsi olmayan hücumlara görə məsuliyyəti dəfələrlə öz üzərinə götürüb. Rusiya da bu iddiaları qəbul etmir.
Başqa bir videoda şübhəlilərdən birinin diz çökərək əlləri arxadan bağlı vəziyyətdə etiraf etdiyi görünür. Rus əsgəri ondan “Ona tam olaraq nə təklif olunmuşdu?” sualını verib. O isə, “pul qarşılığında bu qətliamı törətmək” deyə cavab verir.
Rus əsgərləri daha sonra "Hansı şeylər? Tam olaraq nə?" soruşur. Şübhəli isə "bu cür şeylər, öldürmək üçün" deyir.
Sonra başqa bir əsgər "Kimi öldürmək üçün?" deyə soruşur və şübhəli “Onlar yeri "Telegram" vasitəsilə göndəriblər” cavabını verir.
Şübhəli daha sonra bildirir ki, ona salona girib kimliyindən asılı olmayaraq hər kəsi öldürməsinın söyləndiyini deyiblər.
Saxlanılan şübhəlilərdən biri martın 4-də Türkiyə üzərindən Rusiyaya getdiyini bildirib. Şübhəli şəxs "Telegram" vasitəsilə tanımadığı şəxslərdən pul müqabilində hücumu həyata keçirmək üçün göstəriş aldığını iddia edib.
O, təlimat aldığı şəxsin adının Fariduni Şemsidin olduğunu bildirib. "Mühazirələri dinlədim. Tanımadığım adamın köməkçisi adamları öldürməyi təklif etdi və mənə bir milyon rubl vəd etdi" deyən şühbəli ona qətli sifariş edən şəxsin köməkçisinin adını bilmədiyini iddia edib.
Saxlanılan digər şübhəli isə terror aktını həyata keçirmək üçün ona 500 min Rusiya rublu vəd edildiyini və avans olaraq 250 min rus rublu aldığını bildirib.
TAHİR