Macarıtanlı nazir Avropa İttifaqı rəhbərlərini “odla oynamağı” dayandırmağa çağırdı
Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto Ukrayna münaqşəi bardə danışıb. Macar nazir bildirib ki, Qərb ölkələri Ukraynadakı münaqişədə öz strategiyalarının uğursuzluğunu qəbul etməlidir. “Qərbi Avropa liderləri onların Ukraynadakı müharibə strategiyalarının iflasa uğradığını etiraf etməlidirlər. Əgər onlar səylərinin ən azı yarısını silah tədarükünə deyil, sülhə yönəltsəydilər, atəşkəs çoxdan əldə edilərdi”.
Siyarto hesab edir ki, Avropa ölkələri öz davranışları ilə getdikcə kəskinləşən “dünya müharibəsi təhlükəsi”ni daha da yaxınlaşdırır. Diplomat Avropa İttifaqı rəhbərlərini “odla oynamağı” dayandırmağa və münaqişənin Avropada döyüş səhnəsinə çevrilməməsi üçün sözügedən ölkələri onun eskalasiyasına qarşı çıxmağa çağırıb.
Mətləb