Polşa prezidenti Rusiyanın NATO-ya hücum edəcəyindən narahatdır...
Polşa Prezidenti Andjey Duda bəyan edib ki, Rusiya 2026-2027-ci illərdə NATO-ya hücum edə biləcək potensiala sahib ola bilər. O, NATO-nun tələb olunan müdafiə xərcləri həddinin ÜDM-in 2 faizindən 3 faizinə qədər artırılması ilə bağlı son təklifini yenidən xatırladıb:
“Düşünürəm ki, bu, sağlam düşüncə məsələsidir. Bu yaxınlarda alman ekspertlərin hesabatlarını oxudum. Ola bilsin ki, artıq 2026 və 2027-ci illərdə Putin iqtisadiyyatı hərbi relsə keçirsin və NATO-ya hücum edə biləcək hərbi potensiala çatdırsın”.
Mətləb Salahov