KÖHNƏ VERSİYA            

Boş vədlərlə Ermənistanı oda atdılar...

Image

Bu gün Qərb ölkələri tərəfindən Ermənistana çoxsaylı vədlər verilməkdə, bu ölkənin xarici siyasətinə ciddi şəkildə təsir edilməkdədir. Artıq bu vəziyyətdə Ermənistanın Rusiya və Qərb arasında yeni qarşıdurma meydanına çevrilmə ehtimalı da xeyli artıb. 

Məhz bu fonda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen bildirb ki, ABŞ və Avropa İttifaqı Ermənistanın transatlantik müttəfiqləri ilə yaxınlaşmasını istəyir və bunu təmin etmək üçün sxem hazırlayır: “Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen açıq şəkildə bəyan edib ki, Ermənistanı cəmiyyətimizə yaxınlaşdırmaq üçün bizimlə və Ermənistanla görüş keçirmək niyyətindədir. Mən bunu bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla  müzakirə etdim və bunun necə görünə biləcəyini anlayırıq”.

Onun sözlərinə görə, coğrafi yaxınlığı nəzərə alaraq, Aİ-nin ticarət üstünlükləri, iqtisadi əməkdaşlıq və vahid bazara çıxış baxımından edə biləcəyi təklif inanılmaz dərəcədə vacibdir: “Biz bu işdə kömək edə bilərik. Müttəfiqlər yolun ortasındadır və iqtisadi gələcəyin necə görünə biləcəyini görürlər”. Bütün bunlara Rusiya gözlənildiyi kimi sərt reaksiya verir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edir ki, Qərb Ukraynadakı siyasəti iflasa uğradıqdan sonra Ermənistandan yapışıb: “Ukrayna ilə bağlı planları tamamilə iflasa uğrayan Qərb indi də eyni formada Ermənistandan yapışıb, onu Rusiyadan qoparmağa çalışır”. Zaxarovanın sözlərinə görə, rəsmi Moskva Ermənistan rəhbərliyinin son addımlarını, o cümlədən baş nazir Nikol Paşinyanın Minskdə KTMT sammitində iştirakdan imtina etməsini, ölkəyə Qərb silahlarının tədarükünün çoxalmasını, İrəvan və Kiyevin dostluğunu “eyni zəncirin halqaları” kimi nəzərdən keçirir: “Amma mənə elə gəlir ki, bu, əsarət zənciridir”. Mariya Zaxarova bu fonda diqqəti ona da yönəldib ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu yalnız siyasi motivlərə əsaslanaraq ratifikasiya edib: “Bütün xəbərdarlıqlara baxmayaraq, xüsusən də BCM vasitəsilə və ya BCM-dən istifadə etməklə Qərb tərəfindən ölkəmizin rəhbərliyinə və rəsmilərə qarşı həyata keçirilən bu anti-Rusiya siyasəti fonunda İrəvan sırf siyasi səbəblərdən onu ratifikasiya etmək  qərarına gəldi. İkitərəfli məsləhətləşmələr zamanı Rusiya tərəfi Roma statutunu ratifikasiya etmədən BCM mexanizmlərindən istifadə yolunu tutmaq təkliflərini irəli sürüb, belə təcrübə də mövcuddur. Təəssüf ki, təklif etdiyimiz kompromis həll yollarına məhəl qoyulmadı”. XİN rəsmisi əlavə edib ki, İrəvan öz əlləri ilə yaratdığı problemlərin həllində maraqlıdırsa, o zaman Rusiya tərəfinin fikrincə, bunun üçün Ermənistan hüquq sistemi çərçivəsində imkanlar var. Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski bu durumda bildirir ki, Rusiya ictimaiyyəti üçün erməni gündəmi bitib: “Ermənistanın Rusiya ilə münasibətlərində nələrin baş verəcəyini kim proqnozlaşdıra bilər? Heç kim. Paşinyan ona görə hakimiyyətə gəldi ki, Ermənistandan Rusiya varlığını çıxarsın, Ermənistanda NATO bloku olsun. Bunun Ermənistan üçün necə bitəcəyi, Ermənistanın olub-olmayacağı onun üçün qətiyyən maraqlı deyil. Bu baxımdan o, Zelenskiyə bənzəyir. Onları hakimiyyətə eyni adamlar və eyni məqsədlərlə qoyublar”.
 Satanovski vurğulayıb ki, Ermənistan Türkiyənin vilayətinə çevrilə bilər: “Görünür, Ermənistan əhalisi baş verənlərdən razıdır. Mən Ərdoğanı tanıyıram, nə dediyini mükəmməl başa düşürəm, nə etdiyini görürəm. Necə ola bilər ki, insan bunu görməsin, başa düşməsin, özünə hesab verməsin? Hesab edirəm ki, Ermənistan qalmayacaq”. Elə digər ekspertlər də bu fikirdədir. Məsələn, ölkəmizin keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov  bildirir ki, hazırda Ermənistanın geosiyasi baxımdan vəziyyəti çox çətindir. O, “axar.az” portalına açıqlamasında qeyd edir: “Ermənilərin uzun illərdir Azərbaycan və Türkiyəyə qarşı həyata keçirdikləri siyasətin əsas dayaq nöqtəsi Rusiya idi. Yəni bunun üçün lazım olan komponentlər rəsmi Moskva tərəfindən təmin edilib. İndi isə vəziyyət dəyişib və Rusiyanın müxtəlif səbəblərə görə Ermənistana həmişə göstərmiş olduğu ənənəvi dəstəyi davam etdirmək istəmədiyi hiss olunur. Bütün bu səbəblərdən onlar özlərinə yeni himayəçi axtarışındadırlar”. Nikol Paşinyanın KTMT-nin 23 noyabrda Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsi haqqında danışan diplomat prosesin Ermənistan üçün kifayət qədər ağrılı keçəcəyini vurğulayıb: “Paşinyan artıq bir neçə dəfə Rusiyadan uzaqlaşıb Qərbə yönəlmək fikrini bəyan edib. Əsas məsələ isə onun buna qadir olub-olmamasıdır. Rəsmi Moskvanın Ermənistana iqtisadi, hərbi və siyasi baxımdan böyük təsir imkanları var. Digər bir sual isə Qərbin Paşinyanı nə qədər və hansı mərhələyədək dəstəkləyəcəyidir. İndi bu dəstək verilir, amma bu dəstəyin yetərincə olub-olmayacağı hələ də sual altındadır. Gürcüstanda Saakaşvili dövrünü xatırlayırıq - şifahi vədlər verilir, ancaq vəziyyət gərgin mərhələyə keçəndən sonra dəstək kəsilir. İndi biz Ukrayna üçün də kifayət qədər dəstəyin verilmədiyini, rəsmi Kiyevin müharibənin gedişatı və mümkün nəticələri barədə narahatlıqlarının artdığını müşahidə edirik. Qərb Ermənistan cəmiyyətini özünə tərəf çəkmək üçün Azərbaycan tərəfindən hansısa təhlükələrin mövcudluğu haqqında danışır. Aİ tərəfindən son verilən açıqlamalar, bəyanatlar da bunun təzahürüdür. Rusiya tarixi aspektdən bu ölkəni tərk edəcək, artıq proses başlayıb. Lakin hərbi, siyasi və iqtisadi baxımdan mövcudluğunu qoruyub saxlayacaq. Bir sıra önəmli rus ekspertin Ermənistanı açıq şəkildə “qulpsuz çemodan”a bənzətməsi də Moskvanın davamlı şəkildə bu ölkəyə marağını itirdiyini göstərir. Ümumiyyətlə isə onu deyə bilərəm ki, böyük siyasətdə belə addımların hər zaman qarşılığı olur və bəhs etdiyimiz proses də Ermənistan üçün çox ağrılı keçəcək”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031