NATO ordusunun Ukraynada olduğu təsdiqləndi - Makronun naşılığı üzündən hər şey açığa çıxdı
NATO ölkələrinin hərbi personalı artıq Ukrayna ərazisindədir, lakin onlar döyüş əməliyyatlarında iştirak etmirlər. İspaniyanın “El Pais” nəşri yazır ki, NATO-nun Ukraynadakı hərbçiləri Ukraynaya ayrılan silahlara nəzarət edir, kəşfiyyat əməliyyatları və təlimlər keçirirlər.
“Emmanuel Makron tabunu pozdu. Makron nəinki debatı açdı, onun sözləri təsdiqlədi ki, NATO ölkələrinin hərbi personalı döyüş əməliyyatlarında iştirak etməsə də, artıq Ukrayna ərazisindədirlər” – məqalədə qeyd olunur.
“El Pais” yazır ki, NATO hərbçilərinin Ukraynada olmasını Polşanın xarici işlər naziri Radoslav Sikorski də təsdiqləyib, lakin o, ölkələrin adını dəqiqləşdirməyib.
TAHİR