"Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı kiberhücumlara məruz qalıb" - Türkiyənin Çexiyadakı səfiri
Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı kiberhücumlara məruz qalıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış XI Qlobal Bakı Forumunda “Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması” adlı panel iclasında çıxışı zamanı deyib.
“Süni intellekt daha çox sosial məsuliyyəti anlayaraq tətbiq olunmalıdır. Türkiyə olaraq bunu təklif edirik.
Türkiyə həmçinin, dron sahəsində qabaqcıl texnologiyaya sahibdir. Lakin biz dronlardan insani əsaslarla istifadə edirik. Bunu süni intellektin öhdəliyinə buraxsaq, böyük fəsadlar olar. Çünki süni intellektin insani dəyərləri, emossiyaları yoxdur”,- deyə o bildirib.