Milli Məclis Novruz bayramı münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Milli Məclis Novruz bayramı münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Trend-in məlumatına görə, spiker Sahibə Qafarova bildirib ki, qarşıdan Novruz bayramı gəlir.
“Təklif edirəm ki, bu bayram münasibətilə xalqımızın bu günü və sabahı naminə dəyərli fəaliyyəti ilə bağlı möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayaq”, - deyə spiker bildirib.
Deputatlar təklifi alqışlarla qarşılayıb.