KÖHNƏ VERSİYA            

Rusiya Ermənistan üçün "fəlakət ssenarisini" rəsmi elan etdi...

Image

Kremlin bütün cəhdlərinə baxmayaraq, Ermənistan Rusiyanı Qərbə dəyişməkdə israrlı olduğunu baş nazir Nikol Paşinyanın son mətbuat konfransında verdiyi açıqlamalar fonunda bir daha təsdiqləmiş oldu. Paşinyan Rusiya əleyhinə fəaliyyətini genişləndirməklə yanaşı, həm də açıq şantaj siyasətinə keçib. 

Məsələn, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakla bağlı açıq hədəyə keçib: “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub və görüşlərdə iştirak etmir. Hüquqi məsələləri hüquqi proseslərlə qarışdırmaq lazım deyil. İndi İrəvan yalnız bir sual barədə düşünür: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”. 

Paşinyan Ermənistanın KTMT-dən konkret olaraq nə vaxt çıxacağını açıqlamayıb. Bununla belə, o, bunun yeni ilədək ola biləcəyini istisna etməyib. Beləliklə, Paşinyan ilin sonuna kimi Rusiyaya vaxt verdiyini nümayiş etdirir. Bundan başqa, Paşinyan avqust ayında Rusiya sərhədçilərinin İrəvanda "Zvartnots" aeroportunu tərk edəcəyini bəyan edib. Onun sözlərinə görə, bu siyasi deyil, işgüzar prosesdir: "Biz Rusiya tərəfini qəbul edilən qərarla bağlı məlumatlandırmışıq. Avqustun 1-dən "Zvartnots" aeroportunda erməni sərhədçilər fəaliyyətə başlayacaq. “Zvartnots” hava limanındakı erməni sərhədçiləri artıq kifayət qədər təcrübə toplayıblar və burada sərhəd xidmətinin Rusiya tərəfinin köməyi olmadan həyata keçirilməsini təmin edə bilərlər". O qeyd edib ki, Ermənistan tərəfi Rusiya Sərhəd Xidməti ilə əlaqə saxlayıb, onlara müstəqilliyin əvvəlindən indiyədək göstərdikləri xidmətə və sərhədlərin mühafizəsinə nəzarətdə göstərdiyi köməyə görə təşəkkür edib. Onun sözlərinə görə, Ermənistanın dövlət institutları inkişaf edir və müstəqil xidmət göstərmək üçün artıq təcrübə toplayıb. Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, ölkəsi "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. O, həmçinin, KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb. Təbii ki, bu addımlar Rusiyada xoş qarşılanmır. Məsələn, Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərindən belə bəlli olur ki, Ermənistan rəhbərliyinin idialarına baxmayaraq, "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı məsələ hələ müzakirə edilir: “Rusiya Federasiyası Ermənistandan Rusiya sərhədçilərinin İrəvan hava limanında işini dayandırması barədə bildiriş alıb. Həqiqətən də bununla bağlı quruma məktub daxil olub və hazırda qurumların xətti ilə təmaslar həyata keçirilir. İndi daha çox deyə bilmirəm. Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək". 

KTMT və Rusiya ilə yollarını ayırmağa hazırlaşan Nikol Paşinyan onu da bildirib ki, Avropa İttifaqının Ermənistandakı missiyasının mandatı daha iki il uzadıla bilər. Buna isə BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın bu qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski olduqca sərt bir cavab verib: “Avropa İttifaqının Ermənistan, Moldova və hətta Afrika da daxil olmaqla, hər yerdə tətbiq etdiyi “antirusiya geosiyasi optikası” təkcə Ukrayna deyil, digər ölkələrə də yüz minlərlə həyat bahasına başa gələcək. Avropa İttifaqı, əlbəttə ki, hər cür yolla özünü sülhməramlı və vasitəçi kimi göstərməyə çalışır, hətta Ukraynaya münasibətə də bu cür don geyindirməyə çalışır. Bəs Avropa İttifaqı bu ölkədəki münaqişənin bitməsini istəyirmi?”. O, bu sualı “əsas mənbəyə”, yəni şuranın iclasında iştirak edən Avropa İttifaqının diplomatiyasının rəhbəri Jozep Borrellə yönəltməyi təklif edib: “2023-cü ilin iyununda Qərb Ukraynaya hərbi dəstəyini dayandıracağı təqdirdə Ukraynadakı münaqişənin bir neçə həftə ərzində bitəcəyini etiraf etdikdən sonra Borrell qeyd etdi: “Məsələ bu müharibəni bitirməkdə deyil, onu necə bitirməkdədir”. Yəni Avropa İttifaqı Ukraynada, dolayı yolla da olsa, mahiyyətcə müharibə edən tərəf kimi münaqişənin həllinə deyil, onun vasitəsilə Rusiyaya maksimum ziyan vurmağa, ən yaxşı halda isə strateji məğlubiyyətinə nail olmağa çalışır”. Ermənistanın “Ümumerməni Cəbhəsi” hərəkatının lideri, ölkənin keçmiş müdafiə naziri Arşak Karapetyan isə bildirir ki, Ermənistan hakimiyyətinin KTMT və Avrasiya İqtisadi İttifaqı istiqamətində atdığı addımlar dövlət üçün fəlakətli nəticələr verə bilər. Karapetyan qeyd edib ki, 44 günlük müharibədən əvvəl Ermənistan regionda məsələni həll etmək hüququna malik idi, indi isə bu regionda nüfuzunu qorumaq üçün yalnız bir rıçaqa sahibdir və bu, Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası, yəni KTMT üzvü olmaq halıdır: “Rusiya hərbi bazası buradan çıxan kimi Ermənistanla heç kim maraqlanmayacaq”. Sabiq erməni nazir əlavə edib ki, Paşinyan hakimiyyətinin apardığı siyasətin nəticələri Ermənistan üçün fəlakətli ola bilər. Ermənistanın “Past” nəşri də yazır ki, indi Qərbə, o cümlədən Fransa və Britaniyaya güvənərək Rusiyaya qarşı çıxmaq İrəvan üçün dağıdıcı nəticələr vəd edir: “Vəssalam, artıq xilas olmuşuq. Böyük Britaniyanın silahlı qüvvələr üzrə dövlət katibi Ceyms Hippi bəyan edib ki, Böyük Britaniya Rusiyanın cavab təhdidləri halında Ermənistanı dəstəkləmək üçün Avro-Atlantik müttəfiqləri ilə işləyəcək. Ceyms Hippi Ermənistanın KTMT-dəki üzvlüyünün “dondurulması”nın qurumdan rəsmi çıxmaq demək olmadığını qeyd edərək, Rusiyanın cavab hədələri olacağı təqdirdə NATO müttəfiqləri ilə Ermənistanı dəstəkləməkdən danışıb. Məlum olur ki, hökumətin müxtəlif təbliğat platformalarında ciddi simalarla oxşar tezisləri yayan və ya təbliğ edən dairələr var. Bu, kifayət qədər sadə məzmunlu təbliğat olsa da, bəzi soydaşlarımıza təsir edir. Göründüyü kimi, Britaniya gəmiləri Ermənistanın dağlarına qalxmaq qərarına gəlib”. O da qeyd edilir ki, ölkə sürətlə böyük güclərin toqquşma məkanına çevrilir.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031