2024-cü il dövlət büdcəsi birinci oxunuşda təsdiq edildi
Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib.