Kremldən Paşinyanın KTMT sammitində iştirakdan imtinasına reaksiya - başa düşürük ki...
Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrda Minskdə keçirilməsi planlaşdırılan KTMT sammitində iştirakdan imtina etməsindən təəssüfləndiyini bildirib.
«Təəssüf etmək olar, çünki bu cür görüşlər fikir mübadiləsi, saatların tutuşdurulması üçün çox yaxşı səbəbdir», - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin müvafiq sualına cavabında bildirib.
Bununla belə, o hesab edir ki, bu və ya digər ölkələrin rəhbərlərinin bu cür qərarların qəbul edilməsi üçün öz səbəbləri ola bilər.
«Biz başa düşürük ki, hər bir hökumət başçısının və ya dövlət başçısının iş cədvəlində öz tədbirləri, öz səbəbləri ola bilər», - deyə o əlavə edib.
Xatırladaq ki, noyabrın 23-də Belarusun paytaxtı Minskdə KTMT ölkələrinin liderlərinin növbəti sammiti keçiriləcək. Daha əvvəl Ermənistan hökumətinin mətbuat xidməti N.Paşinyanın sammitdə iştirak etməyəcəyini bəyan edib. N.Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonu bu barədə məlumatlandırıb.
Qeyd edək ki, Nikol Paşinyan ötən ay Müstəqil Dövlətlər Birliyinin (MDB) Qırğızıstanın Bişkək şəhərində keçiriləcək zirvə görüşündə iştirakdan da imtina edib.
TAHİR