Fransa Ukraynanın imtina etdiyi zirehli maşınları Ermənistana göndərib
Ukrayna Fransanın göndərdiyi "Bastion" zirehli maşınlarından zəif müdafiə səbəbindən imtina edib.
Trend xəbər verir ki, Fransanın "Ouest France" nəşri məhz bu istifadəyə yararsız maşınların Ermənistana göndərildiyini yazır.
"Bu nəqliyyat vasitələri ilkin olaraq Ukrayna üçün nəzərdə tutulmuşdu, lakin Kiyev bu maşınların artilleriya atəşi və tank əleyhinə raketlərdən zəif müdafiə etdiyini hesab edib", - "Ouest France" nəşrində deyilib.
Xatırladaq ki, İrəvan Fransadan hərbi yardımın ilk partiyasını alıb. Ermənistan ordusu üçün zirehli maşınların ilk partiyası artıq Gürcüstan vasitəsilə ölkəyə çatdırılır.
Qeyd etmək lazımdır ki, "Bastion" zirehli maşınları ilkin olaraq Afrikadakı keçmiş müstəmləkə ölkələrindəki Fransa qoşunları üçün hazırlanıb. İndi isə Fransa bu texnikadan qurtulmağın istənilən yollarını axtarır.