Natenyahunun arxasındakı kimdir ki, Baydeni də, Quttereşi də saymadı?!....
Son vaxtlar israil rəhbərliyi tərəfindən beynəlxalq təşkilat rəhbərlərinə, dünya ictimaiyyətinə qarşı saymamazlıq halları sürətlə artır. İsrail xarici işlər naziri Eli Kohen BMT-nin baş katibi Antoniu Quttereşlə görüşməyi rədd etdikdən sonra, Baş Nazir Netanyahu da ABŞ Prezidenti Co Baydeni heçə sayan addım atıb. İsrail hökümətinin rəhbəri Ağ Ev sahibinin "İsrailin həddinin aşmaması" və sülh danışıqları prosesinə start verilməsi barədəki mesajını qulağırdına vuraraq bölgədə sülh üçün hələ şəraitin yetişmədiyini bəyan edib. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: "Həqiqətən də mənzərənin yaratdığı təəssürat bu sualın mahiyyətində yatır. İsrail Qəzzanı düzlədi, cənubdakı Rəfahda və hətta Fələstin Administrasiyasının yerləşdiyi İordan çayının qərbində əməliyyatlar, evlərdə axtarış apardı. Dünyada buna etirazlar başladı, Natenyahu dediyini təkrarladı ki, atəşkəs olmayacaq, Fələstin dövləti olmayacaq, müharibədən də sonra Qəzza bizim nəzarətimizdə qalacaq. Bütün bunlar Şərqdə sülhün bərqərar olmasına imkan vermir, qan su yerinə almaqda davam edir.
Ən yeni faktlar isə budur.1.Bayden şəxsən bəyan etdi ki, İsrailin Qəzzada keçirdiyi əməliyyatlar adekvat deyil. Bununla Bayden onu demək istədi ki, " həddinizi aşmayın"...2 İsrailin parlament sədri BMT- nin baş katibi Quttereşlə planlanmış görüşə gəlmədi və qırmızı şəkildə dedi ki, BMT bizdən atəşkəs tələb etdiyi üçün baş katiblə görüşmək istəmirik...
Təsəvvür edirsinizmi dünyaya meydan oxumağın dərəcəsini? Ona bu cəsarəti verən kim( lər) di?...
Dünyanın nizamı həqiqətən pozulub.1947- ci ildə məhz BMT İsrail dövlətini yoxdan var etdiyi halda, bu gün İsrail BMT- yə minnətdar olmalı olduğu halda, əksinə hərəkət edir və onun humanist tələbini geri çevirməklə nüfuzunu yerlə bir edir..."
Mətləb