Azərbaycanın xaricdəki diplomatik missiyalarında seçkilər Koreyada başlayıb, ABŞ-da bitəcək...
Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında fevralın 7-də keçiriləcək prezident seçkiləri ölkəmizin Koreya Respublikasındakı səfirliyində başlayacaq, ABŞ-nin Los-Anceles şəhərindəki Baş konsulluğunda tamamlanacaq.
Seçki-2024.az saytı yazır ki, seçkilər ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.
Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.