Patruşev Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasını yalnız Qərbin müdaxiləsi olmadan mümkün sayır
Ermənistnala Azərbaycan arasında sülh sazişinin imzalanması yalnız regionda vəziyyətin pisləşməsini təhrik edən Qərbin müdaxiləsi olmaması şərti ilə mümkündür. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.
“Rusiya bu ölkələr arasında sülh sazişinin bağlanması, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır”, - Patruşev MDB ölkələri təhlükəsizlik şurası katiblərinin iclasında bildirib.
Onun sözlərinə görə, “bu, yalnız qeyri-regional qüvvələrin müdaxiləsi olmadan mümkündür”.
“Qərbin hərəkətləri regionda vəziyyətin pisləşməsini təhrik edir və burada ziddiyyətlərin qalmasına şərait yaradır”, - RF TŞ-nin katibi vurğulayıb