"MSK Müstəqil Media Mərkəzinin fəaliyyətinə xüsusi əhəmiyyət verir"
"Səsvermədən sonra bütün proseslərin aşkar həyata keçirilməsi üçün Müstəqil Media Mərkəzi vasitəsilə şərait yaradırıq ki, Azərbaycana gələn nümayəndələr, seçkilərlə maraqlanan tərəflər istədikləri vaxt burada mətbuat konfransları keçirsinlər."
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkiləri ilə bağlı jurnalistlərə açıqlamasında söyləyib.
“Biz də Mərkəzi Seçki Komissiyası olaraq çalışmışıq ki, bu proseslərdə iştirak edək, əgər hansısa irad varsa, öz səlahiyyətlərimiz çərçivəsində adekvat addımlar ataq”, - deyən M.Pənahov qeyd edib ki, MSK Müstəqil Media Mərkəzinin fəaliyyətinə xüsusi əhəmiyyət verir. “Çünki bilirsiniz ki, mətbuatsız heç bir ölkəmiqyaslı prosesin hansı səviyyədə keçirilməsini dünya ictimaiyyətinə çatdırmaq olmaz”, - deyə MSK sədri vurğulayıb.
Mətləb