Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada Pənahəli xan küçəsindəki binalarda həyata keçiriləcək layihələrlə tanış olublar - FOTO/YENİLƏNDİ
Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şuşada Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda həyata keçiriləcək bərpa və yenidənqurma layihələri ilə tanış olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, Pənahəli xan küçəsindəki bir sıra binaların bərpası və yenidən qurulması yüksək səviyyədə həyata keçiriləcək.