Ermənistan MDB ölkələrinin görüşündə iştirakdan yenə imtina etdi...
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Təhlükəsizlik Şuralarının katiblərinin Moskvada keçiriləcək iclasında iştirak etməyəcək.
Trend xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan məlumat verib.
Qeyd edək ki, DB ölkələrinin Təhlükəsizlik Şuralarının katiblərinin görüşü noyabrın 8-də Moskvada keçiriləcək.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan MDB ölkələrinin Bişkəkdə keçirilən zirvə görüşündə iştirakdan imtina ediblər.