KÖHNƏ VERSİYA            

ŞƏT NATO ilə tarazlıq yaradan yeni beynəlxalq qurum kimi qəbul olunur...

Image

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən iclası dünya miqyasında da xüsusi diqqət mərkəzində yer alır. Rusiya, Çin, Azərbaycan, Türkiyə dövlət başçılarının, BMT-nin baş katibinin, bir sıra ölkələrin prezidentlərinin  iştirak etdiyi sammitdə beynəlxalq gündəmin də ən aktual mövzuları müzakirə predmetidir. 

Əvvəlcə Rusiya, Çin və Mərkəzi Asiyanın keçmiş sovet respublikaları tərəfindən təhlükəsizliyinin təmin edilməsi və sərhəd problemlərinin həlli üçün yaradılmış ŞƏT beynəlxalq arenada nüfuzlu oyunçuya çevrilib. Qərb politoloqları qəbul edir ki, Qazaxıstanda baş verən tədbirə məhəl qoymamaq yersizdir. Xüsusən də o fonda ki, Rusiya ilə Çin təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir. Bundan başqa, Şanxay Əməkdaşlıq Təşkilatı dünyanın ən böyük iqtisadiyyatına malik iki dövlətdən birinin təmsil olunduğu təşkilatdır. Yəni Çin o təşkilatın əsas sponsor və təsisçilərindəndir. Təşkilatın Hindistan, Rusiya, Pakistan, İran kimi üzvləri var. Bu ölkələr həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bazara görə çox böyük əhəmiyyət kəsb edir. Amma dünyada baş verən hadisələr Şanxay Əməkdaşlıq Təşkilatının həm də Qərblə rəqabət funksiyası daşıdığını ortalığa çıxarır. Son zamanlar Rusiyanın Ukraynada, ondan əvvəl Gürcüstanda keçirdiyi hərbi əməliyyatlar zamanı Qərbin, ABŞ-ın, Avropa İttifaqının və onların müttəfiqlərinin Rusiya şirkətlərinə tətbiq etdiyi sanksiyalar Şanxay Əməkdaşlıq Təşkilatının Rusiya və Çin üçün əhəmiyyətini daha da artırdı. Bundan başqa, Qərb ölkələrinin öz müttəfiqlərinə qarşı təziqləri artırması müttəfiqlərin müəyyən mənada Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa meyillənməsinə təkan verdi. Məsələn, Qərbin güclü müttəfiqlərindən biri olan, Avropa İttifaqına inteqrasiyası əngəllənən Türkiyə də ŞƏT-ə doğru hərəkət edir. ŞƏT-in güclənməsi fonunda diqqət çəkən məsələlərdən biri NATO-da baş verənlərdir.  NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək böyük sammiti ərəfəsində qurum daxilində müəyyən problemlərin olması özünü göstərir. Məsələn, NATO sammitinin qarşısında duran ən mürəkkəb məsələlərdən biri də Ukraynanın alyansa üzvlük perspektivlərinin yekun bəyannamədə necə bir mətnlə ifadə edilməsidir. NATO indiyədək bildirirdi ki, Ukrayna Rusiya ilə müharibədə olduğu bir vaxtda onun alyansa birbaşa üzvlüyündən söhbət gedə bilməz. Brüsseldə belə bir təklif də dolaşırdı ki, alyans Nizamnaməsinin qarşılıqlı müdafiəni nəzərdə tutan 5-ci maddəsi Ukraynanın işğal edilməmiş ərazilərinə şamil olunsun. NATO rəsmilərindən biri anonim şəkildə mediaya deyib ki, yekun bəyannamədə Ukraynanın üzvlük perspektivinə dair mətn ehtimalən Vilnüs sammitindəkindən azacıq güclü ola bilər. Vilnüs bəyannaməsində NATO-nun 2008-ci il sammitinin yekun sənədinə istinad edilirdi. Bu sənəddə deyilirdi ki, “Ukrayna NATO üzvlü olacaq”. Görünür, bu sammitdəki mətn də buna yaxın olacaq, yəni alyansa üzvlük üçün dəqiq vaxt öhdəliyi götürülməyəcək.

Bu sammitdə ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd Donald Tramp faktorunu nəzərə almamaq mümkün olmayacaq. Əslində, NATO-nun Vaşinqton sammiti ABŞ prezident seçkisi kampaniyasının bir hissəsinə çevriləcək. Alyans rəsmiləri bildirirlər ki, Kiyevə sabit maliyyə dəstəyi, Ukrayna hərbçilərinin təlimləri kimi məsələlər artıq rəsmiləşdirilib və Tramp Ağ Evə qayıdarsa belə bunların dəyişməyəcəyini gözləmək olar. Lakin digər məsələ Trampın NATO üzvlərinin heç də hamısının öz maliyyə öhdəliklərinə əməl etməməsindən narazılığıdır. O, hətta bir dəfə bəyan etmişdi ki, ÜDM-nin 2 faizini hərbiyə xərcləməyən üzvlərə Rusiyanın hücumu təqdirində 5-ci maddə tətbiq olunmayacaq. Hazırda vəziyyət Trampın narazı olduğu vaxtlardakından bir qədər yaxşıdır. İndi 32 NATO üzvündən 23-ü bu öhdəliyi yerinə yetirir. Bundan əvvəl alyansın Rusiya ilə mümkün müharibəyə nə dərəcədə hazır olduğu narahatlıq yaradırdı. Lakin ötən il Vilnüsdə keçirilən sammitdə “NATO-nun hər qarış ərazisinin müdafiə olunacağına” dair öhdəlik götürülüb və bir sıra regional müdafiə planları işlənib. Vaşinqton sammitində bu plan və mexanizmlərin necə işləməsi məsələsi nəzərdən keçiriləcək. NATO indi döyüş hazırlığı vəziyyətində olan 500 minlik orduya malikdir. Bu, “soyuq müharibə” illərindən bu yana görünməmiş miqyasdır. İndi NATO-nun hazırlığı daha yüksək vəziyyətdədir, amma bəzi məsələlər həllini tapmalıdır. Bu, blokun şərq cinahında olan ölkələrin hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsidir. Bundan başqa, alyansın daha çox uzaqmənzilli raketlərə və ağır tanklara ehtiyacı var. Bu sammitdə NATO-nun “Asiya-Sakit okean hövzəsi” üzrə partnyorları Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya da iştirak edəcək. Bu isə o deməkdir ki, müttəfiqlər həmin region üzrə də bir çox razılaşmalar imzalamalı olacaqlar. Ekspertlər onu da qeyd edir ki, ABŞ prezidenti Co Bayden NATO-nun bundan əvvəlki sammitlərində fəal olmayıb, amma indi o, xüsusilə də Trampla debatlarda zəif nəticədən sonra fəallığını artırmalıdır. Lakin Bayden, necə deyərlər, öz siyasi varlığı uğrunda çarpışan yeganə Qərb lideri deyil. Fransa prezidenti Emmanuel Makron NATO sammitinə mərkəzçi alyansın parlament seçkisinin birinci turunda zəif nəticə göstərdiyi bir vaxtda gəlir. Mərkəzçi qüvvələr ikinci turda planlaşdırdıqları kimi Marin Le Penin populist və millətçi qüvvələrinin mütləq çoxluğuna mane ola bilməsələr, Makron mandatının bitdiyi 2027-ci ilədək istədiyi sərbəstliklə hərəkət edə bilməyəcək. Almaniyada kansler Olaf Şolts və koalisiyasının da gələn ilin seçkilərində uğur qazana bilməməsi mümkündür. Başqa sözlərlə, Berlin, Paris və Vaşinqton NATO-nun bu sammitində zəif liderlərlə təmsil olunurlar. Yalnız Britaniyada Keyr Starmerin leyboristləri seçkidən sonra daha böyük və hətta mütləq parlament çoxluğu ilə 2010-cu ildən bəri ilk dəfə hakimiyyətə qayıda bilərlər.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031