KÖHNƏ VERSİYA            

İran seçkilərində "azərbaycanlı faktoru" ön plana çıxır...

Image

Aparılan son hesablamalar göstərir ki, İranda prezident seçkisinin birinci turunda  elektoratın 60 faizindən çoxu səsverməyə getməyib. Baxmayaraq ki, bu səsvermə növbəti prezidentin Ali dini lider Əli Xamneinin varisliyində roluna görə vacib sayılır. 

Seçkidə namizədlərin heç biri gərəkən 50 faizi yığa bilmədiyindən iyulun 5-də islahatçı Məsud Pezeşkianla sərt xətt tərəfdarı, mühafizəkar, keçmiş nüvə danışıqçısı Səid Cəlili arasında ikinci tur keçirilməlidir.

Ölkədə və xaricdə dissidentlər genişmiqyaslı boykot çağırışları edib, son seçkilərdən bəri heç bir dəyişikliyin baş vermədiyini deyiblər. Bundan sonra seçkidə rekord zəif seçici fəallığı qeydə alınıb. Ümumiyyətlə, İranda 2020-ci ildən bəri seçici fəallığı azalmağa doğru gedib, bunun bir səbəbi də azadlıqların olmaması, iqtisadiyyatın axsaması, həyat standartlarının pisləşməsidir. Son böyük seçkilərdə seçici fəallığının azalması həm də koordinasiyalı vətəndaş itaətsizliyinin birbaşa nəticəsidir ki, bu da məyus ictimaiyyətə narazılıqlarını hakimiyyətə çatdırmağa şərait yaradır. İran prezidentliyinə azərbaycanlı namizəd Məsud Pezeşkian digər namizəd Səid Cəlili ilə teledebatdakı çıxışında bu məsələyə geniş şəkildə toxunub: “Xalqın hüququnu pozub, onun səsini eşitməyəndə, əlbəttə ki, səsvermədə iştirak səviyyəsi aşağı olacaq. Qiymətlərin bahalaşması, qız və qadınlara qarşı münasibət, internetə məhdudiyyət səbəbindən günü-gündən sosial dəstəyi itiririk”. O, qeyri-farslar və qeyri-şiələrə qarşı ədalətsiz münasibətə də diqqət çəkib: “Bu, vətəndaşların hakimiyyətə qarşı inamsızlığına səbəb olur”. Pezeşkian həmçinin hakimiyyət qruplarına üzv olmayan şəxslərin sıxışdırıldığını, onların hansısa vəzifə tutmasına imkan verilmədiyini bildirib. Azərbaycanlı namizəd, bununla yanaşı, 2022-ci ilin ümumi etiraz aksiyalarına da toxunub, etirazçılara qarşı münasibət və repressiyanı pisləyib: “Yanımızda olanların küçələrə axışıb mitinq keçirmələrinə haqq qazandırır, bizə etiraz edənlərin narazılıqlarını ifadə etməsini isə qanunsuz adlandırır, onları saxlayır və həbsxanalara salırıq”. Məsud Pezeşkian hakim sistemdə təmsil olunan bir çoxlarını ölkəni qəfəsə çevirməkdə, bütün qapıları bağlamaqda və dünya ilə normal münasibətlər qura bilməməkdə günahlandırıb. Bunlar fonunda İranda seçkilərlə bağlı daha bir qalmaqal yaşanıb. Belə ki, Səid Cəlilinin seçki qərargahının nümayəndələri Pezeşkiana səs verənləri eşşək adlandırıblar. Artıq bu barədə yerli sosial media kanallarında məlumat və videolar yayılıb. Cəlilinin nümayəndəsi bu xüsusda bildirib: “Mərənddə 95 min səsin 76 mini Məsud Pezeşkiana verilib, açıqca elan edirəm, təhqir də olsa: Pezeşkiana eşşəklər səs verib”. Müfaviq videonun yayılmasından sonra Mərənddə Cəlili və onun seçki qərargahının nümayəndələrinə qarşı etiraz aksiyası başlayıb, polis qüvvələri aksiyanın genişlənməsinin qarşısını alıb, bəzi etirazçıları bir neçə saatlığına həbs edib. Saxlanılanlar dindirildikdən və aksiya keçirməməklə bağlı yazılı iltizam alındıqdan sonra sərbəst buraxılıblar. Hesab olunur ki, baş verənlər İranda yenə milli ayrıseçkiliyin təzahürüdür. Bu ayrıseçkilik azərbaycanlılara qarşı özünü qabarıq büruzə verir. Məsud Pezeşkian bunlar fonunda qeyd edib: “Bir daha fəxrlə elan edirəm ki, mən azərbaycanlıyam. Mahabadda dünyaya gəlmişəm, atam, anam və bütün nəslim azərbaycanlıdır”. O, bununla yanaşı, İranda Azərbaycan türkcəsinə qarşı məhdudiyyətlərə də toxunub: “Bir azərbaycanlı olaraq kimsənin dilimi lağa qoymasına icazə vermərəm, heç kim Azərbaycan türkcəsində yazıb-oxumağa qadağa qoya bilməz”.

28 iyun seçkisindən sonra təhlilçilər bildirir ki, daha bir sərt xətt tərəfdarı prezidentin hakimiyyətə gəlmək qorxusu birinci tura getməyənləri ikinci tura gedib Pezeşkiana səs verməyə vadar edə bilər. Görünür, elə Pezeşkian və tərəfdarları da sosial mediada buna fokuslanır, boykot tərəfdarlarını ona səs verməyə inandırmağa çalışırlar. Pezeşkian X platformasında yazıb ki, İranın gələcəyi təhlükədədir" və ölkəni yalnız yüksək seçici fəallığı xilas edə bilər: “Mən xalqdan biriyəm. Xalqın 60 faizi bizim heç birimizi qəbul etmir. Əgər Cəlili kimi şəxslərin düşüncəsi hakim olarsa, 40 faiz fəallıq 20 faizə düşəcək”. Bəzilərinin fikrincə, Pezeşkian gərək islahatlar üçün aydın cızılmış platforma təqdim etsin ki, müxalif fikirli seçicilər də ona səs versinlər. Bəziləri isə Cəlilinin prezidentliyinin təhlükəli tərəflərinə diqqət çəkilər. Onlar xəbərdarlıq edirlər ki, Cəlili qadınlar üçün məcburi hicab qadağasını daha da gücləndirə, İranı Şimali Koreyaya oxşar total qlobal təcridə apara bilər. Qeyd edək ki, 28 iyunda keçirilən prezident seçkilərinin birinci turunda Məsud Pezeşkian bütün rəqiblərini qabaqlayıb, Səid Cəlili isə ikinci olub. Seçici fəallığının 40 faiz olduğu birinci turda namizədlərdən heç biri 50% səs toplamadığı üçün 5 iyulda ikinci tur keçiriləcək. Seçkilərin ilk turunda birinci çıxan Pezeşkian ən çox səsi, başda türklər olmaqla, ölkənin qeyri-fars və qeyri-şiə icmalarının yaşadığı bölgələrdən toplayıb, Cəlili şiə fars icmalarının yaşadığı bölgələrdə birinci yeri tutub. Rəsmi İRNA və yarı-rəsmi “Tasnim” agentliklərinin məlumatına görə, Pezeşkian 16 vilayətdə, Cəlili isə 15 vilayətdə ən çox səs toplayıb.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031