KÖHNƏ VERSİYA            

“Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir” - Vüqar Rəhimzadə

Image

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksələn xətlə inkişaf edir.

Beynəlxalq baxışın yüksək səviyyədə olması Azərbaycana böyük inamın, etimadın göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkələrin dövlət başçılarının şəxsi dostluq münasibətləri də əlaqələrin möhkəmlənməsində, yeni prioritetlər üzrə inkişafında əsas faktorlardan biridir. Bu gün Azərbaycan-Çin münasibətlərinin fonunda həm ölkələrin, həm də liderlərin şəxsi dostluq münasibətlərinin yol açdığı uğurları görürük. Şanxay Əməkdaşlıq təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Astanada səfərdə olan Prezident İlham Əliyevin Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan liderləri ilə keçirdiyi görüşlər münasibətlərimizin dünəninin, bu gününün və onların əsasında perspektivlərin aydın mənzərəsini yaratdı. Bu görüşlər Azərbaycanın, onun  Prezidentinin beynəlxalq nüfuzunun təsdiqidir. Bu mühüm məqam beynəlxalq səviyyədə də qeyd edilir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq əsas diqqət Azərbaycana yönəlir. Təbii ki, bu diqqəti şərtləndirən xeyli sayda amillər mövcuddur. Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanması, yerləşdiyi coğrafi məkan, ölkələr, xalqlar arasında qurduğu yeni körpülər daim yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Astana Zirvə görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi dəyərləndirilir. Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji səviyyəyə yüksəlib. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Dövlət başçısı İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə ölkələrimiz arasında dostluq, tərəfdaşlıq münasibətləri əsaslı şəkildə diqqətə çatdırıldı. Dövlət başçısı İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə imzalanan Bəyannamənin iki ölkəni rəsmi olaraq strateji tərəfdaşlara çevirdiyini vurğuladı. Bildirdi ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik. Çin-Azərbaycan əlaqələrinin səmimiyyətə və qarşılıqlı etimada əsaslandığını bildirən Si Cinpin bu mühüm məqamı da xüsusi qeyd etdi ki, iki dövlət arasında münasibətlər həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Qəbul edilən Birgə Bəyannamə ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir. Bu mühüm sənəd, eyni zamanda, münasibətlərdə yeni bir başlanğıc nöqtəsidir. Belə bir əminlik də ifadə edildi ki, xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Bəyannamənin əsas müddəalarında da qeyd edildiyi kimi, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. Münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul edir. Azərbaycanla Çin milli, regional və qlobal təhlükəsizliyin vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlayır, öz ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı istifadəsinə imkan vermir. Tərəflər BMT himayəsi altında beynəlxalq sistemi dəstəkləyir, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət edir, hegemonluğa və güc siyasətinə qarşıdır, real çoxtərəfliliyə sadiqdir. Ümumilikdə sənəd iki ölkənin münasibətlərində öndə saxladıqları əsas prinsiplərin təqdimatıdır. Onu da qeyd edək ki, Azərbaycanla Çin “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisində və istismarında fəal iştirak edir.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Çin Azərbaycanın beş əsas ticarət tərəfdaşından biridir. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard dollar təşkil edib. Həmçinin, hazırda ölkəmizdə 300-dən çox Çin şirkəti qeydiyyata alınıb ki, onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. İnvestisiyaların həcminə gəldikdə isə, Çin Azərbaycan iqtisadiyyatına 930,8 mln. dollar, Azərbaycan isə Çin iqtisadiyyatına 263,3 mln. dollar  həcmində investisiya qoyub. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan Çinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Ölkəmiz Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə mühüm addımları ilə diqqətdədir. Belə ki, Azərbaycan “Kəmər və Yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Vüqar Rəhimzadə Azərbaycan-Çin münasibətlərinin qısa təhlili əsasında bu qənaətini açıqlayıb ki, qarşılıqlı etimad münasibətlərin yüksələn xətlə inkişafında, həmçinin yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin də rolu böyükdür. Ümumilikdə, dövlət başçısı İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü iki ölkə arasında dialoqu daha da intensivləşdirəcək, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031