KÖHNƏ VERSİYA            

Azərbaycanın sülh təklifinə görə Çin də Ermənistana təzyiq edəcək...

Image

Abutalıb Səmədov: “Çinin Azərbaycanın təklif etdiyi sülh gündəliyinə tərəfdar çıxdığını bəyan etməsi Ermənistan üçün də çox ciddi siqnaldır”

Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

Bu fikir iyulun 3-də Astanada qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də yer alıb.

Bəyannaməyə əsasən, tərəflər terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini vurğulayıblar.

Bildirilib ki, tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə, milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazırdır.

Bu, Çinin sülh məsələsində Ermənistana təsirlərinin artmasına səbəb ola bilərmi?

“Azərbaycanla Çin arasında imzalanmış strateji tərəfdaşlığın qorunması haqda bəyannamə, təbii ki, bu məsələdə Ermənistanın mövqeyinə təsir edə bilər” 

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə  şərhində bildirdi ki, Azərbaycanla Çin arasında imzalanan strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə çox mühüm əhəmiyyətə malik olan sənəddir. “Bu sənədin əsas müddəaları Azərbaycanın vahid Çini qəbul etməsi və Çin Xalq Respublikasının Çini təmsil edən əsas dövlət olduğunu bir daha təsdiq etməsi, digər tərəfdən, Çinin Azərbaycanın təklif etdiyi sülh gündəliyinə tərəfdar çıxmasıdır. Bu çox mühüm müddəadır. Çin dünyanın ən nüfuzlu dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və dünyada öz iqtisadi potensialına görə ABŞ-la rəqabət apara biləcək yeganə dövlətdir. Çinin Azərbaycanın təklif etdiyi sülh gündəliyinə tərəfdar çıxdığını bəyan etməsi Ermənistan üçün də çox ciddi siqnaldır. Çünki Ermənistan da Çinlə sıx əməkdaşlığa can atır və bunun üçün də əlindən gələni etməyə çalışır. Əlbəttə, Çinin mövqeyi mütləq Ermənistan rəhbərliyi tərəfindən də nəzərə alınacaq və alınmalıdır. Çox təəssüf ki, Azərbaycanla Ermənistan arasında imzalanmalı olan sülh sazişini və bu istiqamətdə aparılan müzakirələri ABŞ və müttəfiqləri, eyni zamanda Rusiya bir intriqa meydanına çevirib. Bu sazişin imzalanmasına mane olmaq üçün əllərindən gələni edirlər. ABŞ və Avropa Birliyi Rusiya ərazisində hər hansı bir müzakirənin keçirilməsini qətiyyətlə rədd edir, Rusiya ABŞ-da, Avropa Birliyinə daxil olan dövlətlərin ərazisində keçirilən müzakirələri çox qısqanclıqla qarşılayır, hər müzakirədən sonra etiraz bəyanatı verir. Təbiidir ki, bu da prosesi ləngidir. Çox təəssüf ki, bu intriqalar Ermənistan tərəfindən də təsdiqlənir və Ermənistan Cənubi Qafqazı bu iki böyük gücün qarşıdurma, intriqa meydanına çevirmək üçün əlindən gələni edir. Azərbaycan bunun əleyhinədir. Azərbaycan bölgəni sülh və əməkdaşlıq, təhlükəsizlik bölgəsinə çevirmək istəyir. Bunun üçün çox ciddi cəhdlər göstərir”-deyə bildirən A.Səmədov qeyd etdi ki, Azərbaycanın təklif etdiyi sülh gündəliyi də ən düzgün və beynəlxalq hüquqa uyğun olan bir gündəlikdir. A.Səmədova görə, söhbət  ondan gedir ki, dəfələrlə bəyan edilib, Ermənistanın ortaya atdığı və Qərbin dəstəklədiyi müəyyən prinsiplər sülh müqaviləsinin imzalanmasına mane olur. “Söhbət Qranadada imzalanan məşhur üç pinsipdən gedir. Ermənistanın bu prinsiplərdə təkid etməsi, təbiidir ki, sülh müqaviləsini indiyə qədər ləngidib və ləngitməkdə də davam edir. Çox təəssüf ki, sonuncu Almatı görüşündə də Ermənistanın xarici işlər naziri həmin o üç pronsipi səsləndirdi və danışıqlara girdi. Təbiidir ki, bu da danışıqların nəticəsinə öz təsirini göstərdi. Burada əsas qəbul olunmayacaq məqam  nədən ibarətdir? Birincisi, ərazilərin konkret rəqəmlə göstərilməsi məsələsidir. Azərbaycan açıq şəkildə bəyan edib ki,  Ermənistanın ərazi bütövlüyünü tanıyır. Ancaq bunu rəqəmlə göstərmək çox qeyri-ciddidir. Çünki Azərbaycanla Ermənistan arasında Sovet dövründə bəzi ərazilərdə heç inzibati sərhədlər də olmayıb, o sərhədlər indi təşkil edilir. Son nəticədə ərazilərin ölçüsünün nə qədər olacağı da delimitasiya və demarkasiya prosesindən sonra müəyyənləşəcək. İndi konkret bir rəqəm göstərib prosesi o rəqəmə tabe etdirməyə çalışmaq, təbiidir ki, yanlışdır. Qranadada qəbul olunan ikinci  prinsip xəritələrlə bağlıdır. Yəni delimitasiya prosesi hansı xəritələr əsasında keçirilməlidir. Burda da Ermənistan öz dediyini yeritməyə çalışır. Əvvəl 1975-ci il xəritələri dedilər, Qranadada ən son xəritələr yazıldı. İlk delimitasiya işləri 1969-1976-cı illər xəritələri əsasında aparıldı. Azərbaycanın mövqeyi də bundan ibarətdir, konkret xəritələr göstərilməsin və bütün mümkün variantlar müzakirə olunsun. Nəhayət, üçüncü məsələyə gəlincə, bu qətiyyən qəbuledilməzdir. Bu da kommunikasiyaların dövlətlərin suverenliyi, yurisdiksiyası, qarşılıqlılıq və bərabərlik prinsipi əsasında açılması ilə bağlıdır. Azərbaycan izah etməyə çalışır, Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn kommunikasiya ilə Ermənistandan Orta Asiyaya, yaxud Çinə gedən kommunikasiyanın statusu eyni ola bilməz”-deyə bildirən A.Səmədov vurğuladı ki, 10 noyabr bəyanatında maneəsiz hərəkət ifadəsi var, orada Kalilinqrad modelinin tətbiq olunmasına ehtiyac var. A.Səmədovun sözlərinə görə, Ermənistan çox təəssüf ki, bunu qəbul etmək istəmir və bu məsələdə Avropa dövlətləri, eləcə də ABŞ ona dəstək verir. Ermənistan konstitutsiyasında dəyişikliklərin edilməsi məsələsinə də toxunan A.Səmədovun bildirdiyinə görə, burada da Azərbaycan birmənalı olaraq haqlıdır. A.Səmədovun fikrincə, Ermənistan konstitutsiyasında, preambulasında Azərbaycana qarşı ərazi iddiaları varsa, bu ordan çıxarılmalıdır. “Çünki imzalanacaq beynəlxalq müqavilə yalnız qanunlardan öz hüquqi qüvvəsinə görə yüksəkdir, konstitusiyadan yüksək deyil. Hətta bu müqavilə imzalansa da son nəticədə yenə də referendum keçirilməlidir ki, həmion müddəa Ermənistan konstitusiyasında öz əksini tapsın. Çünki Ermənistan konstitusiyası bunu tələb edir. Yəni Ermənistan konstitusiyasına uyğun olmayan beynəlxalq müqavilə imzalanırsa mütləq konstitusiyada dəyişiklik edilməlidir. Yəni ya sülh sazişindən əvvəl həmin o müddəa konstitusiyadan çıxarılmalıdır, ya sülh sazişi  imzalanandan sonra çıxarılmalıdır. Başqa hal mümkünsüzdür. Azərbaycan da bunu izah etməyə çalışır. Çox təəssüf ki, hələlik Ermənistana müəyyən məsələləri anlada bilməmişik və işdə bəzi Qərb dövlətləri son dərəcə qeyri-konstruktiv mövqe tuturlar. 

Azərbaycanla Çin arasında imzalanmış strateji tərəfdaşlığın qorunması haqda bəyannamə, təbii ki, bu məsələdə Ermənistanın mövqeyinə təsir edə bilər. Ermənistan Çinlə münasibətlərini yaxşılaşdırmaq üçün əlindən gələni etməyə çalışır və burda Çinin tutduğu mövqe, təbiidir ki, Ermənistanı bir daha düşünməyə vadar edə bilər. Çinin dünyada nüfuzu durmadan artır və bu proses günü – gündən daha geniş vüsət alır. Şübhə yoxdur ki, Çinin tutduğu bu mövqe, imzalanan bəyannamə sülh müqaviləsinin imzalanması və müzakirəsi prosesinə ciddi təsir göstərə bilər”-deyə A.Səmədov əlavə etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031