çərşənbə axşamı günü, 21 aprel 2026
     

Mədəniyyət Nazirliyində senzuradan danışanlar ittihamları necə əsaslandırır...

Image


Cəlil Cavanşir: "Mədəniyyət Nazirliyi elə bir şərait yaradıb ki, ölkədə heç kim onların nəzarəti və icazəsi olmadan heç bir film istehsal  edə bilmir"

Azərbaycanda fəaliyyət göstərən kino istehsalçıları və kino sahəsində çalışan sənət adamları birgə bəyanat yayıblar. Bu sahədə çalışan 30-dan artıq yaradıcı şəxsin imzaladığı bəyanatda bildirilir: 

"Biz bir qrup kino adamı olaraq bu bəyanatımızla ictimaiyyətin və dövlətin mədəniyyət siyasətinə cavabdeh olan səlahiyyətli orqanların nəzərinə çatdırmaq istəyirik ki, peşə fəaliyyətimizi icra etməyimizə çox ciddi maneələr yaradılır. Hazırda biz azərbaycanlı kinematoqrafçılar, demək olar, kino istehsalatı tənəzzülə uğramış Azərbaycanda, asan olmayan şərtlərdə sənətə olan sevgimizlə filmlər istehsal edir, bürokratik və iqtisadi maneələri dəf etməyə çalışır, bütün çətinliklərə baxmayaraq, peşəmizlə məşğul olmağa çalışırıq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli "Filmlərin Yayımı və Nümayişi qaydaları" qərarına əsasən, hər bir filmi ölkəmizdəki kinozallarda, kinoteatrlarda göstərmək üçün mütləq şəkildə yayım vərəqəsi - lisenziya almaq məcburiyyətindəyik. Mədəniyyət Nazirliyi yayım vərəqəsini sözügedən qərara istinadən tələb etsə də, bunu qanunazidd formada icra edir. Qanunda göstərilir ki, Azərbaycanda istehsal edilmiş və ölkə ərazisində nümayişi nəzərdə tutulan filmlərin müəlliflərinin və ya hüquqi sahiblərinin Mədəniyyət Nazirliyinə filmlərində "pornoqrafik, dini, milli, irqi düşmənçiliyə yönələn" kadrların olmadığı barədə məlumat verməsi kifayətdir. Qanuna əsasən, ancaq yaş kateqoriyası verilə bilər, senzura tətbiq edilə bilməz. Bütün bunlar sadə görünsə də, Mədəniyyət Nazirliyi tərəfindən "Ekspert şurası" yaradılıb və bu şura filmlərə yayım vərəqəsi vermək adı ilə ciddi nəzarət mexanizmi qurub, başqa sözlə, senzura tətbiq edir. Beləliklə, Mədəniyyət Nazirliyinin təsis etdiyi "Ekspert Şurası" tərəfindən filmlərə yayım hüququ verilməsi böyük bir maneəyə çevrilir".

Vurğulanır ki, sözügedən "Ekspert Şurası"nın fəaliyyəti Nazirlər Kabinetinin 2006-cı il tarixli "Filmlərin Yayımı və Nümayişi Qaydaları" ilə bağlı qərarına ziddir. Qeyd olunur ki, bir kinematoqrafçının yaradıcı prosesinə hər hansısa "Ekspert Şurası"nın nəzarət etməsi absurddur. "Nazirliyin belə qanundankənar fəaliyyətləri kino işçilərinin yaradıcı azadlığını əlindən alır.

Mədəniyyət Nazirliyi illərdir, "Kino haqqında" qanunu kino adamları ilə məsləhətləşərək yeniləmək əvəzinə, artıq Azərbaycanda kino fəaliyyəti ilə məşğul olan insanlara "çəkiliş icazəsi" qaydası da tətbiq etməyə başlayıb. Beynəlxalq praktikada "çəkiliş icazəsi"ni sadələşdirmiş şəkildə, bir portal vasitəsilə almaq mümkün olduğu halda, ölkəmizdə buna da ciddi bürokratik maneələr yaradılır. Bir sözlə, Mədəniyyət Nazirliyi deyir ki, bu ölkədə heç kim onların nəzarəti və icazəsi olmadan heç bir film istehsal edə və ya istehsal edibsə, bu filmi tamaşaçılara təqdim edə bilməz.

Biz kino adamları olaraq çox güclü təzyiqə, senzuraya məruz qaldığımızı düşünürük. Ümumiyyətlə, artıq uzun müddətdir ki, kino sahəsində son dərəcə ciddi xaos hökm sürür, məmurlar tərəfindən az qala düşmən münasibəti sərgilənir, kinomuz sanki bilərəkdən inkişafa yox, geriyə sürüklənir.

Bu şərtlərdə kino mühitində heç bir yaradıcı və iqtisadi azadlıqdan söhbət gedə bilməz və fəaliyyət göstərməyimiz, demək olar ki, qeyri-mümkündür. Bu, sənətin və sənətçinin kinodan uzaqlaşmasına, yaradıcılığın tamamilə yox olmasına gətirib çıxaracaq.

Belə davam edərsə, heç kim heç bir halda bizim ölkədə kinonun varlığına inanmayacaq və azərbaycanlı kinematoqrafçılar dünya kinematoqrafiyasından təcrid olunacaq. Biz bu bəyanatla bütün bunlara səssiz qalmadığımızı bildirir, həmçinin ictimaiyyəti mövcud vəziyyətə laqeyd qalmamağa səsləyirik.

Bu səbəbdən Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının mədəniyyət siyasəti ilə məşğul olan digər qurumların və cavabdeh məmurların bizim bəyanatımıza reaksiya verməsini istəyir, tələblərimizi sadalayırıq:

1. Azərbaycan Respublikasının qanunlarına zidd olan faktiki senzura və yaradılan bütün süni maneələr aradan qaldırılsın.

2. Filmlərin yayımında Nazirlər Kabinetinin hazırkı qərarı əsas götürülsün. Yayım vəsiqəsi sadələşdirilmiş formada və "Ekspert Şurası" olmadan, Nazirlər Kabinetinin qərarına əsasən verilsin.

3. Kino qanununun işləkliyinin təmini məqsədilə müzakirə mühiti formalaşdırılsın və bu qərarlar yerli kinematoqrafçılarla müzakirə edilərək həyata keçirilsin"-deyə bəyanatda vurğulanıb. 

Qeyd edək ki, bəyanatı İradə Bağırzadə (prodüser, ssenarist), Maria İbrahimova (prodüser, rejissor), Elvin Adıgözəl (rejissor), Asif Rüstəmov (rejissor), 

Aygün Aslanlı (kinotənqidçi), İntiqam Hacılı (prodüser, rejissor), İlqarə Tosova (aktrisa), Kamran Ağabalayev (aktyor), İsmayıl İman (ssenarist), 

Qorqud Cəfər (aktyor), Daniel Quliyev (rejissor), Nurlan Həsənli (rejissor), Cəlil Cavanşir (ssenarist),

Eldar Aslanov (rejissor), Hacı Səfərov (kinotənqidçi), İmam Həsən (rejissor), İskra Tarrant (aktrisa), Zaur Muxtarov (rejissor), Elşən Əliyev (rejissor), Mirzalı Əlizadə (montajçı), Aliyə Dadaşova (kinotənqidçi), Mətləb Muxtarov (rejissor), Sitarə İbrahimbəyli (rejissor), Ələmdar Faiq (rejissor), Turan Yaqublu (rejissor), 

Teymur Hacıyev (rejissor), Vidadi Rüstəmov  (prodüser), Türkan Zamanova (ssenarist), 

Vüsalə Ağayeva (aktrisa), Elman Əliyev (təsvir rejissoru) imzalayıb. 

Sözügedən bəyanata  Mədəniyyət Nazirliyi münasibət bildirib. Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş "Filmlərin yayımı və nümayişi Qaydaları"nın tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət Nazirliyində qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir və onlara həmin qaydaların əlavəsinə uyğun vahid formalı yayım vəsiqəsi verilir.

Vurğulanıb ki, sözügedən qaydalarda qeyd olunan meyarlara uyğun filmlərin seçilməsi, reyestrə daxil edilməsi və onlara yayım vəsiqəsinin verilməsi üçün ekspert mövqeyinə zərurət olduğundan Nazirlik yanında kinorejissor, sosioloq, psixoloq, jurnalist, dramaturq və müvafiq sahə üzrə təcrübəyə malik olan bir sıra digər mütəxəssislərdən ibarət tərkibdə Ekspert Şurası yaradılıb: "Şura filmlərin qanunvericilikdə müəyyən edilmiş meyarlara uyğunluq baxımından qiymətləndirilməsinə dair peşəkar rəy verir və həmin rəy əsasında müvafiq filmin reyestra daxil edilməsi və ona yayım vəsiqəsinin verilməsinə dair Nazirlik tərəfindən qərar qəbul edilib.

Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, burada hər hansı senzuranın tətbiqindən söhbət gedə bilməz".

Sizlər nəyə əsasən nazirliyə qarşı belə bir ittiham irəli sürmüsüz ki senzura tətbiq edilir? Ümumiyyətlə, söhbət nədən gedir? Mədəniyyət Nazirliyində sizə qarşı senzuranın olduğunu necə əsaslandırarsız?

"Keçirilən müsabiqələr, müsabiqələrdən sonra yaranan vəziyyət də dediklərimin sübutudur"

Ssenarist Cəlil Cavanşir "Bakı-Xəbər"ə bildirdi ki, irəli sürdükləri fikirlər əsassız deyil. "Azərbaycan Mədəniyyət Nazirliyi son illərdə milli kinonun inkişafı üçün heç bir əsaslı addım atmır.  Üstəlik, müstəqil kino istehsalçılarının fəaliyyətinə ciddi maneələr yaradır. Bu barədə məlum bəyanatda ətraflı məlumat verilib və problem diqqətə çatdırılıb. Mədəniyyət Nazirliyinin açıqlamaları sadəcə konyunkturadır. Bəyanatda detallı şəkildə problem təsvir olunduğu halda nazirlik rəsmiləri "nala-mıxa vurur". 

Mədəniyyət Nazirliyi elə bir şərait yaradıb ki, ölkədə heç kim onların nəzarəti və icazəsi olmadan heç bir film istehsal  edə bilmir. Bəhanələr və lazımsız səbəblər hər zaman tapılır. Bu isə Azərbaycan Kinosunu nəzarətdə saxlayıb inkişafına mane olmaqdır. Keçirilən müsabiqələr, müsabiqələrdən sonra yaranan vəziyyət də dediklərimin sübutudur. 

Ötən il "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalında bəzi filmlərin nümayişinə qadağa qoyulması yəqin ki, nazirlik rəsmilərinin yadındadır. Eyni zamanda "Ekspertlər Şurası"nın fəaliyyəti ilə bağlı narazılıqlar, yəqin ki, şaiyə deyil və etiraz da məhz bu kimi məqamlaradır. 

Biz ölkəmizdə kino sənayesinin inkişafını arzulayırıq. Nazirliklə, hansısa məmurla heç bir qərəzimiz, problemimiz yoxdur. Şəxsən mən ölkəmdə ciddi filmlərin çəkilməsini, kinotearların tikilməsini, beynəlxalq festivallarda uğur qazanmağımızı arzulayıram. Amma mövcud kino siyasəti ilə bu arzularımın çin olacağına inanmıram". C.Cavanşir vurğuladı ki, kinoya və kino adamlarına münasibət kökündən dəyişməlidir. O hesab edir ki, kino sahəsinə azadlıq verilməsə, böyük uğurlar gözləmək absurddur.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?

Avropa Birliyi Ermənistana 2-ci “xüsusi missiya” göndərdi...

Türkiyədə “terror olmayan” məktəb qətliamları-ailənin, təhsilin,ya cəmiyyətin problemi...

SON XƏBƏRLƏR

20.04.2026 / 23:09
Trampdan ŞOK ETİRAF – İrana təyyarə ilə milyardlarla dollar nağd pul göndərildi…

20.04.2026 / 21:18
Paşinyan Zəngəzur dəhlizi planını dəyişdi - yalnız İran müharibəsindən sonra...

20.04.2026 / 20:50
ABŞ erməni lobbisi TRIPP dəhlizinə qarşı mübarizəyə başladı...

20.04.2026 / 20:23
ABŞ mediası Trampın “kürkünə birə saldı” - İranla bağlı özünü aldatma...

20.04.2026 / 19:47
Nikahlarla boşanmaların statistikasında bu nə biabırçılıqdır?...

20.04.2026 / 19:20
Tramp İranla bu gün razılaşma imzalanacağını deyir, ancaq İran İslamabada getmir…

20.04.2026 / 18:41
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini qınadı

20.04.2026 / 18:10
“Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur” - Vüqar Rəhimzadə

20.04.2026 / 17:59
Türkiyənin Mədəniyyət Marşrutu Festivalları 26 şəhərlə yeni mərhələyə qədəm qoyur

20.04.2026 / 17:40
Vaşinqtonda gizli görüş – dollar çatışmazlığı ilə üzləşən BƏƏ Trampı Çinlə təhdid etdi…

20.04.2026 / 17:35
Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi - FOTO

20.04.2026 / 17:26
Bəzi qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi

20.04.2026 / 17:23
Gömrük Komitəsinə yeni səlahiyyət verildi - FƏRMAN

20.04.2026 / 17:06
Bakıda 100 min bina sökülək? - RƏSMİ AÇIQLAMA...

20.04.2026 / 16:54
Belçika və Niderland parlamentlərində Azərbaycana qarşı təxribat - səfirlər XİN-ə çağırıldı...

20.04.2026 / 16:41
Türkiyədə məhkəmə Özgür Özəlin sədrliyini ləğv edərək Kılıcdaroğlunu yenidən CHP-nin başına gətirəcək...(?)

20.04.2026 / 16:22
Roma papası Trampı lağa qoydu -“get İstanbulu da tut”...

20.04.2026 / 16:10
İran razı olmasa, "Hizbullah" tərksilah edilə bilməz...

20.04.2026 / 16:07
İrandan ABŞ-a mesaj – Hörmüzdə yeni tranzit sistemini qəbul edin…

20.04.2026 / 15:48
İran müharibəsi Şimal-Cənub marşrutunun gücünü təsdiqlədi...

20.04.2026 / 15:47
"İrandan sonra İsrailin hədəfi Türkiyə olacaq?" - NATO sualı rəsmən cavabsız buraxdı...

20.04.2026 / 15:23
Pakistanlı general Trampdan Hörmüzdə blokadanı qaldırmasını istədi…

20.04.2026 / 15:15
Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsini bağlamağa çağırdı...

20.04.2026 / 15:08
NATO İstanbul zirvəsi Türkiyənin Rusiya ilə dostluğuna qiymət verəcək...

20.04.2026 / 14:48
Rusiya Azərbaycanı beynəlxalq rus dili təşkilatına dəvət etdi.

20.04.2026 / 14:35
Hərbi vəzifəlilərin təlim toplanışı başladı

20.04.2026 / 14:23
Bakıda avtoyuma məntəqəsindən “Range Rover” qaçırıldı

20.04.2026 / 14:10
Bakıda məktəbdə şagird sinif yoldaşını yandırdı...

20.04.2026 / 13:53
Pyatiqorskda əcnəbi qadın əldəqayırma bomba ilə saxlandı

20.04.2026 / 13:38
Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

20.04.2026 / 13:24
AzTV-də dəyişikliklər - bəzi şöbələr birləşdirilir, islahatlar başlayır....

20.04.2026 / 13:14
Tramp Putinin Ukrayna müharibəsinə 9 milyard dollar kömək etdi...

20.04.2026 / 12:19
İranın ucuz dronları Avropada müdafiə şirkətlərini çökdürür...

20.04.2026 / 12:17
İran İslamabadda ABŞ-la danışıqlardan rəsmən imtina etdi…

20.04.2026 / 11:54
Türkiyə-Ermənistan sərhədi açılır, Orta Dəhlizlə bağlı maraqlı proseslər başlanır

20.04.2026 / 11:41
"AtaSığorta"nın lisenziyası ləğv edildi

20.04.2026 / 11:35
İrəvan Bakının geosiyasi uğurlarına qibtə edir, Azərbaycan Ermənistana nümunə göstərilir...

20.04.2026 / 11:28
Dünya tarixin ən böyük enerji böhranına daxil olur…

20.04.2026 / 11:21
Ermənistanda yeni "1 Mart" qırğını olacaq - Rusiyadan təxribatçı qruplar gəlir...

20.04.2026 / 11:10
Leyla Əliyevanın təşəbbüsü ilə sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir - FOTO

20.04.2026 / 11:02
ABŞ və İran yenidən savaş ritorikasına qayıtdılar, yeni müharibə an məsələsidir...

20.04.2026 / 10:49
Artan enerji böhranı yanacaq qiymətlərini kəskin şəkildə artırdı - Avropadan ilginc təklif gəldi…

20.04.2026 / 10:30
"Azərpoçt"a yeni rəhbər təyin olundu

20.04.2026 / 10:10
İran ABŞ hərbi gəmilərini vurdu - hücumlarımız davam edəcək...

20.04.2026 / 09:43
Türkiyə məktəblərində törədilən qətliamlara elmi-lədun baxış

20.04.2026 / 09:20
Prezident İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"

20.04.2026 / 09:07
"Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır" - Prezident

20.04.2026 / 08:53
Prezident BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət ünvanladı

20.04.2026 / 08:00
İran uğursuzluğu Pentaqonda panika yaratdı - Tramp özündən çıxdı

20.04.2026 / 07:36
ABŞ blokadanı yarmağa çalışan İran gəmisini vurdu

19.04.2026 / 23:42
Hörmüz boğazında gərgin anlar - ABŞ İran gəmisini vurdu…

19.04.2026 / 23:18
İtaliya Avropa Birliyini Rusiyadan neft-qaz alışını bərpa etməyə çağırdı…

19.04.2026 / 22:52
İran ABŞ-a meydan oxudu… Trampın təhdidlərinə sərt cavab – “O kimdir ki…”

19.04.2026 / 22:15
İran ABŞ-la danışıqların ikinci mərhələsini rədd etdi - blokadanı qaldırın sonra…

19.04.2026 / 21:58
Avropada enerji böhranı gərgin həddə çatdı - 20 günlük yanacaq qaldı, uçuşlar ləğv edilir…

19.04.2026 / 21:22
Husilərdən Trampa Bab əl-Məndəb təhdidi - “… bağlaya bilərik”

19.04.2026 / 18:20
Avropada İsrailə qarşı sanksiya hazırlığı – 5 ölkə hərəkətə keçdi…

19.04.2026 / 17:34
"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar" - Hakan Fidan

19.04.2026 / 17:12
İran aprelin 30-da ABŞ və İsraili vura bilər - ABŞ-dan gizli əməliyyat… Milyardlarla dollarlıq sistemlər İordaniyaya daşınır…

19.04.2026 / 16:55
İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 3468-ə çatdı…

19.04.2026 / 16:29
Latviya və Litva Moskvaya gedən Fitsonun təyyarəsinə hava məkanını bağladı…

19.04.2026 / 16:14
Vuçiç Prezident İlham Əliyevə zəng etdi

19.04.2026 / 16:10
Lukaşenkodan Trampa xəbərdarlıq – yanılırsız, xidmətçi-imperator görüşü heç vaxt olmayacaq…

19.04.2026 / 14:48
Ukrayna “Neptun” raketi ilə Taqanroqda Rusiyanın hərbi zavodunu vurdu

19.04.2026 / 14:22
Tramp ailəsi Tiflisdə 70 mərtəbəli lüks göydələn tikəcək…

19.04.2026 / 13:26
Türkiyədəki ildırım hadisəsi ilə Azərbaycanda baş verən analoji hadisələr arasında riyazi bağlılıq var...

19.04.2026 / 13:23
Antalya Forumunda ən önəmli nüans - Əliyevin ikitərəfli görüş mesajları, "nala-mıxa döyənlərin" düzəni... Aydın Quliyev yazır...

19.04.2026 / 11:19
İran spikerindən ABŞ-a açıq Hörmüz mesaj - İran gəmiləri keçə bilmirsə, digərləri də keçə bilməz…

19.04.2026 / 10:35
Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb

19.04.2026 / 09:42
Ceyhun Bayramov Tailanda getdi

18.04.2026 / 23:10
“1920-ci ilin aprelində rus ordusu Azərbaycanı işğal etdi” fikrinə Rusiya mətbuatının riyakar münasibəti

18.04.2026 / 21:49
Kiyevdə naməlum şəxs mağazada insanları girov götürdü - ölən və yaralanan var…

18.04.2026 / 21:30
Azərbaycan və Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

18.04.2026 / 20:46
ABŞ Pakistan vasitəsilə İrana yeni təkliflər göndərdi…

18.04.2026 / 20:34
ABŞ-da sirli olay - gizli layihələr üzərində çalışan alimlər müəmmalı şəkildə yoxa çıxır…

18.04.2026 / 19:45
İrandan gətirilən narkotiki Bakıya aparanlar Beyləqanda yaxalandı

18.04.2026 / 19:20
Ukraynadan Rusiyaya ağır zərbə - Qara dənizdə üç hərbi gəmi vuruldu…

18.04.2026 / 18:56
Trampdan Hörmüzün yenidən bağlanmasına ilk reaksiya - Bizi şantaj edə bilməzlər…

18.04.2026 / 18:23
Livanla İsrail arasında atəşkəs pozuldu – fransız sülhməramlılar bombalandı…

18.04.2026 / 18:07
Zelenski Lukaşenkonu ABŞ-ın Maduronu oğurladığı kimi oğurlamaqla hədələdi

18.04.2026 / 17:52
Gəncədə sexdən 2 min manatlıq oğurluq edən şəxs saxlandı

İctimai maraqlar beynəlxalq münasibətlərdə...

XƏBƏR ARXİVİ