Şanxay Təşkilatına sədrlik Qazaxıstandan Çinə keçdi
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Qazaxıstandan Çinə keçib. Qurumun növbəti sammiti gələn il Çində keçiriləcək.
Bu barədə Qazaxıstan paytaxtında imzalanan ŞƏT Dövlət Başçıları Şurasının Astana Bəyannaməsində bildirilib.
Qazaxıstan Astana Sammitində ŞƏT-ə birillik sədrlik dövrünü yekunlaşdırıb. Bu müddətdə təşkilat çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 150-dən çox tədbir keçirilib.
ŞƏT Dövlət Başçıları Şurasının bugünkü Sammitində 25 sənəd imzalanıb.
ZÜMRÜD