Ərdoğanla Putin Astanada görüşdü
Türkiyə Prezidenti Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 24-cü sammiti çərçivəsində Rusiya prezidenti Putinlə görüşüb.
Ərdoğan görüşün mətbuata açıq hissəsində etdiyi çıxışında atom elektrik stansiyaları ilə bağlı ciddi addımlar atacaqlarını vurğulayıb:“ Sinop Atom Elektrik Stansiyası ilə bağlı müzakirələr aparırıq. İnanırıq ki, bununla bağlı ciddi addımlar ata bilərik. Enerji və təbii sərvətlər nazirimiz bu məsələ ilə bağlı həmkarı ilə müzakirələrini davam etdirir”.
BOTAŞ və QAZPROM arasındakı əlaqənin səmimi atmosferdə davam etdiyini bildirən Ərdoğan deyib ki, iki ölkə arasındakı 55 milyard dollarlıq ticarət həcmini 100 milyard dollara çatdırmağı hədəfləyirik: "Bu hədəfə nail olacağımıza inanıram. Bizim belə bir potensialımız var”.
Ərdoğan sonda rusiyalı həmkarını Türkiyəyə dəvət edib.
TAHİR