Zelenski yeni əks-hücum üçün Qərbdən dəstək istədi - 35 min əsgər sizi gözləyir...
Ukrayna Silahlı Qüvvələri müttəfiqlərdən hərbi yardım gəldikdə yeni əks-hücum əməliyyatına başlaya bilər. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Blomberg agentliyinə müsahibəsində deyib.
“Ukrayna ordusu canlı qüvvə baxımından bir neçə ay əvvəlkinə nisbətən daha yaxşı vəziyyətdədir və yeni əks-hücum onların komplektləşdirilməsi məsələsidir”, - deyə Zelenski bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, hazırda 28-35 min əsgərdən ibarət 14-ə yaxın briqada Amerika və Avropa müttəfiqlərindən silah tədarükündə gecikmələr səbəbindən döyüşə hazır deyil.
ZÜMRÜD