"O vaxt saxlanılan 337 nəfər arasında Vaqif də var idi" - Şahid Azay Kərimov...
Şuşa "türməsində" 337 nəfər erməni saxlanılırdı artıq boş kamera yox idi. Onlar hamsı cinayət törədən ermənilər idi. Onlardan biri də Vaqif idi.
Trend-in məlumatına görə, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclasında şahid Azay Kərimov deyib.
O qeyd edir ki, onlar 4 nəfər idilər əllərində də müxtəlif silahlar vardı.
"Biz onları saxladıq, Şuşa türməsinə gətirdik. Bir-ay saxladılar. Bizə xəbər gəldi ki, Vaqif damarını dişi ilə kəsib. Onu Şuşa xəstəxanasına gətirdik.
Meşəli hadisəsi baş verən zaman oraya getdim. Hadisənin baş verdəyi gün kəndi 11 nəfər qarət edirdi. Onları zərərsizləşdirdik. Orada gördüyüm mənzərəni heç yerdə görməmişəm", - deyə A.Kərimov bildirib.