"Samvel Babayan bir nömrəli cinayətkardır" - Xaçatryanın məhkəməsində şahid...
Xaçatryan özbaşına deyildi. Trend-in məlumatına görə, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclasında şahid Azay Kərimov deyib.
O qeyd edib ki, bunları məcbur edənlər var idi.
“O adamlar da burda yoxdur. İndi onlar erməni mətbuatına müsahibə verir. Bunun bütün dostların tanıyıram. Bizim kənddəndirlər. Bunların avtonəqliyyat müəssisəsi bizim torpaqda yerləşirdi. Bunu tutmuşdum bir ay sonra buraxdıq getdi. Necə ola bilər ki, məhkəməsiz min nəfəri Şuşa türməsindən açıb buraxırsan?
Samvel Babayan bir nömrəli cinayətkarlardandır. İndi Ermənistanda mətbuata açıqlamalar verir. Doqquz ay Şuşa türməsində yatıb. Doqquz ay yatdıqdan sonra məhkəməsiz buraxdılar.
Xaçaturyanlar adi bir fiqurdur“, - deyə o əlavə edib.