ŞOK: Dilan və Engin cütlüyünü 30 il həbs cəzası gözləyir!
Türkiyə mətbuatı bir neçə gün bundan öncə saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polatla bağlı vacib məlumat dərc edib. "Haberler.com"un yazdığına görə, əgər onların günahı təsdiqlənsə cütlüyü 30 ilə qədər həbs cəzası gözləyir.
"İddia edilən cinayətlər çox ciddidir. Maddəyə görə çirkli pulların yuyulmasının cəzası 3-7 il arasıdır. Amma burada təşkilat qurulması var. Bunun cəzası 6-14 il arasıdır. Başqa günahları da var. Əgər hamısı dəqiqləşsə, 30 il azadlıqdan məhrum edilə bilərlər" - saytın yazısında belə deyilir.
Qeyd edək ki, Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır.
Mətləb