Şənbə günü, 24 may 2025
     

Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

Image

Akif Nağı: "Ermənistan Andranikdən tutmuş Droya, Njdeyə qədər terrorçuları qəhrəmanlaşdırmaqla terrorçu dövlət kimi tanınır" 

Nəinki Cənubi Qafqazda, bütövlükdə dünyada terror dövləti kimi tanınan Ermənistanın özünü terrora qarşı mübarizə aparmaq niyyətində olan dövlət kimi qələmə vermək istəməsi həqiqətən də gülünc görsənir. 

Cənubi Qafqazda, Qarabağda, Azərbaycanın digər ərazilərində, dünyanın ayrı-ayrı ölkələrində qanlı terror aktları törədən erməni terrorçularına, daşnaklara arxa-dayaq duran Ermənistanın hazırkı davranışı ilə əməlləri arasında böyük ziddiyyətlər mövcuddur. 

Belə ki, rəsmi İrəvan İŞİD (İraq Şam İslam Dövləti) terror qruplaşmasına  qarşı Vaşinqtonun rəhbərlik etdiyi koalisiyaya qoşulmağı planlaşdırır. Rusiya mediasının yaydığı məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.

Qeyd edək ki, İŞİD-in fəaliyyəti Rusiya Federasiyasında qadağan olunub.

Vaşinqtondakı diplomat Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması mərasimində iştirak edib. Amerika tərəfdən sənədi ABŞ dövlət katibi Entoni Blinken imzalayıb.

"Biz inanırıq ki, birgə fəaliyyət terrorizmlə mübarizədə mühüm əhəmiyyət kəsb edəcək", - Mirzoyan bildirib.

O bəyan edib ki, İrəvan ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olunmasında iştirakını yüksək qiymətləndirir.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Cənubi Qafqaz regionunda heç vaxt sabitləşdirici rol oynamadığını qeyd edib. Eyni zamanda o qeyd edib ki, Vaşinqtonla strateji tərəfdaşlıq haqqında saziş bağlamaq İrəvanın suveren işidir. 

Ermənistan anti-İŞİD koalisiyasına qoşulmaq niyyətini ortaya qoyub. 

Ermənistanın özü terrorçu dövlət olduğu halda necə antiterror koalisiyasına qoşulur ki? Erməni terror batalyonları, daşnaklar bəşəriyyətə heç də İŞİD-dən az ziyan vurmayıblar. Bu halda Ermənistan necə antiterror koalisiyasında fəaliyyət göstərə bilər?

"Ermənistanın bu prosesə qoşulması məntiqdən kənar bir məsələdir..." 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər" ə şərhində bildirdi ki, Bayden administrasiyası getdiyi ərəfədə Ermənistanla bu yöndə də saziş imzalayıb. A.Nağı vurğuladı ki, Bayden bir az özünü göstərməyə çalışıb. "Amma Tramp administrasiyası tərəfindən real şəkildə bu yerinə yetiriləcək, yoxsa yox? Bununla bağlı çox böyük şübhələr  var.  Böyük ehtimalla, ola bilsin, o saziş bir kağız parçası olaraq qalacaq. Amma bütün hallarda, Baydenin dövründə birmənalı olaraq ermənipərəst mövqedə idilər. Ermənistan onların hərbi, siyasi və digər cəhətdən bir fəaliyyət meydanına çevrilmişdi. Ermənistan hakimiyyətinə Amerika tərəfindən güclü maliyyə dəstəyi vardı.

Ermənistanın anti-İŞİD koalisiyasına qoşulması gülünc görsənir, çünki demək olar ki, artıq İŞİD yoxdur. Yəni təşkilat strukturları, demək olar ki, tam təqətsiz vəziyyətə gətirilib. Elə bir ciddi fəaliyyəti yoxdur. Vaxtaşırı müəyyən aksiyalara sahib çıxan olmayanda onların üstünə yıxırlar, yaxud onlardan kimsə elan edir ki, bu məsuliyyəti üzərlərinə götürürlər. İŞİD-in o gərgin vaxtında Azərbaycan da antiterror koalisiyasında idi, amma o vaxt İŞİD-ə qarşı mübarizədə ermənilərin səsi çıxmırdı. İndi birdən-birə ortaya çıxıblar. Bütövlükdə, antiterror koalisiyasına daxil olmaqdan söhbət gedə bilər. Yəni dünyada bütövlükdə terrora qarşı mübarizə davam edir. İnanmıram ki, orada da ermənilərin elə bir ciddi rolu olsun. Amma hər halda bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, növbəti dəfə həyasızlıq nümayiş etdirirlər".

A.Nağı vurğuladı ki, dünyada terror ermənilərin adı ilə bağlıdır. O qeyd etdi ki, terror qrupları orta əsrlərdə müsəlman dünyasında da, xristian aləmində də olub. "Amma müasir terror hərəkətləri bir neçə toplumun adı ilə bağlıdır, onlardan biri də ermənilərdir. Ermənilər həmin dövrdə Rusiyanın, eyni zamanda Türkiyənin ərazisində yaşayırdılar. Türkiyə və Rusiya ərazilərində ilk terror aktlarını XIX əsrin sonlarında ermənilər, erməni terror qruplaşmaları törətdilər. Daşnaksütyun açıq-aşkar terror təşkilatıdır və onlar terror taktikasını özlərinə əsas mübarizə vasitəsi kimi seçmişdilər. Bunu gizlətmirdilər. Günümüzdə də Ermənistanla həmin terror təşkilatı arasında ciddi əlaqələr mövcuddur. Ermənistan Andranikdən tutmuş Droya, Njdeyə qədər terrorçuları qəhrəmanlaşdırmaqla terrorçu dövlət kimi tanınır. Terrordan bir vasitə kimi istifadə Ermənistanın dövlət siyasəti sayılır". 

A.Nağı qeyd etdi ki, Birinci Dünya müharibəsi illərində erməni terror qrupları böyük cinayətlər törədiblər, eləcə də Azərbaycanın tarixi şəxsiyyətləri, dövlət xadimləri erməni terroruna məruz qalıb. A.Nağı bildirir ki, totalitar Sovet rejimi dövründə belə, ermənilər terror hərəkatı törətdilər, ötən əsrin 70-ci illərində Moskvada  qatarın partladılması erməni terror qrupu tərəfindən həyata keçirilib. Zatikyan başda olmaqla bu terroru törədənlərə məhkəmə qurulduğunu deyən A.Nağı qeyd etdi ki, hadisəni erməni terror qrupunun törətdiyi sübut olunub. Ondan sonra keçən əsrin 70-ci illərindən başlayaraq Türkiyə diplomatlarına qarşı ASALA və başqa terror təşkilatlarının törətdiyi terror aktlarını qeyd edən A.Nağının sözlərinə görə, dünyada erməni qruplaşmaları və PKK  məşhur terror təşkilatlardır. "Ona görə də, Ermənistanın bu prosesə qoşulması məntiqdən kənar bir məsələdir, ermənilərin terrora qarşı mübarizəsi gülünc görsənir. Hər halda, ABŞ onları bu şəkildə meydana gətirməyə çalışır, hərəkətlərinə bəraət qazandırmağa cəhd edir ki, ermənilərin tarixinin bu qaranlıq səhifəsinin üstündən xətt çəksin. Ona görə də Ermənistanı guya terrora qarşı mübarizə aparan bir dövlət kimi təqdim etməyə çalışır. Amma tarix bu cəhdlərin ayaq açıb yeriməsinə imkan verməyəcək, hər şeyin qiymətini verir. Yüzillər sonra ermənilər qalıb yaşamasalar belə, onların adı dünya tarixində terrorçu millət, terrorçu dövlət kimi qalacaq" - deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

24.05.2025 / 22:30
Cinayətkar pişik! Polisi dişlədi, pəncə izləri götürüldü

24.05.2025 / 22:18
Kiyev Kremllə birbaşa dialoqa can atır

24.05.2025 / 20:32
Azərbaycanın universitet rektorları öz məzunlarının taleyinə niyə bu qədər biganə qaldılar?

24.05.2025 / 20:08
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub

24.05.2025 / 19:52
ABŞ Nümayəndələr Palatasının üzvü Qəzza zolağına nüvə bombası atmağa çağırdı

24.05.2025 / 19:19
Ərdoğan Suriya lideri ilə görüşdü

24.05.2025 / 19:15
Ukrayna ilə müharibənin Rusiyaya sürprizləri: -“Doğum və ölüm nisbətı Rusiyada niyə gizlədilir?

24.05.2025 / 19:13
Pakistan hava məkanını Hindistan təyyarələri üçün bağladı

24.05.2025 / 18:19
Hindistan ordusu Pakistan vətəndaşlarına atəş açdı - sərhəddə gərginlik yenidən yüksəldi...

24.05.2025 / 17:42
ABŞ-ın vitse-prezidentindən gözlənilməz açıqlama - ABŞ-ın mübahisəsiz hökmranlığı dövrü bitdi…

24.05.2025 / 16:51
Bakı Təhsil İdarəsindən uşaq bağçasında kommunal problemlərə dair iddialara reaksiya...

24.05.2025 / 16:37
Sumqayıtda kartlardan 2750 manat oğurlayan qadın saxlandı

24.05.2025 / 16:22
Avropa Birliyi Viktor Orbanı müstəqil siyasətinə görə mayın 27-də cəzalandıracaq...

24.05.2025 / 16:07
İran ilk hava taksisini istifadəyə verdi

24.05.2025 / 16:05
Riyaziyyatdan buraxılış səviyyəsi ilbəil aşağı düşür - DİM-in islahatlarının iflası, ya tədrisin keyfiyyəti?

24.05.2025 / 15:52
Türk Dövlətləri Təşkilatının əsas siyasi hədəfi Bakıda bəyan edildi...

24.05.2025 / 15:44
“Vanetsyan Ermənistanın baş naziri postuna namizəd ola bilər”

24.05.2025 / 15:37
İrəvan qazısı necə işləyəcək, İrəvana gedəcəkmi?- Başqa suallar da var...

24.05.2025 / 15:21
Budapeşt Zirvə görüşü Türk dünyasının həmrəyliyinə və rifahına mühüm töhfəsi ilə yadda qaldı

24.05.2025 / 14:45
Ermənistanda 5-ci kolonun fəallaşması fonunda Köçəryanın Moskva səfəri

24.05.2025 / 14:30
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə xatirə abidəsi qurulub

24.05.2025 / 14:08
"İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi qərarını alqışlayırıq" - İcma

24.05.2025 / 13:50
DİN bir gündə bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqladı

24.05.2025 / 13:34
88 min dollara yaxın pulu ölkədən çıxaran şirkət cərimələndi...

24.05.2025 / 11:24
Qobustanda 2 avtomobil toqquşub

24.05.2025 / 11:15
"Azərbaycanda 2600-dən artıq vəkil fəaliyyət göstərir" - Anar Bağırov

24.05.2025 / 11:04
Tunar Cahangirov – Rənglərlə danışan gənc İstedad

24.05.2025 / 10:25
“Şamaxı” “Qarabağ”a, “Sabah” “Neftçi”yə qarşı

24.05.2025 / 10:15
"Çin mallarına yeni tariflər tətbiq edin" - Trampdan Avropa İttifaqına TƏLƏB

24.05.2025 / 10:08
BAAU-da “Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək” adlı tədbir keçirilib

24.05.2025 / 09:27
Səsi yayılan direktorun məsələsini kim araşdırmalıdır - Bakı Təhsil, ya kriminalistlər?...

24.05.2025 / 08:42
92 benzinin qiyməti iyunun 1-dən dəyişə bilər...

23.05.2025 / 23:23
"Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi" - Hikmət Hacıyev

23.05.2025 / 22:14
Ermənistan baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib - FOTO

23.05.2025 / 21:37
“Lavrov Ağrıdağın fonunda - Türkiyəyə siqnal, İrəvana sual ünvanladı”

23.05.2025 / 21:34
Tramp 175 milyard dollarlıq “Qızıl gümbəz”lə kimə qarşı müharibəyə hazırlaşır...

23.05.2025 / 21:20
ABŞ-a görə, 907-ci düzəlişin taleyi Bakı-İrəvan sazişindən asılıdır...

23.05.2025 / 21:07
Fransa türmələri ağzınadək dolub, Makron Avropa ölkələrində icarəyə türmə axtarır - biabırçılıq...

23.05.2025 / 20:56
Erməni katalikosu Allahşükür Paşazadəyə həyasızcasına cavab verdi

23.05.2025 / 20:53
Rusiya və Ermənistan yeni təhlükəli Qarabağ oyununa başlamaq istəyirlər...

23.05.2025 / 20:39
“İbrahim razılaşmaları”, ya ABŞ-İsrail-Azərbaycan üçtərəfli sazişi - 907-nin ləğvi haradan keçir...

23.05.2025 / 20:26
Zəngəzur dəhlizi Ermənistandan çox İranı qıcıqlandırır... Səfirin aşırı bəyanatı...

23.05.2025 / 20:24
Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi

23.05.2025 / 20:17
İznikdə Birinci Nikea Şurasının 1700 illiyi qeyd olunub

23.05.2025 / 20:14
"Azərbaycan və Gürcüstan arasında münasibətlər Cənubi Qafqazda sabitləşdirici rol oynayır" - Sahibə Qafarova

23.05.2025 / 20:09
Azərbaycanın üzərinə birbaşa hərbi müdaxilə öhdəliyi götürmüşdü - Ter-Petrosyanın boğazında qaldı...

23.05.2025 / 20:02
Prezident Administrasiyasının nümayəndəsi ADUPDK yanında İctimai Şuranın üzvləri ilə görüşüb

23.05.2025 / 19:55
AMİP kimi bu nümunəni daha hansı partiyalar göstərib?..

23.05.2025 / 19:52
Bakıda TDT daxili işlər nazirlərinin ikinci görüşü keçirildi - FOTO

23.05.2025 / 19:42
Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı

23.05.2025 / 19:41
Ermənistanla Azərbaycan qarşılıqlı olaraq bir-birinin namizədliyini dəstəklədi

23.05.2025 / 19:40
Bakı "İlin şəhəri" seçildi

23.05.2025 / 19:37
Sosial şəbəkələrdə şəkər, psarioz və xərçəngin müalicəsi “tapılıb” - əsl həkimlər nə deyir?..

23.05.2025 / 19:24
İsrail nüvə müharibəsinə başlayır - İran isə onu məhv edəcəyini bildirdi...

23.05.2025 / 19:11
"Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram" - Paşinyan

23.05.2025 / 19:05
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdamda keçirildi - FOTO

23.05.2025 / 18:58
Töhmət almış iki məktəb direktorunun günahı nə idi...

23.05.2025 / 18:44
Şərurlu İsfəndiyar məhkəmələrdə "savadsız adamam" ifadəsini tez-tez səbəbsiz işlətmir, onun hədəfi var...

23.05.2025 / 18:29
Netanyahu Makron və Starmeri HƏMAS-ı dəstəkləməkdə ittiham etdi

23.05.2025 / 18:27
Putin Vatikanı yox, İstanbulu seçdi

23.05.2025 / 18:27
“Keç bizim tərəfə Avropanı birgə ələ keçirək”

23.05.2025 / 18:26
Lavrov İrəvan Üniversitetində qızlara söz atdı

23.05.2025 / 18:24
ABŞ senatoru İmamoğlunun müdafiəsinə qalxdı

23.05.2025 / 18:17
Gürcüstanı həm boğur, həm də onun üstündən Orta Asiyaya yol axtarır - Avropanın istedadsız siyasəti...

23.05.2025 / 18:04
Tramp azərbaycanlı tələbələri də Harvarddan qovacaq - cəmi 6800 tələbə...

23.05.2025 / 17:56
Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək

23.05.2025 / 17:50
Ali Məhkəmənin "əsassız varlanma" qərarı yeni mübahisələrə əsas verdi...

23.05.2025 / 17:37
Rusiya-NATO müharibəsinin vaxtı açıqlandı - Azərbaycan kimin(sə) tərəfində olacaq...

23.05.2025 / 17:24
Qarmonçu Stepanyan şedevr Azərbaycan musiqilərini oğurlaya bilmədi...

23.05.2025 / 17:11
Azad rayonlarda “yaşıl enerji” mənbələri...

23.05.2025 / 16:54
İstanbul Böyükşəhər Bələdiyyəsində 4-cü dalğa həbs əməliyyatına start verildi

23.05.2025 / 16:54
Halit Ergenç və Rıza Kocaoğlu həbs edildi!

23.05.2025 / 16:51
Tramp Cənubi Afrikadakı “ağ soyqırımı” əsaslandırmaq üçün Konqo fotosundan istifadə etdi

23.05.2025 / 16:49
Şirvanda əhalinin su təchizatı belə həyata keçirilir

23.05.2025 / 16:37
Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair interaktiv xəritənin təqdimatı olub - FOTO

23.05.2025 / 16:26
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.05.2025 / 16:12
Rusiya ələ keçirdiyi Ukraynanın Zaporojye atom stansiyasını işə salmağa hazırlaşır…

23.05.2025 / 15:50
Lənkəran Polis Şöbəsi maarifləndirici tədbir keçirdi - FOTO

23.05.2025 / 15:22
Məhkəmədə Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqlədi

23.05.2025 / 15:19
Deputat Milli Məclisdə Elgündən DANIŞDI

23.05.2025 / 15:18
Dosent Faiq Ələkbərli Türkiyədə beynəlxalq simpoziumda məruzə edib

Azad rayonlarda “yaşıl enerji” mənbələri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678