Ermənistan Rusiyaya nota verdi...

Ermənistanın xarici işlər nazirliyi Rusiyaya etiraz notası verib. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda, yanvarın 12-də Rusiyanın “Rossiya” telekanalında yayımlanan “Vesti Nedeli” verilişində Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süjetlərin səsləndirildiyi iddia edilib və buna görə Rusiyanın Ermənistandakı səfiri S.Kopırkin Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə səfir Kopırkinə etiraz notası təqdim olunub.
TAHİR