KÖHNƏ VERSİYA            

ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

Image

Ermənistan və Amerika Birləşmiş Ştatları strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken imzalayıb.

Sənədin imzalanması mərasimi Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə ABŞ dövlət katibi arasında keçirilən görüş çərçivəsində baş tutub. Antoni Blinken sənədin imzalanmasının Ermənistanla ABŞ arasında münasibətlərdə mühüm mərhələ olduğunu vurğulayıb: “Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq. Bu, bizə müxtəlif sahələrdə, o cümlədən iqtisadi məsələlər, təhlükəsizlik və müdafiə, demokratiya sferalarında əməkdaşlığı genişləndirmək imkanı verir.  Biz daha da güclü tərəfdaşlara çevrilirik. Əminəm ki, bu, həm iki ölkəmizə, həm də bütün regiona fayda verəcək. İnanıram ki, imzaladığımız bu Strateji Tərəfdaşlıq Xartiyası daha möhkəm, dinc, təhlükəsiz və müstəqil cəmiyyətlər yaratmağa kömək edəcək. Gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək, biz müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik”. Blinkenin sözlərinə görə, ABŞ Ermənistanla ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyir. Öz növbəsində, Ermənistan XİN rəhbəri qeyd edib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sənədi möhkəm təməl qoyur və əməkdaşlığı daha iddialı edir: “Sənəd iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik institutların gücləndirilməsi, ədalətin və qanunun aliliyinin təşviqi, innovasiyaların və yüksək texnologiyaların inkişafı, insanlar arasında əlaqələrin genişləndirilməsi daxil olmaqla bir çox sahələri əhatə edir”. Mirzoyan iki ölkə arasında münasibətlərin son illər əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb: “Onlar elə səviyyəyə gəliblər ki, strateji tərəfdaşlığın yaradılması təkcə mövcud reallıqlara uyğun gəlmir, həm də mürəkkəb geosiyasi şəraitdə işləmək kontekstində zəruridir. Biz ABŞ-a Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə dərin minnətdarıq. Ermənistanın demokratik təsisatlarını gücləndirmək və iqtisadi dayanıqlığı artırmaqda ABŞ-ın dəstəyinə ciddi ehtiyac duyur.  Cənubi Qafqaz regionunda sabit və davamlı sülhün əldə edilməsinə verdiyi töhfəyə görə ABŞ-a dərin minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, sabit və firavan Cənubi Qafqaz bütün regional oyunçuların və daha geniş beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir. Ermənistan bu ümumi məqsədə nail olmaq üçün Birləşmiş Ştatlarla sıx əməkdaşlığı davam etdirməyə sadiqdir”.  Ararat Mirzoyan onu da bildirib ki, Ermənistan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq etmək niyyətindədir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalamaq qərarının Ermənistanın suveren hüququ olduğunu bildirib: “ABŞ Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb, hətta bunun əksini demək olar. Bu hərəkətlər kontekstində Birləşmiş Ştatlar, əlbəttə ki, hər vəchlə yeni-yeni ölkələri öz arxasınca çəkməyə çalışır”.  

Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, vacib olan sənədin özü və onun necə adlandırılması yox, ondan irəli gələnlərdir: “Biz Qərb ölkələri ilə bir çox müqavilələrdə də “strateji tərəfdaşlıq” terminologiyasından istifadə etmişik, lakin bu razılaşmalar heç vaxt bizdən hər hansısa üçüncü ölkəyə qarşı hərəkət etməyi tələb etməyib”. Rusiya Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin müqavilənin imzalanması ilə bağlı xəbərlərin maraqlı xarakter daşıdığı qənaətində olduğunu bildirib. Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Aleksey Çepa isə bəyan edib ki, Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq sazişinin mahiyyətini izah etməlidir. Parlamentarinin fikrincə, bu sənəd Ermənistanın Rusiya ilə gələcək münasibətlərinə təsir edəcək. Politoloq Dmitri Solonnikov da məsələyə münasibət bildirib: “Avropada və ABŞ-də konfiqurasiya dəyişir. Trampın qələbəsi Vaşinqtonda təcridçilik meyillərinin güclənməsindən xəbər verir. Bundan başqa, Paşinyan Corc Sorosun “yetirməsidir”, o isə Trampın birbaşa, şəxsi düşmənidir. Avropa İttifaqına gəlincə, indi onun geosiyasi eksperimentlər üçün daha az resursu var, hətta uzun müddət Cənubi Qafqazın işlərinə qarışan Fransanın da”. Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov məsləni bir qədər də konkretləşdirib: “Ukrayna ilə ABŞ arasında 2021-ci ildə Strateji Tərəfdaşlıq Xartiyası adlı müqavilə imzalandı. Nizamnamənin 2-ci bölməsi “Təhlükəsizlik və Rusiya təcavüzünə qarşı mübarizə” adlanır. Ukrayna bundan nə əldə etdi? Ölkə yüz minlərlə qurbanı olan böyük bir müharibə cəbhəsinə çevrildi. Donbas və digər mühüm əraziləri itirdi”. O bildirib ki, ABŞ-ın Bayden administrasiyası Zelenski ilə birlikdə Ukraynanı böyük bir poliqona çevirdi: “Bu gün Ukraynanın dinc gələcəyi sual altındadır. Əslində, Nikol rejiminin qərbyönlü “rəqsi” Ermənistanının xarici siyasi vektorunun dəyişməsinə səbəb oldu. Təhdidlər azalmayacaq, artacaq. Ermənistanın təhlükəsizliyini qorumaq üçün heç bir Qərb əsgəri gəlməyəcək”. Şarmazanov qeyd edib ki, müqavilə mümkün ABŞ-İran münaqişəsi halında Ermənistan üçün ciddi problemlər yaradacaq: “Belə qarışıq geosiyasi vəziyyətdə Rusiya və İranla münasibətləri korlamaq sadəcə olaraq axmaqlıqdır. Mümkün təcavüz halında Ermənistanı kim qoruyacaq? Qərb? 100 il əvvəl Qərbin gözəl vədlərinə ümid bağladıq və nəticədə İrəvanın qapısında türkləri qarşıladıq. O zaman Ermənistan türk hərbi varlığından yalnız sovetləşmə sayəsində xilas oldu. İndi Ermənistanı kim xilas edəcək?”. Keçmiş vitse-spiker bənzər sazişin Gürcüstanla da imzalandığını, lakin Tiflisin işğal altında olan Cənubi Osetiya və Abxaziyanı qaytara bilmədiyini xatırladıb.Xatırladaq ki,  Ermənistan KTMT və Aİİ kimi Kremlə inteqrasiya layihələrinin üzvü olaraq qalır, lakin son vaxtlar getdikcə Moskvadan uzaqlaşır və Qərbə yaxınlaşır. Yanvarın 9-da ölkə hökuməti Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. İrəvanın bu qərarı, həmçinin ABŞ-la strateji tərəfdaşlıq haqqında sənədin imzalanması Rusiyanın mənfi reaksiyasına səbəb olub. Rusiyanın artıq müəyyən cavab tədbirləri görməsi qaçılmaz hesab olunur. Nəzərə alınmalıdır ki, Rusiyanın Ermənistanda böyük hərbi bazası mövcuddur. Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir və 5 minə yaxın hərbçidən ibarətdir. İran üçün də ABŞ-ın Ermənistanda hərbi cəhətdən möhkəmlənməsi müsbət heç nə vəd etmir. Rusiya və İranın ABŞ ilə münasibətləri çox gərgindir. Eləcə də, həmin ölkələrin Avropa İttifaqı ilə də münasibətləri yaxşı deyil. Belə bir şəraitdə Ermənistan ərazisində Aİ missiyasının və ABŞ sərhədçilərinin  yerləşdirilməsi onlar üçün qəbulolunmazdır. Bu mənada Ermənistan hakimiyyətinin Qərbə yönəlik indiki siyasəti isə İrəvan üçün yaxşı heç nə vəd etmir.

Nahid SALAYEV







VİDEO

"Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"... - VİDEO

Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

09.02.2025 | 21:53
ABŞ 10 min PKK terrorçusunu Suriyadan çıxarır - bu dəfə İraqı terror yuvasına çevirəcəklər…

09.02.2025 | 20:44
Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu bağlamağa çağırdı

09.02.2025 | 19:26
Trampın Ukraynada atəşkəs planı sızdı - ukraynalılar şokda... Qərb Kiyevi satır…

09.02.2025 | 18:25
İsrailin qəzzalıların sürgünü ilə bağlı yeni planı ortaya çıxdı - ABŞ mediasından qalmaqallı iddia…

09.02.2025 | 17:38
"Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"... - VİDEO

09.02.2025 | 17:21
“Telegram”da vətəndaşı aldadaraq onun 2 minini ələ keçirən şəxs yaxalandı

09.02.2025 | 16:58
Misir və BƏƏ Netanyahuya xəbərdarlıq etdi - Səudiyyə bizim üçün qırmızı xəttdir, heç kim ona toxuna bilməz…

09.02.2025 | 16:03
Tramp Putinlə danışdığını açıqladı - ancaq “neçə dəfə” sualına cavab vermədi…

09.02.2025 | 15:16
Rusiyada daha bir müəmmalı ölüm - Putinə müxalif məşhur musiqiçi evinə polis basqını zamanı 10-cu mərtəbədən aşağı düşdü

09.02.2025 | 14:53
QAİ beynəlxalq təşkilatları Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırdı

09.02.2025 | 00:28
Üç Cənubi Qafqaz ölkəsinin Rusiyaya qarşı İTTİFAQ qurması uzaqda deyil - "Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"...

08.02.2025 | 22:30
Orxan Cəfərovdan Türkiyə Açıq Beynəlxalq Turnirində bürünc medal!

08.02.2025 | 21:56
ABŞ rus iş adamlarının pullarının “ovuna” çıxan qrupun fəaliyyətini dayandırır...

08.02.2025 | 21:11
USAID-in maliyyələşdirdiyi nəhəng media qurumları da çökür – BBC həyəcan təbili çalır...

08.02.2025 | 19:28
Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

08.02.2025 | 19:15
Rəhimli bələdiyyəsinə seçkilərin protokollarının surətinin saxtalaşdırıldığı ortaya çıxdı - "İşin başında Uzunboyad bələdiyyəsinin sədri dayanır"

08.02.2025 | 17:15
Rusiyada hazırkı antiazərbaycan aqressiyanın 2 səbəbi var...

08.02.2025 | 16:59
Ukrayna müharibəsilə bağlı sülh masası qurulur – Tramp ilk olaraq Zelenski ilə görüşəcək...

08.02.2025 | 15:54
Azərbaycan diasporu ilə bağlı gecikmiş tələb - Rusiyada çoxdan ləğv edilib...

08.02.2025 | 15:00
Sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlandı

08.02.2025 | 14:44
Kirayəşin yaşadığı evi soydu - 3000 manatlıq oğurluq...

08.02.2025 | 14:28
"Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər" - Kobaxidze

08.02.2025 | 14:12
Xankəndi polisi orta məktəbdə maarifləndirici tədbir keçirdi - FOTO

08.02.2025 | 13:50
Azərbaycanın hərbi dənizçiləri "AMAN-25" çoxmillətli təlimində iştirak edir - FOTO

08.02.2025 | 13:36
Polis Oğuzda əməliyyat keçirdi - 3 nəfər saxlandı, 8 kq narkotik aşkarladı

08.02.2025 | 13:22
Sabah Bakıda qar yağacaq

08.02.2025 | 12:46
Rusiya ilə 2022- ci il Müttəfiqlik sənədinə yenidən baxıla bilər...

08.02.2025 | 11:22
Çağatay Ulusoy bu serialda "mafiya başçısı" olacaq

08.02.2025 | 11:16
"Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub" - MN açıqlama yaydı

08.02.2025 | 10:30
“Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

08.02.2025 | 10:00
Dünən cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

08.02.2025 | 09:26
Xoruz banlayan orta məktəb görübsüz?... Sabirabadda deyirlər var...

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728