Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...
İngiltərə Premyer Liqasının 21-ci turunda “Mançester Siti” növbəti dəfə xallar itirib. Səfərdə “Brentford”la qarşılaşan Xosep Qvardioalanın komandası 2 top fərqi ilə irəlidə olsa da, 82 və 90+2-ci dəqiqələrdə qollar buraxıb. Nəticədə oyun 2:2 hesabı ilə yekunlaşıb.
Oyundan sonra keçirilən mətbuat konfransında “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola fikirlərini açıqlayıb. “Bir az məyusuq. Hesabda 2:0 irəlidə olsaq da, üstünlüyümüzü qoruya bilmədik. Bu, mərkəz müdafiəçilərinin olmaması səbəbindən baş verdi. Üstəgəl Rodri. Ən yaxşı formada deyilik və düzgün qərarlar qəbul edə bilmədik. Biz bir az daha yaxşı oynamalıyıq. Amma bu gün pis də çıxış etmədik”.
Mətləb