Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı
Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində 2 mağazanın qarşısından oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 2500 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Novruzov və 43 yaşlı A.Mustafayev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
ZÜMRÜD