çərşənbə axşamı günü, 26 may 2026
     

Əsədin muzdlu qatilləri Qarabağda Ermənistan ordusunun sıralarında...

Image


Akif Nağı: "Bunlar hamısı Bəşər Əsədin tapşırığı ilə həyata keçirilirdi"

Ermənistanın ərazilərimizə hücumu nəticəsində baş verən Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı yalnız Ermənistan hərbiçiləri döyüşmürdü, bu prosesə xaricdən muzdlu döyüşçülərin də cəlb edildiyi məlumdur. 

Erməni lobbisinin və xarici qüvvələrin muzdlu döyüşçüləri Ermənistan ordusuna qoşduğunü bütün dünya bilir. O da məlumdur ki, 

Birinci Qarabağ müharibəsi dövründə Suriyadan və Livandan gələn qaniçici batalyonlar ermənilərin tərəfindən bizə qarşı döyüşüblər. Son 30 ildə Suriyadakı Bəşər Əsəd rejimi Ermənistana bütün istiqamətlərdə dəstək olub, onun Azərbaycan torpaqlarını işğal etməsinə köməklik göstərib. Yəni Bəşər Əsədin yan-yörəsində, administrasiyasında yüzlərlə erməni olub, onlar Suriyada insanlara qarşı amansız cinayətlər törədiblər. Bu faktdır. Eyni zamanda Suriyada Əsədə tabe olan batalyonlar, muzdlu qatillər Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən bizə qarşı döyüşüb, vətəndaşlarımızı qətlə yetiriblər. Suriyadan gələn muzdlular  azərbaycanlı əsirlərə divan tutub, onları işgəncə ilə qətlə yetiriblər. 

Suriyalı döyüşçülərin Birinci Qarabağ müharibəsində bizə qarşı etdiyi cinayətlər haqda nə demək olar? Əsəd rejimi niyə Qarabağa dəstək göndərirdi? 

"Suriyanın rəsmi şəxsləri də onların nümayəndələrinin Qarabağda ermənilərin tərəfində vuruşması ilə bağlı faktları dilə gətirirdilər"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Suriyadan, Livandan gələn terrorçu qrupların, eləcə də erməni terror təşkilatlarının üzvlərinin Birinci və İkinci Qarabağ müharibələrində bizə qarşı döyüşdüyü barədə çoxlu faktlar, sübutlar var. "Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən bizə qarşı döyüşmək üçün Suriya və Livandan çoxlu sayda terrorçu, muzdlu döyüşçü gəlmişdi. Onlar gəlib Qarabağda bizə qarşı vuruşurdu. Onların içində ən məşhuru Monte Melkonyan idi. O, 1992-ci ildə, müharibənin ən qızğın çağında ermənilər tərəfindən döyüşlərin təşkili ilə məşğul olan bir şəxs və bütün dünyanın tanıdığı bir terrorçu idi. Amma ermənilər onu özələrinin "milli qəhrəmanı" səviyyəsinə qaldırdılar. İndi də onunla bağlı tədbirlər keçirirlər, abidəsini qoyurlar, onu dünyanın gözü qarşısında "qəhrəmanlaşdırmağa" çalışırlar. Hamı bilir ki, o terrorçu idi, törətdiyi terror aktlarına görə həbsdə də yatmışdı. Onun törətdiyi terror aktları ilə bağlı hər yerdə məlumatlar var. Lakin bunların üstündən dünya sükutla keçir və ermənilərin yaratdığı yalan təbliğat kampaniyasını davam etdirməsinə göz yumurlar.

Həmin dövrdə Azərbaycan da dəfələrlə bildirirdi, Suriyanın rəsmi şəxsləri də onların nümayəndələrinin Qarabağda ermənilərin tərəfində vuruşması ilə bağlı faktları dilə gətirirdilər. Hətta Suriyanın din xadimi bir neçə dəfə açıqlama vermişdi ki, guya "Dağlıq Qarabağda ermənilər öz azadlığı uğrunda mübarizə aparır, biz də onların mübarizəsini tam şəkildə dəstəkləyirik". Yəni bunu din xadimi deyirdi. Suriyada totalitar bir rejim idi və prezident Bəşər Əsədin icazəsi olmadan heç kim, o cümlədən də din xadimi belə bir ifadə işlədə bilməzdi. Özləri müsəlman olduqları halda Azərbaycana qarşı işğalçı və xristian Ermənistan tərəfindən bu cür cinayətlər törədilməsini, torpaqlarımızın işğal edilməsini dəstəkləyirdilər. Təcavüzkar Ermənistan tərəfindən Azərbaycan əraziləri işğal olunurdu və onlar da ermənilərin bu hərəkətlərinə bəraət qazandırırdılar. Onların dini lideri özü də bunu məsələnin mahiyyətinə varmadan, onu "azadlıq hərəkatı", "müstəqillik hərəkatı", "öz haqlarını, hüquqlarını müdafiə etmək hərəkatı" kimi dəyərləndirdi. Ona görə də, bunlar hamısı Bəşər Əsədin tapşırığı ilə həyata keçirilirdi".

A.Nağı qeyd etdi ki, İkinci Qarabağ müharibəsində də, bütövlükdə həmişə Suriya və Livandan ziyanlar görmüşük, onlar antiazərbaycan mövqeyi tutublar. "Xüsusilə də Livanın antiazərbaycan mövqeyi özünü həmişə göstərib. Bilirsiz ki, Livanda Yaxın Şərqdə ən böyük - ola bilər ki, sayca yox, amma maliyyə, nüfuz, siyasi proseslərə təsir imkanları baxımından - erməni qruplaşması öndə gedir. Onlar hətta Livanda hakimiyyəti bölüşdürürlər. Orda dövlət rəhbərliyində bir neçə vacib post var - prezident, baş nazir, parlament sədri kimi vəzifələri oradakı sünnilər, şiələr, ayrıca olaraq da ermənilər növbəli şəkildə tuturlar. Bunu sanki "ədalətli hakimiyyət bölgüsü" kimi dəyərləndirirlər. Yəni ermənilərin təsir imkanları var. Onlar da bu proseslərin gedişində ermənilərlə yaxınlaşıblar, ermənilər dünyanın müxtlif yerlərində onların sifarişlərini yerinə yetiriblər. Ona görə də ermənilərlə bu qədər yaxındılar, bu qədər müttəfiqlik əlaqələri var və onları dəstəkləyirlər. 

İkinci Qarabağ müharibəsinin gedişində də bu məsələ ortaya çıxdı. Burda ikili mövqe oldu. Yəni erməni tərəfində olan mətbuat qurumları Azərbaycanı ittiham edirdilər ki, guya Suriyada müxalif mövqedə dayanan silahlı qruplaşmalar Azərbaycana köməyə gəliblər, Azərbaycan tərəfindən vuruşurlar. Bunu da Türkiyənin vasitəçiliyi ilə əlaqələndirməyə çalışırdılar ki, yəni onun oradakı müxalif qüvvələrlə əlaqəsi var. Amma erməni tərəfi ortaya heç bir fakt qoya bilmədi. Bütün dünya çox gözəl bilir ki, bu müharibədə Türkiyədən də heç kim gəlib bizim tərəfimizdən vuruşmadı, bizim Türkiyədən mənəvi, müəyyən texniki dəstəyimiz oldu. Vətən müharibəsində yalnız Azərbaycan əsgəri, Azərbaycan ordusu vuruşdu, torpaqlarımızı işğaldan azad etdi. Bunu hər kəs bilir, amma o dövrdə də, indi də bəzi qərəzli qüvvələr bundan Azərbaycana qarşı istifadə etməyə cəhd edirlər. O dövrdə çox aydın faktlarla sübut olundu ki, Suriyadan silahlı qruplaşmalar Qarabağa gəliblər və ermənilərin tərəfindən bizə qarşı vuruşublar. Bununla bağlı çoxlu faktlar ortaya çıxdı. Hətta həmin dövrdə Bəşər Əsəd də müsahibələrindən birində etiraf etdi ki, Suriyadan erməni silahlı qruplaşmaları gedir və Qarabağ müharibəsində müəyyən formada iştirak edirlər. Çıxışlarının birində dolayısı ilə onu etiraf etmişdi. Suriyanın digər rəsmiləri də oradan ermənilərin Qarabağa getməsini etiraf edirdilər. Amma bunu etnik ermənilərin soydaşlarına könüllü dəstəyi kimi dəyərləndirirdilər. Aydın məsələdir ki, Suriyada heç kim özbaşına hərəkət edə bilməzdi, əgər Suriya hökuməti qadağan etsəydi ordan bir nəfər erməni belə Ermənistana, ordan Qarabağa gəlib Azərbaycana qarşı vuruşmazdı. Deməli, bu, Bəşər Əsədin özü tərəfindən təşkil olunurdu, onun antiazərbaycan mövqeyi vardı. Bu həm Azərbaycanın islam dünyasında müstəqil mövqe tutması, həm Rusiya, həm də Qərblə eyni qarşılıqlı normal münasibətləri saxlaması ilə bağlı idi. Guya Azərbaycan öz maraqlarından keçib hansısa diktator, totalitar rejimi müdafiə etməli idi. Ona görə də, onlar Azərbaycana qarşı sərt mövqedə dururdular və o mövqelərini də çox vaxt Azərbaycanın İsraillə əlaqələri ilə əsaslandırırdılar. Bu səbəbdən də, Bəşər Əsəd başda olmaqla bu rejimin rəsmiləri, ictimai-siyasi şəxsləri Azərbaycana qarşı çox qərəzli və aqressiv idi. Tehranda Fələstinlə bağlı konfrans keçirlərkən mən özüm də bunun şahidi olmuşam. Azərbaycandan mən, Türkiyədən bir, hansısa ərəb ölkələrindən bir, Rusiyadan da bir nəfər seksiya iclaslarına rəhbərlik edirdik. Orada mən Azərbaycan bayrağı ilə hərəkət edirdim, qarşıma bayrağımızı qoyurdum. Həmin tədbirdə də qarşıma Azərbaycan bayrağı qoydum və iclasda iştirak edənlərdən biri qəfil ayağa durdu və Rəyasət Heyətinə yaxınlaşıb Azərbaycan bayrağını kənara itələmək istədi, mən bu cəhdin qarşısını aldım, orda onunla əlbəyaxa olduq. Orda mühafizəçilər, iştirakçılar, Azərbaycan nümayəndə heyətinin digər üzvləri gəldilər, bizi araladılar, orda çox sərt bir mövqe də oldu, Türkiyə nümayəndə heyəti bizim tərəfimizdə durdu. Amma Suriyadan olan nümayəndələri, demək olar ki, konkret müdafiə edən olmadı, amma orda onların sayı çox idi. Türkiyədən olan nümayəndələr onlarla danışdılar, soruşdular ki, bu nə məsələdir, nə üçün başqa bir dövlətin bayrağına qarşı belə cahillik edirsiniz? O tərəfdə o, bu tərəfdə mən dayanmışdım, həmin şəxs məni ittiham edərək dedi ki, sizin dövlətiniz hər gün Suriyanı bombalayan İsraillə həmrəydir, onlarla əməkdaşlıq edir. Guya buna görə Azərbaycana, Azərbaycan bayrağına qarşı aqressiya nümayiş etdirib. Yəni bunu mən özüm iştirakçısı olduğum hadisə zamanı görmüşəm. Bu aqressiya onların ictimai-siyasi rəyinin içərisində var idi. Bu onların rəhbərlərindən gəlirdi, yoxsa özbaşına formalaşa bilməzdi. Onlar Azərbaycanın müstəqil siyasətini qəbul etmirdilər ki, biz İsraillə də öz maraqlarımıza uyğun olaraq münasibətlərimizi saxlayırıq, istəsələr Suriya ilə də münasibət saxlaya bilərik. Bəşər Əsəd rejimi çox dar düşüncəli hakimiyyət idi. Burunlarından uzağı görə bilmirdilər, ona görə də öz xalqına zülm edəndən sonra belə rüsvayçı şəkildə hakimiyyətdən getdilər. 

Əsəd rejiminin Azərbaycanla mövqeyi bu şəkildə olub. İkinci Qarabağ müharibəsinin gedişində hətta Rusiya mətbuatında da müəyyən məlumatlar çıxırdı ki, Rusiyanın Suriya ərazisində hərbi bazası var. Latakiya bölgəsində hərbi bazası vardı və orda xüsusi qruplar, o cümlədən də terrorçu-təxribatçı qruplar hazırlanırdı. Rusiya mətbuatında belə məlumatlar gedirdi ki, həmin düşərgədə, hərbi bazada hazırlanan suriyalılar Azərbaycanla döyüşlərə göndərilir. Bunların içində livanlılar da vardı, təbii, ermənilərin sayı da az deyildi. Amma onlar Suriya və Livan vətəndaşları idilər. Çünki bu məsələdə Suriya və Livan eyni mövqedən çıxış edirdi. Rusiya mətbuatı hətta rəqəm də göstərirdi ki, 4 min suriyalı Rusiyanın vasitəçiliyi ilə Qarabağa gəlib ermənilər tərəfindən Azərbaycana qarşı döyüşlərdə iştirak edir. Yəni bu şəkildə faktlar ortadadır. Biz bunu o şəkildə şərh edirik ki, Suriyanın siyasəti Bəşər Əsədin dövründə milli maraqlara xidmət etmirdi, qrup maraqlarına, özlərinin varlanmasına xidmət edirdi. Faktalr ortaya çıxır ki, bunların milyardlarla avroları, dollarları olub. Həddindən artıq varlanmışdılar. Bu siyasət bir ailəyə, onların ətrafındakılara xidmət edirdi. Ona görə də, onlar ermənilərin mövqeyini müdafiə edirdilər ki, onlarla işbirliyi vardı. Əsəd rejiminin yaramaz əməllərinə Azərbaycan heç vaxt dəstək verə bilməzdi. Amma harda yaramaz, harda bəd əməl varsa orda ermənilər iştirak edirdilər, o məsələlərdə ermənilərdən istifadə edilirdi". 

A.Nağı bildirdi ki, Əsəd rejimi hətta müsəlmançılığın mahiyyətini də düzgün başa düşmürdü, müslman da deyildilər, onlarda ədalət prinsipi də yox idi. "Onlar əgər müsəlmançılığı başa düşsəydilər, müsəlman olsaydılar hökmən Azərbaycanın yanında olardılar ki, Azərbaycan haqq-ədalət, azadlıq müharibəsi aparır. Onlar bunu başa düşmədilər, haqq-ədalətin də yanında olmadılar, ona görə də işğalçı Ermənistanın tərəfində oldular" - deyə A.Nağı əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...

Bakının uğurlu manevrləri Azərbaycana qərəzli yanaşanların sayını azaldır…

SON XƏBƏRLƏR

26.05.2026 / 18:41
Adambaşına ət istehlakının artması nə deməkdir? - Prezidentin hüzurunda nazirin mesajını birlikdə oxuyaq...

26.05.2026 / 17:40
Kreml uduzdu, Ermənistan Rusiyanın əlindən çıxır...

26.05.2026 / 17:25
buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal toplayıb...

26.05.2026 / 17:17
Rusiyada miqrantların üzləşdiyi yeni bəlanın soydaşlarımıza da təsiri olacaq...

26.05.2026 / 17:06
Rubio Ermənistanda - Zəngəzur dəlizi ilə bağlı saziş imzalandı...

26.05.2026 / 17:03
Avropa İttifaqı diplomatlarını Kiyevdən təxliyə etməyəcək

26.05.2026 / 16:52
TƏBİB tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir

26.05.2026 / 16:50
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

26.05.2026 / 16:48
İdarə olunan "CHP xaosunun" içində Ərdoğana daha böyük təhlükə formalaşır...

26.05.2026 / 16:44
Bir sıra məhkəmələrə sədr təyin edildi

26.05.2026 / 16:44
Elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç nəfərə Dövlət Mükafatı verildi

26.05.2026 / 16:41
Ştaynmayer Prezident İlham Əliyevi təbrik etdi

26.05.2026 / 16:40
Azərbaycanda seçici sayı açıqlandı, ən yaşlı seçicilər də məlum oldu

26.05.2026 / 16:39
Ölkənin "buğda və ət istehsalı konsepsiyasının" çərçivəsi müəyyənləşdi...

26.05.2026 / 16:36
MSK sədri: Azərbaycan seçicilərə geniş hüquqlar yaradan ölkədir

26.05.2026 / 16:32
İran ABŞ-ı hədələdi - hücumları cavabsız qalmayacaq...

26.05.2026 / 16:29
“Xarici güc mərkəzləri seçki prosesinə açıq şəkildə müdaxilə edir” – Deputat

26.05.2026 / 16:25
Erməni müxalifətinin seçkidə bir hədəfi də açıldı - rusu və türkü düşmən etmək...

26.05.2026 / 16:20
Azərbaycanın dünyada orta güc statusu rəsmi təsdiqini tapdı...

26.05.2026 / 16:12
Əli İsa cabbarov AKİ sədri seçildi

26.05.2026 / 16:10
Kinematoqrafçılar İttifaqının qurultayında gərginlik -“...İttifaq dağıla bilər”

26.05.2026 / 15:58
Əli İsa Cabbarov: “Həmidə Ömərovanı da namizəd kimi irəli sürə bilərdim”

26.05.2026 / 15:31
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olundu

26.05.2026 / 15:14
Krımda Nuriyyə Hüseynova Türk dünyasının sənət kraliçası adlandırıldı

26.05.2026 / 15:11
İran İsrailin “İbrahim Şazişləri”nə qoşulur...(?)

26.05.2026 / 15:06
“Sea Breeze”də sosial infrastruktur genişlənəcək" - Emin Ağalarov

26.05.2026 / 14:59
Azərbaycanda “şəhərdən kəndə” dönüş zərurəti rəsmən bəyan olundu...

26.05.2026 / 14:53
ABŞ Ukrayna-Rusiya danışıqlarında vasitəçilikdən çəkildi...

26.05.2026 / 14:47
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.05.2026 / 14:16
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb

26.05.2026 / 14:02
ABŞ Rusiyanı qabaqladı - Ermənistanda AES-in reaktorları dəyişdirilir...

26.05.2026 / 13:55
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

26.05.2026 / 13:48
Tramp Putinin hədələrinə cavab verdi - Rubio İrəvana xüsusi tapşırıqla gəldi...

26.05.2026 / 13:15
Qadınların pensiyasının artırılması təklif edildi...

26.05.2026 / 12:40
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumla bağlı əvvəlcədən ABŞ-ı məlumatlandırdığı ortaya çıxdı - Bombalanma olacaq...

26.05.2026 / 12:22
ABŞ-İran danışıqları təhlükədə - ABŞ Bəndər Abbası bombaladı...

26.05.2026 / 12:06
Dörd narkokuryer 40 kq narkotik və 500 metodon həbl' yaxalandı

26.05.2026 / 12:02
Sercio Mattarella Prezident İlham Əliyevi təbrik etdi

26.05.2026 / 11:50
Britaniyanın yeni səfiri Bakıya gəldi

26.05.2026 / 11:39
Xətaidə kollektorun üzərində tikilmiş ev çökdü

26.05.2026 / 11:14
Malayziya Kralı Prezident İlham Əliyevə məktub göndərib

26.05.2026 / 11:08
Prezident İlham Əliyev Gürcüstan Prezidentinə təbrik məktubu ünvanlayıb

26.05.2026 / 10:54
Kənd sektorunda yeni dinamika başlana bilər -Prezidentin sözlərindən məsuliyyətli nəticələr çıxarılsa...

26.05.2026 / 10:35
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır

26.05.2026 / 10:33
Buraxılış imtahanlarında mühüm dəyişiklik - DİM açıqlama yaydı...

26.05.2026 / 10:27
Ermənistan AİB-in Astana sammitində iştirak qərarı verdi

26.05.2026 / 10:16
Almaniya Bundestaq üzvlərinin Tayvana səfəri Pekini özündən çıxardı

26.05.2026 / 09:58
Yerli ətlə 100 faizlik təminat -Azərbaycanda yeni iqtisadi hədəf...

26.05.2026 / 09:33
Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...

26.05.2026 / 09:18
Bakıdan çıxan ilk qatar Tbilisiyə çatdı...

26.05.2026 / 08:58
Ağsuda ağır qəza - avtomobil çaya aşdı, ölənlər var...

26.05.2026 / 08:30
Ağdama növbəti köç yola salındı

25.05.2026 / 22:50
AKP-CHP münaqişəsi Türkiyədə ümumvətəndaş toqquşmasına gətirə bilər (?)...

25.05.2026 / 22:15
"Bay, bay, nərədən çıxdın Kamal vay".... - VİDEO

25.05.2026 / 22:04
MİT-in müəmmalı öl(dürül)müş kəşfiyyatçısının "Bay Kamal " barədə çox sensasiyalı məktubu çıxdı...

25.05.2026 / 21:45
Avroparlament Azərbaycana qarşı o qədər qərəzçilik etdi ki... öz deputatları etiraza qalxdı...

25.05.2026 / 21:43
Türkiyənin "Karsan" avtopilot avtobusu İsveçdə ilk gün qəza törətdi...

25.05.2026 / 21:20
Böyük güclərin geosiyasi oyunu: İran böhranı fonunda ABŞ–Çin–Rusiya münasibətləri

25.05.2026 / 21:02
Əli İsa Cabbarov: “İmzalar feykdi, dəqiqləşdirmə apardıq qol çəkmədiklərini dedilər”

25.05.2026 / 20:34
İran uranı ərazisindən çıxarmağa razılaşdı - yalnız Çinə verilməsi şərti ilə…

25.05.2026 / 20:14
Vardanyan onlar həbsdə olduğu halda ölkəsinin parad keçirməsini “əxlaqsızlıq” adlandırdı

25.05.2026 / 20:03
"Hindistan və Azərbaycan arasında mədəni körpülər" adlı sərgi təşkil olundu - FOTO

25.05.2026 / 19:56
Rumıniyanın Prezidentindən İlham Əliyevə Müstəqillik Günü təbrik...

25.05.2026 / 19:35
Estoniya Prezidenti İlham Əliyevə məktub göndərdi

25.05.2026 / 19:16
Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

25.05.2026 / 19:14
Yaponlar Xəzərə 3 milyon dollar "tökəcəklər"...

25.05.2026 / 19:12
Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

25.05.2026 / 18:43
Hardadı Azərbaycanın “romançıları”? -100 ən yaxşı romanın sırasında biz yox olduq...

25.05.2026 / 18:41
Maya Sandu Prezident İlham Əliyevə məktub ünvanlayıb

25.05.2026 / 18:39
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

25.05.2026 / 18:38
Kavelaşvili Prezident İlham Əliyevi təbrik edib

25.05.2026 / 18:37
Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

25.05.2026 / 18:35
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə başsağlığı verdi

25.05.2026 / 18:33
Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verib

25.05.2026 / 18:12
Bakıda məşhur tikinti bazarının fəaliyyəti dayandırıldı - VİDEO

25.05.2026 / 17:48
Kreml Ermənistanı qazın qiymətini bahalaşdırmaqla hədələdi - Aİİ-dən çıxsalar...

25.05.2026 / 17:31
Britaniya nazirinin təyyarəsi texnoloji hücuma məruz qaldı - Rusiya yaxınlığında…

25.05.2026 / 17:23
Nazir ət idxalının artmasının səbəbini açıqladı

25.05.2026 / 17:17
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqləndi

25.05.2026 / 17:10
Si Cinpin Prezident İlham Əliyevə məktub göndərib

25.05.2026 / 17:04
"Özümüzü buğda ilə cəmi 55 faiz təmin edirik" - Prezident

WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

XƏBƏR ARXİVİ