Cümə günü, 18 iyul 2025
     

“Azərbaycanın dünyaya səs salan zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir” - Vüqar Rəhimzadə

Image

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Müstəqilliyimizin dönməz xarakter alması Ulu Öndərin yorulmaz fəaliyyətinin, qətiyyətinin, zəngin idarəçilik təcrübəsinin, ən əsası Azərbaycan dövlətinə, xalqına bağlılığının nəticəsidir

Dahi şəxsiyyət Azərbaycanın ən çətin günlərində, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk günlərdə bu əminliyi ifadə etmişdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır.

Ümummilli Lider düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində müstəqilliyinin bərpasının ilk illərində böyük faciələrlə, təhlükələrlə üz-üzə qalan Azərbaycanı xaosdan, anarxiyadan, iqtisadi böhrandan xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı. Torpaqlarımızın işğalının qarşısı alındı. 1994-cü ilin 12 may tarixində Ermənistanla atəşkəsin əldə edilməsi bütün sahələrdə dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynadı. Həmin il sentyabrın 20-də isə çağdaş tariximizə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişi imzalandı. Bu saziş Azərbaycanın sabitlik diyarı kimi mövqeyinin möhkəmlənməsində, iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi nüfuz qazanması ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasını şərtləndirdi. Bu reallıq daim önə çəkilir ki, müstəqilliyimizin bərpasının ilk illərində ictimai-siyasi durumun gərginliyi Azərbaycanın zəngin iqtisadi potensiala malik olmasına baxmayaraq ölkəmizlə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanda sabitliyin təmin edilməsini prioritet məsələ kimi qarşıya qoydu. Artıq xarici investorlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin idilər. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bunun təsdiqi oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi hər zaman öz aktuallığını qoruyur, dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. İqtisadi və siyasi islahatların vəhdətinin qorunması davamlı inkişafa yol açdı. Ümummilli Lider iqtisadiyyatı dirçəltdi, əhalinin sosial müdafiəsini prioritet məsələ kimi qarşıya qoydu. Bildirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ümummilli Liderin Fərmanı ilə 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ümumilikdə Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Daim neftlə zəngin ölkələrə baxış əsasında bu reallıq da diqqətə çatdırılır ki, bu resurslar heç də hər zaman onlara uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanın iqtisadi imkanları isə güclü sosial siyasətin həyata keçirilməsini şərtləndirir. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasını təmin edir. Azərbaycanın malik olduğu iqtisadi imkanlardan  səmərəli istifadə etmək məqsədilə həyata keçirdiyi enerji layihələri ölkələr, xalqlar arasında dostluq körpüsü yaradır. Bu layihələr dünyanın enerji xəritəsini dəyişir. Onların icrası yalnız iştirakçı deyil, digər dünya dövlətlərinin də uzunmüddətli iqtisadi inkişafını təmin edir. Regional çərçivədə qurulan əməkdaşlıq hazırda coğrafiyasını genişləndirərək yeni-yeni layihələrin gündəmə gətirilməsi ilə müşayiət olunur. Cənub Qaz Dəhlizinin tam tərkibdə  istifadəyə verilməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Artıq hazırda bu layihənin əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın genişləndirilməsi əsas çağırışlar sırasındadır.

Vüqar Rəhimzadə bildirib ki, bu gün ölkəmizin bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması istiqamətində göstərdiyi səylər, imzalanan sənədlər də Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticəsidir. Hazırda bütün dünyada yaşıl enerjiyə keçid əsas hədəfdir. Bu günlərdə dünyanı Azərbaycana toplayan COP29 tədbiri də Azərbaycanın uğurlu enerji diplomatiyasının təqdimatı oldu. Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərdi. Dünyada hər kəs bir daha gördü ki, Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. COP29 Azərbaycanın dünyaya təqdimatında növbəti tribuna oldu.

Milli Məclisin deputatı iqtisadi imkanlarımızın artması fonunda Azərbaycanın ordu quruculuğu sahəsində də qazandığı uğurlardan bəhs edib. Bildirib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ordu quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdə oldu. Müstəqilliyimizin bərpasının ilk illərində torpaqlarımızın işğalında əsas faktorlardan biri nizami ordunun olmaması idi. Silahlı Qüvvələr torpaqların deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Ümummilli Liderin uğurlu siyasəti nəticəsində ordu quruculuğu sahəsində mühüm uğurlara imza atıldı. Ordunun maddi-texniki bazası möhkəmləndi, beynəlxalq standartlara cavab verən Silahlı Qüvvələr yaradıldı. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi təsis edildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hərbi kadrların yetişdirilməsi Ulu Öndərin hakimiyyətinin birinci dövründə də əsas hədəflərdən biri idi. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması bunun bariz nümunəsidir. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın sonrakı dönəmdə, son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafına əsas yaratdı. Azərbaycan dövləti, ordusu daha da gücləndi, qüdrətləndi. Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı.

Vüqar Rəhimzadə bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası Azərbaycanın 1993-cü ildən bugünədək keçdiyi inkişaf yolunun ümumiləşdirilmiş ifadəsi, Ümummilli Liderin cənab İlham Əliyevə etimadının özünü doğrultmasının nümayişidir. Bu gün   azad Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işlərinin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, praqmatik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır. Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və bundan sonra da heç zaman unutmayacaq. Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları əbədi yaşayacaq. Azərbaycana bu gün hansı tərəfdən baxsaq Ulu Öndər Heydər Əliyevin xidmətlərinin miqyasının genişliyini, zənginliyini görərik. Onun fəaliyyətinin hər bir dövrü, hər bir sahəsi tədqiqat mövzusudur. Ümummilli Liderin xidmətləri ilə bağlı çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir yeni nəşr, eyni zamanda məqalə bu xidmətlərə müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir budur ki, Azərbaycanın bugünkü gerçəklikləri, dünyaya səs salan zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir. Heydər Əliyev irsi bir məktəbdir, bu irsin daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması bütün dövrlərin  tələbi, çağırışıdır.

Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də ölkəmizdə və onun hüdudlarından kənarda yüksək dəyərləndirilir. Bu işlər Azərbaycanın daha da qüdrətlnməsinə, güclənməsinə xidmət edir. Hazırda Fond işğaldan azad edilmiş ərazilərdə tarixi və dini abidələrin bərpası istiqamətində atdığı addımları ilə diqqətdədir. Humanizm, xeyirxahlıq, mərhəmət Fondun fəaliyyətinin əsas prinsipləridir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə güclü, qüdrətli, qalib, bütövləşən Azərbaycanla qürur duyur. Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Bunu yeni dövrün yeni hədəfləri də təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində ölkəmiz hər bir hədəfə uğurla nail olur, yeni hədəflərə doğru irəliləyir. Nə qədər ki müstəqil Azərbaycan dövləti, xalqı var, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaq, Onun gerçəkləşən ideyaları inkişaf yolumuzu işıqlandıracaq.



VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910