Çərşənbə axşamı günü, 15 iyul 2025
     

ABŞ-ın, Rusiyanın, Avropanın Suriya siyasətinə türk faktoru yön verəcək...

Image

Suriyada cərəyan edən hadisələr, bunun dünyanın siyasi, iqtisadi həyatına təsiri beynəlxalq gündəimin əsas mövzularından biri olaraq qalmaqda davam edir. Maraqlı məqmlardan biri odur ki, indi dünyanın əsas güc mərkəzləri hesab olunan qüvvələrin Suriyada hadisələrin inkişaf axarına təsiri o qədər də yüksək deyil. Əvəzində regional aktorların burada ön plana çıxması müşahiə edilir. Qardaş Türkiyə bunun ən real nümunəsidir. 

Xatırladaq ki, Azərbaycan və Türkiyə Suriya da birgə hərəkət etməyi düşünürlər. bu fonda görünən odur ki, ABŞ, Rusiya kimi ölkələrin, Avropanın Suriyada gələcək siyasətinə türk faktoru yön verəcək. Hazırda Suriyada ABŞ və Rusiyanın hərbi bazaları var. İran hərbi qüvvələrini buradan çıxarıb. ABŞ və və Rusiyanın Suriyada hərbi varlığı isə yenə türk faktorundan asılı durumdadır.  Hazırda bu məsələ Rusiya üçün xüsusi aktualdır. Xatırladaq ki,  Suriyanın qərbinə böyük hərbi güc yerləşdirən Rusiya bu yolla Yaxın Şərqdə hərbi iştirakını möhkəmləndirmiş, nəticə etibarilə Suriya prezidenti Bəşər Əsədin rejimini xilas etmişdi. İndi Əsəd gedib və o hərbi bazaların taleyi təhlükədə, Rusiyanın bütövlükdə Yaxın Şərq strategiyası məsələsi də havadadır. Əsəd rejiminin çökməsi bütün Yaxın Şərqə və daha uzaqlara təsiri olan tektonik hadisədir. Kremlin 2015-ci ildə Suriyaya müdaxiləsi bölgədəki hesabları alt-üst etmişdi. İndi bu hesablar yenidən qarışıb. Hələlik, Rusiyanın Suriyadan çəkilməsinin heç bir təsdiqlənmiş əlaməti gözə dəyməyib. Adı çəkilməyən bir Kreml rəsmisi TASS agentliyinə bildirib ki, Rusiya Suriyadakı hərbi aktivlərinin güvənliyinin təmin edilməsi ilə bağlı razılıq əldə edib. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlama verməkdən boyun qaçırıb: "Hələlik, bunu dartışmaq tezdir. Ancaq bu, gələcəkdə Suriyada hakimiyyətdə olacaq qüvvələrlə müzakirələrin mövzusu olacaq". Onu da xatırladaq ki, Rusiyanın Suriyadakı hərbi varlığı hələ SSRİ-nin Əsədin atası Hafiz Əsədlə münasibətləri dövründən başlayıb. 1971-ci ildə Moskva Tartus limanı vasitəsilə Aralıq dənizinə hərbi dəniz çıxışı əldə edib. Bu, bölgədə çox güclü hərbi varlığın olması demək idi. 2011-ci ilədək Moskvanın bu bölgəyə diqqəti yetərincə sönük görünürdü. 2011-ci ildə baş qaldıran vətəndaş savaşı Əsəd hökumətini təhlükə qarşısında qoydu. 2015-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin Əsədin üsyançı qruplarla mübarizəsinə dəstək vermək üçün Rusiyanın son onilliklərdə görünməmiş həcmdə xarici hərbi qüvvələrini Suriyaya göndərdi. Suriya Rusiyaya Tartus limanı və Hmeymim hava bazasına 49 illik çıxış verdi. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamalarına görə, Rusiyanın Suriyaya müdaxiləsinin pik dövrü olan 2017-ci ildə ölkəyə muzdlular da daxil, 6 min əsgər gətirilmişdi. Bu quru qoşunlarının çoxundan Suriya ordusuna təlim vermək üçün istifadə edilirdi. Ancaq komandirlər Rusiya artilleriyası və zirehli birliklərini, özəl qüvvələri Suriya piyada qoşunlarına dəstək üçün döyüş meydanına da çıxarırdılar. Özəlliklə 2016-cı ildə Suriya ordusu hücumla ölkənin ən böyük şəhəri Hələbi ələ keçirərkən belə olmuşdu. Hazırda Rusiyanın Suriyadakı kontingentinin sayı aydın deyil. "YeZh" adlı Telegram kanalı Suriyada 7 min Rusiya hərbçisinin qaldığını hesablayıb.

Tartus Rusiyanın təkcə Suriya və Yaxın Şərqdə deyil, Afrika və başqa yerlərdə də güc nümayişi üçün platsdarm idi. 2015-ci ildən sonra Rusiya bu limanı təchiz etmək, ağır silah və tikinti avadanlığını daşımaq üçün özünün Baltik və Qara dəniz donanmalarındakı gəmilərindən yararlanmışdı. Bu limanı idarə etmək və böyütməklə bağlı kontrakt 2019-cu ildə Kremlin müttəfiqi olan bir iş adamının tikinti şirkətinə verilmişdi. Limanın 11 gəmini, o sıradan nüvə reaktorlu gəmiləri yerləşdirmək imkanı var. Buraya vaxtaşırı bir neçə dizel-elektrik sualtı qayığı da daxil olub. Onlardan Suriyadakı hədəflərə "Kalibr" qanadlı raketləri atmaq üçün istifadə edilib. Limanda suyun dərinliyi daha iri gəmilərin də burada olmasına imkan verib. Onlardan biri də Rusiya donanmasının flaqmanı olan "Admiral Kuznetsov" təyyarə daşıyıcısıdır. Bu gəmi şərqi Aralıq dənizi bölgəsinə 2016-cı ilin oktyabrı ilə 2017-ci ilin yanvarı arasında gətirilib. Suriya üsyançı qruplarının Dəməşqi ələ keçirməsindən öncəki günlər ərzində çoxu Tarsusda qərarlaşan bir neçə gəminin dənizi tərk etdiyi görülüb. Bu da evakuasiyanın başladığı barədə söz-söhbət doğurub. Ancaq Müdafiə Nazirliyi donanmanın raket buraxmasının görüntülərini yayımlayıb və bunun təlim manevrləri olduğunu bildirib.

Tartus sahilindən 60 kilometr uzaqlıqdakı Hmeymim hava bazası isə Rusiyanın hava qüvvələrinin istifadəsindədir. Döyüş təyyarələri və helikopterlərin dayanacağı olan bu baza eyni zamanda Suriyaya və Suriyadan canlı qüvvə və material daşıyan nəhəng yük təyyarələrinin yan aldığı hava limanıdır. 2016-17-ci illərdə bazanı genişləndirən rusiyalı mühəndislər uçuş xətlərini uzadaraq parkinq imkanlarını artırıblar. Putin 2017-ci ilin dekabrında bu hava bazasına öncədən açıqlanmayan səfər edib. 2016-cı ildə dərc edilən bir yarırəsmi hesabatda deyilirdi ki, Rusiyanın Suriyadakı hava donanmasının tərkibində 30-a yaxın Su-24 və Su-25 bombardman və qurudan hücum təyyarəsi, azı səkkiz müasir Su-30 bombardmançı döyüş təyyarəsi, 12 Mi-24 və Ka-52 hücum helikopteri var. Rusiya qüvvələri Suriyaya "İskander-M" qısamənzilli ballistik raket sistemlərini, mürəkkəb S-400 uzunmənzilli hava hücumundan müdafiə sistemlərini, "Pantsir" və  "Tor" kimi qısamənzilli müdafiə sistemlərini də gətiriblər. Onların hamısı hava və su yolu ilə gətirilib. Son günlər çəkilən ticari peyk görüntüləri ağır karqo təyyarələri olan İl-76 təyyarələrinin Hmeymimin uçuş zolaqlarında parklandığını əks etdirib. Bu da evakuasiyanın başlanmasının mümkünlüyü haqda düşünməyə əsas verir. Ancaq Suriyaya gətirilən silah və avadanlığın həcmini və Moskvanın onları Suriya üsyançılarının əlində qoyub getməkdə maraqlı olmadığını nəzərə alsaq, bütün bu avadanlığın ərazidən çıxarılması üçün onlarla təyyarə və gəmi gərəkəcək. Karneqi adına Beynəlxalq Sülh Fondunun Rusiya ordusu üzrə eksperti Dara Massikot deyir ki, bu cür fəaliyyəti gizlətmək çətin olacaq. Kreml hələ də üsyançıların rəhbərliyi ilə razılığa gələrək Suriyadakı hərbi obyektlərin birinə, yaxud hər ikisinə çıxışı əlində saxlaya bilər. Amma burada türk faktoru da həlledici rol oynayacaq. Ekspertlər deyirlər ki, Rusiya aviasiya bazasını 1500 kilometr cənub-qərbə - Liviyaya daşıya bilər. Ancaq ağır texnika ilə yüklənmiş hərbi karqo təyyarələrini, hətta Türkiyənin hava məkanından keçmək imkanı əldə edilsə belə, birbaşa Rusiyadan Liviyaya uçurmaq daha çətin ola bilər. Eyni şeylər ABŞ hərbi bazalarına da aiddir. Lakin onlar kiçikdirlər və köçürülmələri asandır. Bu hərbi bazaların Suriyadakı gələcək taleyi də türk faktorundan asılı olacaq.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910