KÖHNƏ VERSİYA            

Şəhid şair Teymur Turan - son sorağı Soltanlıdan gəldi...

Image

Yavus Rəsulov: “İsrarla deyirdi ki, mən mütləq cəbhəyə getməliyəm, mənim yerim oradır”

Bir yanın Qarabağ, bir yanın Xəzər, 

Sinəndə türk gəzir, səni kim əzər? 

Başını üçrəngli bayrağım bəzər,

Adına can dedik, Azərbaycanım! 

Ürəyinin qürurundan, ruhunun sevdasından ilham alıb bu Vətən şərqisini yazan oğlan canını da Vətən yolunda, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qurban verib, şəhidlik şərbətini içib. 

Şuşanın dağları boranlı, qarlı,

Ağdam güc simvolu, Laçın vüqarlı, 

Xocalının qəlbi dərdli, qubarlı

Biz qana qan dedik, Azərbaycanım! 

Vətən müharibəsi şəhidi mühəndis-şair Teymur Turandan-Rəsulov Teymur Yavus oğlundan yadigar qalan bu misralar onun Vətənə nə qədər bağlı olduğunu nişan verir. Teymur kimi oğullar  doğulandan şəhid olduqları günə qədər Vətəni sevirlər, sonra isə ruhları sevir vətəni! 

“Gördüm ki, Teymur qarşımda dayanıb “müəllim, necəsən? Mən gedirəm” deyir, gözümü açdım gördüm yoxdur, sonra da bu qara xəbər gəldi”

Teymurun atası Yavus Rəsulovla  Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən təqdimat mərasimində söhbətləşdik.   

Teymur Yavus oğlu Rəsulov 1988-ci il martın 23-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub.

İbtidai təhsilini 1994-2000-ci illərdə Sahil qəsəbəsindəki Ə.Kazımov adına 228 saylı orta məktəbdə alıb. Sonra isə orta təhsilini H.B. Mahmudbəyov adına 2 saylı Texniki – humanitar liseydə davam etdirib. 2005-2009-cu illərdə Azərbaycan Neft və Sənaye Universitetində ali təhsil alaraq yüksək göstəricilərlə energetik ixtisasına yiyələnib. Ali təhsilini bitirdikdən sonra, 2009-cu ildə həqiqi hərbi xidmətə gedib, 2010-cu ildə tərxis olunub. Hərbi xidmətdən sonra respublikamızda fəaliyyət göstərən müxtəlif müəssisələrdə öz ixtisası üzrə çalışıb. Çalışdığı sahələrdə bir mühəndis kimi biliyi, bacarığı, işə vicdanla yanaşmağı ilə kollektivin hörmətini qazanıb.

Azərbaycan Ordusunun əsgəri olan Teymur Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü gedib. Könüllü olaraq Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 

Teymur Rəsulov oktyabrın 18-də Cəbrayılın Soltanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Teymur ailədə iki bacının tək qardaşı, Rəsulovlar ailəsinin yeganə yanan çırağı olub ki, onu da fələk söndürüb. Yavus Rəsulov bildirdi ki, Teymur həddən artıq ağıllı, savadlı, vətənpərvər bir oğul olub və hər kəsə əlindən gələn köməyi edib, qarışqanı belə incitməyə ürəyi gəlməyib, amma torpaqlarımızı işğalda saxlayan, qız-gəlinlərimizi, körpələrimizi əsir aparan, qanlarına qəltan edən, Xocalı soyqırımı kimi insanlığa qarşı bəşəri cinayət törədən ermənilərə qarşı daim qisas hissi ilə yaşayıb. 

“Teymur həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif idarələrdə işləyib, 2014-cü ildən isə aparıcı mühəndis kimi həm energetika, həm də digər sahələrdə əmək fəaliyyətini “Norm” sement zavodunda davam etdirib. 

Tovuz döyüşlərində general Polad Həşimov şəhid olandan sonra o gedib könüllü yazıldı. 27 sentyabra qədər hər gün müharibəyə çağırılacağı günü gözləyirdi. Çox narahat idi, sanki tikan üstündə otururdu. Müharibə başlayan gün - sentyabrın 27-də, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinə getdi və könüllü cəbhəyə getmək üçün müraciət etdi. Müraciəti cavabsız qaldı. Çünki müharibənin birinci günü bütün könüllüləri geri qaytardılar ki, evə gedin, lazım olanda çağıracağıq. Amma Teymur evdə dayanmadı, üç gün dalbadal çağırış idarəsinə getdi, axır ki,  müraciətinə cavab aldı, məqsədinə çatdı və döyüşə getdi. İsrarla deyirdi ki, mən mütləq cəbhəyə getməliyəm, mənim yerim oradır. Mən ona deyirdim ki, sən burda lazımsan, inişallah qələbədən sonra azad ərazilərdə tikinti-quruculuq işləri aparılacaq, gedib orda iştirak edərsən. “Yox, getməliyəm” dedi. Sentyabrın 29-da cəbhəyə yola saldıq, döyüşə getdi, oktyabr ayının 18-də isə şəhid oldu (qeyd edək ata oğlunun Şuşa Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olduğunu, amma rəsmi mənbələr T.Rəsulovun Cəbrayılın Soltanlı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəldiyini yazır-İ.S). 

Döyüş yolu Füzulidən başlamışdı, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 

Oktyabrın 20-də rayonda idik. Müharibə başlayandan sonra yoldaşım çox narahat olduğu üçün onu Qobustan rayonuna aparmışdım. Səhər saatları idi, mənə zəng gəldi ki, Teymur yaralanıb, kürəkənim də onun arxasınca gedib. Amma hiss etdim ki, Teymur yalanmayıb, şəhid olub. Çünki nə qədər ağır yaralı olsaydı bir nəfərin telefonu ilə mənimlə əlaqə saxlayardı. Ondan bir-iki gün əvvəl  divanda yarıyuxulu uzanıb televizora baxırdım, bir də gördüm ki, Teymur qarşımda dayanıb “müəllim, necəsən? Mən gedirəm” (həmişə mənə müəllim deyirdi) deyir, gözümü açdım gördüm yoxdur, sonra da bu qara xəbər gəldi”.

Teymurun şeir və aforizimlər yazdığını deyən ata bildirir ki, adətən gecələr yazırdı: “Gecələr görürdüm ki, oturub nəsə yazır. Deyirdim ki, a bala, nə edirsən? Deyirdi şeir yazıram. Bir gün mənə bir video göstərdi, gördüm ki, bir bədii qiraətçi onun şeirini deyir. Amma o, şeirlərini bizə çox göstərmirdi. Teymur döyüşə gedəndə kompüterin yaddaşını silib getmişdi, təkcə işə aid olan məlumatları saxlamışdı ki, istəsələr verərsiniz. Yəni bizim əlimizdə şeirləri yox idi, çünki dediyim kimi, arxivi silmişdi. Sonra yaxın dostları sosial şəbəkələrdən onun şeirlərini topladılar, bir yerə yığdıq. Demə ki, o, sosial şəbəkələrdə çox aktiv imiş, şeirlər paylaşırmış, məqalələr yazırmış.

2022-ci ildə Teymurun “Qürub vaxtı” adlı kitabını çap etdirdik. Kitab iki hissədən ibarətdir, birinci hissədə onun esseləri, aforizmləri, şeirləri, nəsr əsərləri yer alıb, ikinci hissədə isə onun dostlarının, tələbə yoldaşlarının, döyüş yoldaşlarının xatirələri əks olunub.  Hətta Teymurun bir yarımçıq romanı da qalıb, ömrü vəfa etmədi ki, onu tamamlasın. Kürəkənim özü də qələm əhlidir, deyir ki, imkan olsa o romanı tamamlayacağam.       

Teymur şəhid olandan sonra sanki oğlumu yenidən tanıdım. Onun qazandığı hörməti, dost-tanışları, səmimiyyəti, hörməti barədə sonradan çox şeylər eşitdim. Oğlumun necə böyük insan olduğunu o şəhid olandan sonra kəşf etdim. 

Hətta oğlumun şeirlər kitabını redaktə edən redaktor bu işə görə pul götürmədi və kitaba da “adının çəkilməsini istəməyən redaktor” qeydini edib. Sonra bildik ki, oğlum tələbələrə cibindən təqaüd göndərirmiş, xəstələrə yardım edirmiş. O etdiklərini heç kəsə deməyib. 

Sentyabrın 27-də Teymur çağırış idarəsindən geri qayıdanda Şəhidlər Xiyabanına gedib və ordan qayıdandan sonra böyük bir məqalə yazıb, onu da filosof Yunis Dürüst oxuyub və yazı əsasında “Öz əsərinin qəhrəmanı” adlı bir film çəkilib. Teymurun kitabının təqimat mərasimində o filmi də göstərdilər. Bax, mən belə bir övlad itirmişəm. 

Teymurla bağlı arzularım çox idi, özünün də çox arzuları yarımçıq qaldı”. 

Qobustan rayonunun Yeni Massiv deyilən ərazisində  küçələrdən biri Teymurun adını daşıyır. Məzunu olduğu liseydə də Teymur Rəsulov guşəsi var. Eyni zamanda Azərbaycan Neft və Sənaye Universitetinin  22 şəhid tələbəsinin hər biri kimi Teymur Rəsulovun da adına kafedra var. “Amma hələ Sahil qəsəbəsində bu istiqamətdə bir iş görülməyib. Biz dəfələrlə rəsmi qurumlara müraciət etmişik, deyirlər ki, Sahil qəsəbəsində də xatirəsi əbədiləşdiriləcək.  Bizim həyətdə uşaq bağçası var. Bağçanın həyətində bir xatirə kompleksi tikmişik. Bizim qəsəbənin 16 nəfər Vətən müharibəsi şəhidi var. Bu kompleksdə onların hər birinin şəkilləri var və hamısının xatirəsini özündə əks etdirir. Bunu bağçada təlim alan uşaqlar görür və şəhidlərimizdən örnək götürürlər, bunun vətənpərvərlik əhəmiyyəti böyükdür. Ona görə də o xatirə kompleksi üçün bağçanı nəzərdə tutdum. Bağçanın rəhbərliyi razılıq verdi və öz hesabımıza o kompleksi yaratdıq. Müharibədən sonra hər il şəhidlərimizin xatirəsinə ağacəkmə kampaniyası keçirilir. Ad günündə o kampaniyanı mən keçirdim, ağaclar aldım və hər şeyi özümüz etdik. Hər dəfə belə kampaniyalar olanda mən də öz töhfəmi verirəm. Sahil qəsəbəsində məktəblərdə Teymurun adına sinif otaqları var. Qobustan rayonunda Teymurun xatirəsinə çox diqqətlə, hörmətlə yanaşılır, tədbirlər keçirilir, kitabının təqdimatı oldu. Xeyli işlər görülüb”.

Turan, çıraq olub yanmaq istəsən, 

Kül olub qəlblərdə qalmaq istəsən,

Əgər səadəti tapmaq istəsən,

Çalış pozmayasan saf niyyətini,

Məncə, hər kimsə ki, boğur nəfsini,

O insan tapacaq səadətini! 

Şəhid mühəndis-şair Teymur Turan öz səadətini əbədiyən Vətəni qucaqlamaqda, qanını torpağımıza qatmaqda gördü. Teymur Turan ən böyük arzusuna çatdı, torpaqlarımızın işğaldan azad olunması, günahsız insanlarımızın, şəhidlərimizin qisasının qiyamətə qalmaması onun üçün böyük səadət oldu. 

Özü bu günü görməsə də, ruhu ilə qələbə təntənəsini duydu. Onu bu dünyada yaşadan xoş əməlləri, şeirləri, esseləri, aforizmləri, nəsr nümunələridir. Bir də ömrü kimi yarıçıq qalan romanı, yaradıcılıq dastanıdır. Şəhidlərin həyatı bir dastandır, nəsillərdən-nəsillərə keçən, yaşayan bir dastan!

İradə SARIYEVA








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031