Cümə günü, 18 iyul 2025
     

Gürcüstanda yeni prezident seçkisi ərəfəsində təlatüm yenidən qızışır...

Image

Son parlament seçkilərindən sonra siyasi təlatümlərlə üzləşmiş Gürcüstan yeni daxili qalmaqala hazırlaşır. Söhbət prezident postu uğrunda başlanmaqda olan yeni mübarizədən və bunun yaratdığı gərginlikdən gedir. 

Qeyd edək ki, dekabrın 14-də Gürcüstan altıncı prezidentini seçəcək. Gürcüstan Mərkəzi Seçki Komissiyası seçkiləri parlament binasında keçirəcək.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib ki, bu dəfə prezident ilk dəfə dolayı yolla, 300 üzvdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək: "Parlament dekabrın 13-də payız sessiyasını bağlayacaq, dekabrın 14-də isə seçki kollegiyası Gürcüstan prezidentini seçəcək. Kollegiyaya bütün deputatlar daxildir. Prezident seçkiləri ilə əlaqədar bütün işlər tamamlanıb". Gürcüstan Konstitusiyasına və qanunvericiliyin tələblərinə əsasən, seçki kollegiyasında parlamentin, Abxaziya və Acarıstan Muxtar respublikalarının Ali sovetlərinin, siyasi partiyalar tərəfindən irəli sürülmüş şəhər şuralarının üzvlərinin hamısı proporsional şəkildə təmsil olunmalıdır. Konstitusiyaya görə, namizəd birinci turda seçilmək üçün kollegiya üzvlərinin ən azı üçdə ikisinin səsini toplamalıdır. Prezidentliyə namizəd bu səsi toplaya bilməsə, ikinci tur keçiriləcək. Prezidentin andiçmə mərasimi dekabrın 29-da, seçki günündən sonra üçüncü bazar günü keçiriləcək. Dövlət başçısı bu vəzifəni 5 il müddətinə icra edəcək. 

"Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyası Gürcüstanın altıncı prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb və onun namizədliyi artıq təsdiq olunub.  Gürcüstanın indiki prezidenti Salome Zurabişvili isə dekabrın 16-dan sonra da postunu tərk etməyəcəyini bəyan edir. Bunlar fonunda diqqət çəkən daha bir məqam odur ki, Gürcüstan prezidentinin sarayının qarşısına bələdiyyə orqanları tərəfindən qatar qoyulub. Zurabişvili bu fonda qeyd edir: "Orbeliani meydanında, sarayın qarşısında mənimçün qatar qoyublar. Görək kim gedəcək!". Gürcü mətbuatının məlumatına görə, qatar həqiqi deyil, ola bilsin ki, Tiflis meriyası tərəfindən Yeni il ərəfəsində quraşdırılan bayram tədbiri ilə əlaqədardır. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti isə bəyan edir ki, müəyyən qüvvələr prezident seçkiləri ərəfəsində vəziyyəti qarışdırmağa can atır: "Dağıdıcı və kriminal fəaliyyətin təşkilatçıları 2024-cü il dekabrın 14-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin qarşısını almağı planlaşdırırlar. Bu məqsədlə cinayət təşkilatçıları vəziyyəti mümkün qədər gərginləşdirməyi düşünürlər. Onlar bu çirkin niyyətləri nəticəsində aksiya zamanı 2-3 qurban verməyi belə planlaşdırırlar". Dövlət Təhlükəsizliyi Xidməti əhalini cinayət planının iştirakçısı və ya qurbanına çevrilməmək üçün maksimum diqqətli olmağa, əllərində olan müxtəlif texniki vasitələrlə hər hansı şübhəli vəziyyəti və ya təxribat cəhdini qeydə almağa və dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır:

"Hazırda faktla bağlı Xüsusi İstintaq Xidməti tərəfindən araşdırma aparılır. İş üzrə obyektiv həqiqəti ən qısa müddətdə müəyyən etmək üçün sözügedən xidmətlə fəal əməkdaşlığa hazır olduğumuzu bildiririk".

Seçkilərlə bağlı müxalifətlə yeni toqquşamalar da gözlənilir. Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Etiraz aksiyaları hər gün parlamentin yaxınlığında keçirilir və gecə saatlarına qədər davam edir. Əksər hallarda, xüsusən də aksiyanın ilk günlərində xüsusi təyinatlıların xüsusi texnikadan istifadə edərək nümayişçiləri dağıtması ilə başa çatıb. 300-dən çox adam saxlanılıb, bir neçəsinə qarşı cinayət işi açılıb. Həm etirazçılar, həm də polis tərəfindən xəsarət alanlar olub. Prezident seçkilərindən sonra aksiyaların daha da şiddətlənməsi proqnozlaşdırılır. Elə bu fonda müxalif "Atavari Arx" telekanalı isə qeyd edir ki, buna görə Gürcüstan hökuməti ölkədə fövqəladə vəziyyət və komendant saatı tətbiq etmək imkanını nəzərdən keçirir. Kanalın məlumatına görə, hakim "Gürcü Arzusu" Partiyası dekabrın 29-da Mixail Kavelaşvilini Gürcüstanın yeni prezidenti təyin etməyi planlaşdırır. Bundan sonra partiya fövqəladə vəziyyətin tərkib hissəsi kimi komendant saatı tətbiq etmək niyyətindədir. Gürcü politoloq Luka Exvaya isə qeyd edir ki, məsələyə Qərb yenə müdaxilə edərək, Gürcüstanda qeyri-sabit durum yaratmağa çalışır. O qeyd edir ki, mövcud geosiyasi şəraitdə ölkə öz mövcudluq kontekstini daha dəqiq başa düşməli və dünyadakı dəyişikliklərin ümumi mənzərəsini görməlidir. Exvaya iddia edir ki, Ukrayna və Suriya kimi, Gürcüstan da imperiya maraqlarının həyata keçirildiyi poliqona çevrilə bilər. Onun sözlərinə görə, bu gün Gürcüstanın üzləşdiyi təhlükə əvvəlkindən daha realdır. Politoloq vurğulayır ki, Qərb Gürcüstandan nə demokratiya, nə də liberallıq tələb edir. Əsas tələb Rusiyaya qarşı düşmən mövqe tutmaq və tam itaət göstərməkdir. Bu isə ölkəni ya hərbi poliqona, ya da marionet rejimə çevirə bilər: "Qərbin mesajı aydındır: ya bizimlə sonadək və fədakarlıqla birlikdəsiniz, ya da biz sizin hökumətinizi devirəcəyik. Seçim sizindir".

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

18.07.2025 / 15:36
Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verdi

18.07.2025 / 15:17
Latviya Rusiya ilə sərhəddə bomba sığınacaqları tikir...

18.07.2025 / 15:02
" Yeni Azərbaycan" TV-nin icraçı direktoru Murad Paşayevlə müsahibə - VİDEO

18.07.2025 / 14:33
Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq

18.07.2025 / 14:23
Xocalı kərpic zavodunun açılışı oldu - FOTO

18.07.2025 / 14:20
Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina etdi

18.07.2025 / 14:06
Bakıdan Naxçıvana avtobus reysləri bərpa olunur...

18.07.2025 / 14:03
Prezident İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub - FOTO

18.07.2025 / 13:50
Masallıda 12 minlik qızıl oğurlayan şəxs yaxalandı

18.07.2025 / 13:38
"Türkiyə-Azərbaycan münasibətləri özünün ən yaxşı dövrünü yaşayır" - Səfir Birol Akgün

18.07.2025 / 13:25
“Formula-1” tribunalarında tamaşaçı sayı 2 min nəfər artırılıb

18.07.2025 / 13:14
Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FOTO

18.07.2025 / 12:47
Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

18.07.2025 / 12:38
Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı oldu - FOTO

18.07.2025 / 12:30
Rusiyanın 20-dən çox bankı SWIFT sistemindən atılır...

18.07.2025 / 12:26
Prezident Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

18.07.2025 / 12:22
"Süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə öz töhfəsini verəcək" - Prezident

18.07.2025 / 12:19
Prezident İlham Əliyev ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

18.07.2025 / 12:00
Qubada "Kamaz" və "Jiquli" toqquşub

18.07.2025 / 11:35
Polis təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə xəbərdarlıq etdi!

18.07.2025 / 11:25
Zelenski Rüstəm Umerovu Təhlükəsizlik Şurasının katibi təyin etdi

18.07.2025 / 11:22
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb

18.07.2025 / 11:17
Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur

18.07.2025 / 11:12
Banklar, 105 gəmi, "Şimal Axını" - Avropa İttifaqından Rusiyaya qarşı ən sərt sanksiya!

18.07.2025 / 11:06
Naxçıvanın Baş naziri müşavirə keçirib

18.07.2025 / 11:02
ABŞ Senatından USAID-ə 9 milyard dollarlıq zərbə!

18.07.2025 / 10:30
“Hulusi Akar Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etdiyini bildirdi” – EMİN HƏSƏNLİ

18.07.2025 / 10:18
"Şelburn" - "Qarabağ" matçını bu hakimlər idarə edəcək

18.07.2025 / 10:11
"Tehran erməni dostlarına güvənir" - Mehdi Sobhani

18.07.2025 / 10:06
"Qərb Gürcüstanı qarışdırmağa hazırlaşır" - spikerdən AÇIQLAMA

18.07.2025 / 10:00
Türkiyədə antiterror əməliyyatı - 153 İŞİD-çi saxlanılıb

18.07.2025 / 09:30
Trampdan ŞOK ADDIM - Bu məşhur nəşri məhkəməyə verir!

18.07.2025 / 09:22
Daha bir reper saxlanıldı - bu dəfə söyüşə görə...

18.07.2025 / 09:20
Tələbə təqaüdlərindən adambaşına 3 manat tutqu narazılıq yaradıb...

18.07.2025 / 09:17
11 ölkədən Suriyaya dəstək BƏYANATI

18.07.2025 / 09:09
"Sabah" Avropa Liqası ilə vidalaşdı - hədəf Konfrans Liqasıdır

18.07.2025 / 09:05
Bakının bu əraziləri qazsız qalacaq - XƏBƏRDARLIQ

18.07.2025 / 09:00
Fransada sosial gərginlik - Həmkarlar İttifaqları tətil elan etdi!

18.07.2025 / 08:33
Azərbaycanlıların Rusiyadan vətənə pul göndərişinə məhdudiyyət qoyulacaq...

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910