Ölkədə ilk dəfə tam marafon qaçış yarışı keçriləcək
Azərbaycan Atletika Federasiyası (AAF) və "Zəfər Qaçış Klubu"nun İdarə Heyətinin ilin sonunda - 21-22 dekabr tarixdə ölkəmizin idman paytaxtı Quba şəhərində "Prezident Kuboku" uğrunda keçiriləcək kütləvi qaçış yarışına həsr olunan birgə iclası keçirilib.
AAF katibi Məhərrəm Sultanzadə öz çıxışında ilin sonunda keçiriləcək bu kütləvi qaçış yarışı bölgələrdə atleletika idmanın bu növünə böyük maraq oyadacağını vurğulayıb. Qaçış maşurutunun şəhərin mərkəzi küçələrindən keçməsi sakinlərə və şəhərin qonaqlarına gərgin idman mübarizəsinin şahidi olmaq imkanı yaradacaq.
"Zəfər Qaçış Klubu"nun direktoru Elşən Quliyev öz çıxışında yarış məsafəsinin 42 195 metr olacağını və beynəlxaq normalara görə tam marafon məsafəsini əhatə edəcəyini söylədi: "Bu məsafəyə yarış dünya şəhərlərinin bəzəyidir və çox populyardır. Tam marafon sayılan bu yarış müstəqilliyimiz bərpa olduqdan sonra Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Marafon yarışı olacacaq".
Beynəlxalq əlaqələr şöbəsinin müdürü Kənan Məhərrəmov, qaçış komitəsinin sədri Namik Əsədov və digər iştirakçılar yarışın təşkilindən irəli gələn məsələri müzakirə ediblər. Təşkilat Komitəsi yarışla bağlı məsələlərin sürətli həlli üçün müvafiq qurumlara müraciət ünvanlayıb.