"Bakı-Xəbər" youtube kanalına ABŞ ermənilərindən hədə zəngi: "Kanalınızı yenə bağlatdıq"...
"Maraqlısı isə odur ki, bu hadisədən bir neçə saat sonra ABŞ-da yaşayan bir erməni, mənə zəng edib, sizi yenə cəzalandırdıq, deyə tənə edir" - Mehman İsmayılov
"Son günlər "Bakı Xəbər" YouTube kanalına qarşı erməni basqını davam edir. "Bakı Xəbər" YouTube kanalı qısa müddətə Azərbaycanın dövlət maraqlarını beynəlxalq müstəvidə müdafiə edən mühüm bir media qurumuna çevrilib. Kanalın tərtib etdiyi verilişlər həm azərbaycandilli, həm də rusdilli auditoriyaya canlı yayımlanır.
Kanalımız Azərbaycanın tarixini, sülhsevər dövlət syasətini, milli dəyərlər sistemini, siyasi gerçəklikləri və həqiqətləri qorumaq və geniş tamaşaçı kütləsinə çatdırmaqla yanaşı, həm də erməni siyasətinin, erməni təcavüzünün və dezinformasiya sisteminin əsl simasını beynəlxalq səviyyədə ifşa edir". Bunu baki-xeber.com-a "Bakı-Xəbər"in YouTube kanalının aparıcısı, politoloq Mehman İsmayılov bildirib. M. İsmayılov qeyd etdi ki,
"Bakı Xəbər" televiziya kanalı düşmənlərə qarşı fəal informasiya savaşı aparır və təkcə Azərbaycanın deyil, bütün Türk - müsəlman dünyasının maraqlarının qorunması yolunda mücadilə verir. ""Bakı Xəbər" YouTube kanalı ABŞ - da, Böyük Britaniyada, Almaniyada, Avstriyada, Niderlandda, Belçikada, İsraildə, Baltikyanı dövlətlərdə, bütün MDB ölkələrində, ayrılıqda Rusia Federasiyasının bütün bölgələrində geniş tamaşaçı kütləsinə və abunəçiyə malikdir.
Əlbəttə, bu, Ermənistan kimi destruktiv və təcavüzkar bir qurumu, erməni kilsəsini, dünya erməniliyini və onların havadarlarını rahat buraxmır. Erməni parazitləri kanala qarşı hər cür təxribata əl atır, kanalın aparıcısı Mehman İsmayılovu terrorla hədələyir, durmadan televiziya kanalına qarşı YouTube - a kollektiv şəkildə şikayət göndərir və bu yolla kanalı qapatmağa çalışırlar.
Ermənistanın siyasətini ifşa edən hər bir verilişdən sonra ermənilər tərəfindən təhqir dolu şərhlər, canlı yayımdakı yazışmalarda hədə-qorxu dolu komentlər, verilişdən sonra isə aparıcının telefonuna gələn kütləvi zənglər zamanı terrorla hədələmələr adi hal alıb.
Son bir ildə ermənilərin kütləvi şikayətləri əsasında YouTube tərəfindən haqsız olaraq "Bakı Xəbər" YouTube kanalı hərəsi bir həftə olmaqla 3 dəfə qapadılıb və kanala cəza kəsilib.
Sonuncu isə dünən, dekabr ayının 3-də baş verib və bir neçə ay öncə rus dilində yayımlanmış "Армения не хочет мира, что будет дальше?" başlıqlı verilişi bəhanə gətirərək, kanalın yayımı yenə bir həftəlik dayandırılıb. Maraqlısı isə odur ki, bu hadisədən bir neçə saat sonra ABŞ-da yaşayan bir erməni, mənə zəng edib, sizi yenə cəzalandırdıq, deyə tənə edir.
"Bakı Xəbər" YouTube kanalı sülhü və tolerantlığı, insanların milli kimliyinə və dini inancına hörməti, dinc və yanaşı yaşam tərzini, yalnız haqqı və həqiqəti təbliğ edir. Ancaq görünən odur ki, hər yerdə, ABŞ senatında və konqresində, Fransa hökumətində və parlamentində, Avropa parlamentində və AŞPA-da, BMT - də və ATƏT-də, Hindistanda və Rusiyada olduğu kimi, nə yazıqlar ki, YouTubeda da erməni parazitinin barmağı var".
Qeyd edək ki, "Bakı Xəbər" media qrupu və onun televiziyası Azərbaycanın dövlətçilik maraqlarının qorunması yolunda beynəlxalq səviyyədə apardığı informasiya savaşında israrla və əzmlə çalışmaqda davam edəcəkdir".
İradə SARIYEVA