Ukraynanın Əsədə qarşı Suriyaya əsgər göndərdiyi iddia edildi...
Rusiya ilə müharibədə olan Ukrayna da Əsəd rejimə qarşı döyüşən müxalif silahlı qruplara dəstək üçün Suriyaya əsgər göndərib. Bu barədə ərəb telekanalı “Al-Mayadin” məlumat yayıb.
Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat mərkəzi “Ağ Qurdlar”ın bir kəşfiyyat bölməsi müxaliflərlə birlikdə Suriya hökumət ordusuna qarşı döyüşür.
Telekanal sosial şəbəkələrdə Hələb və Həma şəhərlərində döyüşən ukraynalı əsgərlərin fotolarının yayıldığını da bildirib.
TAHİR